Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-120/2024 30.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı və eyni zamamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı ********** qeydiyyat nömrəli Kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətə olan çıxarışa və B 011619 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən birgə mülkiyyətə olan 4,2294 ha pay torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq onlara təhvil verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli Kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətə olan çıxarışa və B 011619 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən birgə mülkiyyətə olan 4,2294 ha pay torpaq sahəsindən onlara düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və eyni zamamanda İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, cavabdehlər onların ailə üzvləri olmaqla yanaşı onlarla birgə Cəlilabad rayonu Privolnoye kəndində yaşayırlar. 8 saylı Cəlilabad Ərazi İdarəsinin **********11 reyestr nömrəsi ilə birgə mülkiyyətlərinə verilən 4,2294 ha Kənd təsərrüfatlı torpaq sahəsi onların birgə mülkiyyətlərinə Cəlilabad rayonu Pribolnoye kəndində verilmişdir. Hazır onlar birgə mülkiyyətdə olan həmin 4,2294 ha torpaq sahəsindən özlərinə düşən payın naturada ayrılaraq təhvil verilməsini istəyirlər. Belə ki, hazırda cavabdehlər həmin torpaq sahəsindən tez-tez maneçilik edərək buların istifadə etmələrinə imkan vermirlər. ********** qeydiyyat nömrəli Kənd təsərrüfatı təyinatlı xüsusi mülkiyyətə olan çıxarışa və B 011619 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən birgə mülkiyyətə 4,2294 ha torpaq sahəsindən bulara düşən payın müəyyən edilməsi və həmin payın naturada ayırlaraq təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsininizahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********11 reyestr nömrəli çıxarışdan görünür ki, İddiaçı1, Cavabdeh1, İddiaçı2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərinə 4,2294 ha kənd təsərrüftı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə 25 iyul 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********11 reyestr nömrəli çıxarış üzrə bölgü planının təsdiq olunmuş surətindən görünür ki, **********11 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq paylarının cəmi 1,05735 ha (hər birinə 0,528675 ha olmaqla) hektar olması göstərilərək, ümumi torpaq sahəsinin cənub hissəsində X=289488.8300 Y=4337917.5500, X=289544.9600 Y=4337948.3100, X=289592.4600 Y=4337970.8600, X=289590.0707 Y=4338002.0693, X=289585.9699 Y=4338078.6700, X=289585.1241 Y=4338093.3503, X=289436.2643 Y=4338010.0981, X=289440.3900 Y=4338003.2000, X=289465.2700 Y=4337959.9400 və X=289485.2900 Y=4337923.5600 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********11 reyestr nömərli çıxarışa əsasən iddiaçılar və cavabdehlər olmaqla, ümumilikdə səkkiz nəfər mülkiyyətçiyə Cəlilabad rayonu Privolnoye kəndində ümumi birgə mülkiyyətlərinə 4,2294 ha kənd təsərrüftı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları barədə 25 iyul 2023-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçılar öz paylarına düşən torpaq sahəsinin müəyyən edilməsini istəyirlər, lakin cavabdehlər torpaq paylarının ayrılmasına razılıq verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçəşəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********11 reyestr nömərli çıxarışdan da göründüyü kimi 4,2294 ha pay torpaq sahəsinin 8 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 4,2294 ha torpaq sahəsinin 8 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/8 hissəsindən (0,528675 ha) ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatıüçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunurlar. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanıbirinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdəəmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdəüstünlük hüququ vardır. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası MülkiProsessualMəcəlləsinin14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********11reyestr nömərli, 25 iyul 2023-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətdə olan cəmi 4,2294 ha torpaq sahəsindən 2/8 hissəsədə payları müəyyən edilsin və iddiaçılar İddiaçı2 və İddiaçı1 düşən cəmi 1,05735 ha torpaq sahəsinin yeri, 4,2294 ha torpaq sahəsinin cənub hissəsindən naturada ayrılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin olunsun. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********11reyestr nömərli, 25 iyul 2023-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən İddiaçı2 və İddiaçı1 ümumi birgə mülkiyyətdə olan cəmi 4,2294 ha torpaq sahəsindən 2/8 hissəsədə payları müəyyən edilsin və iddiaçılar İddiaçı2 və İddiaçı1 düşən cəmi 1,05735 ha torpaq sahəsinin yeri, 4,2294 ha torpaq sahəsinin cənub hissəsindən naturada ayrılaraq iddiaçılara təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada alınıb iddiaçılar İddiaçı2nə və İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad RayonMəhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-120/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-120/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver