Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1365/2023 11.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı 372 manat əsas borcun və 30,40 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 372 manat borcun və 30.40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx"ASC tərəfindən xx.xx.2022-ci il tarixli, PME ********** saylı, ** FG *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi ** FG *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 220 CDİ” markalı avtonəqliyyat vasitəsi yolnəqliyat hadisəsi törətməsi nəticəsində ** MF *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ GT” markalı avtonəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və zərər vurmuşdur. Həmin hadisə ilə əlaqədar DYP əməkdaşı tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol və qərar tərtib edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx"ASC tərəfindən nəticəsində ** MF *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ GT” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün 372 manat sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəblə, Cavabdeh yaranmış borcun tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan PME********** saylı sığorta müqaviləsindən görünür ki, ** FG *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx"ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə **-FG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220 CDİ” markalı avtonəqliyyat vasitəsi ** MF *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ GT” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyat hadisəsi törədilməsi nəticəsində “HYUNDAİ GT” markalı avtonəqliyyat vasitəsinə dəymiş 372 manat zərər sığorta ödənişi olaraq ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli dəymiş avtonəqliyyat vasitəsinin qüsur aktından görünür ki, ** MF *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ GT” markalı avtonəqliyyat vasitəsinə 372 manat zərər vurmuşdur. İşdə olan bildirişdən görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 372 (üç yüz yetmiş iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1365/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1365/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver