Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-122/2023 09.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı cavabdehdən «Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1000 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Atəşgah» Sığorta Şirkəti ASC Cavabdeh qarşı cavabdehdən «Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1000 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddianı əsaslandıraraq göstərmişdir ki, Cavabdeh 17 mart 2021-ci il tarixdə idarə etdiyi “VAZ 21063» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən və Atəşgah» Sığorta Şirkəti tərəfindən sığortalanmış Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vuraraq hadisə yerindən yayınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin TP ******* saylı İnzibati Xəta haqqında qərarında öz əksini tapmışdır. PAT********** saylı sığorta müqaviləsinin 096534 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 1000 manat sığorta ödənişini həyata keçirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmış «Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1000 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 096534 nömrəli Sığorta aktının surətindən görünür ki, Cavabdeh məxsus “VAZ 21063» markalı, ** BA *** dövlət qeydiyyat avtomobil 10 iyun 2020-ci il tarixdən 10 iyun 2021-ci il tarixə kimi, yəni 1 il müddətində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İşdə olan DYPİ-nin 08 aprel 2021-ci il tarixli, TP4297261 saylı İnzibati Xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli, 096534 nömrəli sığorta aktından görünür ki, “Haval» markalı, ** AB *** dövlət qeydiyyat avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 1000 manat sığorta ödənişini həyata keçirilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1000 manat sığorta ödənişi zərərçəkmiş şəxsə ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddia ərizəsinin verilməsi ilə əlaqədar olaraq İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 17 mart 2021-ci il tarixdə idarə etdiyi “VAZ 21063» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən və Atəşgah» Sığorta Şirkəti tərəfindən sığortalanmış Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Haval» markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vuraraq hadisə yerindən yayınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin TP ******* saylı İnzibati Xəta haqqında qərarında öz əksini tapmışdır. PAT********** saylı sığorta müqaviləsinin 096534 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 1000 manat sığorta ödənişini həyata keçirmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100 faizini təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, Cavabdeh 1000 manat məbləğində pul ödənişi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-122/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-122/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver