Məhkəmə qərarları › İş №2(073)-1228/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1228/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1228/2023 13.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi FeyzullazadəƏli Elşən oğlunun, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44 527 (qırx dörd in beş yüz iyirmi yeddi) manat maddi ziyan və 55 000 (əlli beş min) manat mənəvi ziyanın olmaqla, cəmi 99 527 (doxsan doqquz min beş yüz iyirmi yeddi) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə rəsmi məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(099)-583/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasma məhkum edilmişdir. Qeyd edilən iş üzrə o (iddiaçı) zərərçəkmiş şəxsin hüququ varisi qismində tanınmışdır. O hüquqi varis kimi məhkəmə istintaqı dövründə mülki iddia versə də, məhkəmə yekun qərarında tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüqununun olduğunu qeyd etmişdir. Belə ki, baş vermiş hadisədən sonra qardaşı Şəmsəddin Rüstəmovun sağlamlığında ciddi problemlər yaranmış və xx.xx.2022-ci il tarixədək Cəlilabad RMX-da, Topçubaşov adına Elmi Tədqiqat, X9 və Bakı Sağlamlıq mərkəzində əməliyyat olunaraq müalicələr almışdır. Bütün bunlara baxmayaraq qardaşı Şəmsəddin Rüstəmov xx.xx.2022-ci il tarixdə X8 vəfat etmişdir. Baş vermiş hadisə nəticəsində o mənəvi əzab, sarsıntı və iztirablar çəkmişdir. Şəmsəddin Rüstəmovun müalicəsinə və əməliyyatlarına 44 527 (qırx dörd min beş yüz iyirmi yeddi) manat pul xərcləmişdir. Ona dəymiş maddi və mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraqiddianın təmin olunmasınadair qətnamə çıxarılmasını xahiş etmişdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(099)-583/2022 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutuldğu gündən, yəni 16 yanvar 2022-ci ildən hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirməməsi, iş üzrə ekspertiza xərci 80 (səksən) manatın təqsirləndirilən şəxs Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Həmin hökümdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı tərəfindən təqsirləndirilən şəxs Cavabdeh qarşı verilmiş 65000 (altmış beş min) manat məbləğində mülki iddia baxılmamış saxlanılmış və ona mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan «X10» MMC Klinikası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 08430-G saylı məktubdan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şəmsəddin Rüstəmov xx.xx.2022-ci il tarixdə «X10» MMC Klinikasında müalicə olunsa da, xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun müalicəsi ilə əlaqədar «X10» MMC Klinikasına cəmi 33 434,39 (otuz üç min dörd yüz otuz dörd manat otuz doqquz qəpik) manat pul köçürülmüşdür. İşdə olan Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 618/02/31 saylı məlumatdan və həmin məlumata əlavə edilmiş hesab fakturadan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzinin X11 şöbəsinə müraciət etmiş, ona «Bir neçə qarındaxili orqanın travması. Dəlici travma nəticəsində qarın daxili qanaxma. Əməliyyatdan sonrakı hal. Hemoperitoneum. Dəlici travma nəticəsində qarın daxili qanaxma. Əməliyyatdan sonrakı hal» diaqnozu qoyulmuş və onun müalicəsi və müayinəsi üçün xx.xx.2022-ci il tarixdə mərkəzə 5112 (beş min bir yüz on iki) manat ödənilmişdir. İşdə olan Bakı Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş qəbzdən görünür ki, X1 «Covid-19» testinin götürülməsi və digər xidmətlər üçüe 213 (iki yüz on üç) manat ödənilmişdir. İşdə olan müxtəlif aptek çeklərinin (qəbzlərin) surətindən görünür ki, X2 müxtəlif dövrlərdə dərmanları üçün cəmi 3771.37 (üç min yeddi yüz yetmiş bir manat otuz yeddi qəpik) manat ödənilmişdir. İşdə olan müxtəlif aptek çeklərinin (qəbzlərin) surətindən görünür ki, həmin ödənişlər X2 ölümündən sonra və hadisə baş verməmişdən əvvəlki dövrləri əhatə etmiş, həmçinin həmin çeklərin (qəbzlərin) bir hissəsində ödəniş tarixi göstərilmədiyindən ödənişlərin məhz X2 müalicəsi və dərmanları üçün ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə X2 xəsarət aldığı tarixdən öldüyü tarixədək olan dövrləri əhatə edən aptek çeklərini qəbul edir və həmin çeklərə (qəbzlərə) əsasən Şəmsəddin Rüstəmovun müxtəlif dövrlərdə dərmanları üçün ödənilmiş məbləğ cəmi 3771.37 (üç min yeddi yüz yetmiş bir manat otuz yeddi qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh X3 bıçaqla xəsarət yetirməsi nəticəsində Şəmsəddin Rüstəmov aldığı xəsarətdən göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq 29 mart 2022-ci ildə ölmüşdür. Həmin müddət ərzində X4 müxtəlif tibb müəssisələrində ixtisaslı tibbi yardım almış, onun müayinə və müalicə xərcləri, həmçinin dərmanlarının alınması üçün İddiaçı tərəfindən cəmi 42316,76 (qırx iki min üç yüz on altı manat yetmiş altı qəpik) manat vəsait xərclənmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(099)- 583/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd edilən iş üzrə iddiaçı zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır. İddiaçı zərərkəmiş şəxsin hüquqi varis kimi məhkəmə istintaqı dövründə mülki iddia vermiş, lakin məhkəmə tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış və ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüqununun olduğu izah edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı həmin müddətdə əzab çəkdiyini, mənəvi sarsıntı və iztirablar keçirdiyini, göstərərək, cavabdehdən həm də mənəvi ziyan tələb etmişdir. Məhkəmə ilk növbədə iddianın maddi ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında iddiaçı qardaşının müayinəsi, müalicəsi və dərmanları üçün 44 527 (qırx dörd min beş yüz iyirmi yeddi) manat vəsait xərclədiyini göstərsə də, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İşdə olan sənədlərdən isə müəyyən edilir ki, iddiaçı mərhum qardaşı Şəmsəddin Rüstəmovun «X10» MMC Klinikasında müalicədə olduğu dövrdə həmin klinikanın hesabına 33 434,39 (otuz üç min dörd yüz otuz dörd manat otuz doqquz qəpik) manat, Bakı Sağlamlıq Mərkəzinin hesabına 5112 (beş min bir yüz on iki) manat, «Covid-19» testinin götürülməsi və digər xidmətlər üçün 213 (iki yüz on üç) manat ödəmiş və X2 müalicə aldığı dövrlərdə dərmanları üçün cəmi 3771.37 (üç min yeddi yüz yetmiş bir manat otuz yeddi qəpik) manat vəsait xərcləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddianın 55 000 (əlli beş min) manat mənəvi ziyan tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də qismən əsaslıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. İş materiallarından müəyyən edildiyi kimi Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçının qardaşı X4 ağır xəsarət almış və 16 yanvar 2022-ci il tarixdən öldüyü günədək, yəni 29 mart 2022-ci il tarixədək xəstəxanada müalicə almışdır. Baş vermiş hadisə nəticəsində və qardaşının xəstəxanada müalicə olunduğu müddət ərzində iddiaçı əzab çəkmiş, mənəvi iztirab və sarsıntı, stress keçirmişdir. Buna görə də, məhkəmə mənəvi zərərin miqdarının 10 000 (on min) manat müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 42316,76 (qırx iki min üç yüz on altı manat yetmiş altı qəpik) manat və mənəvi zərərə görə 10 000 (on min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 390 (üç yüz doxsan) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar