Məhkəmə qərarları › İş №2(073)-140/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-140/2023

01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-140/2023 01.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1n və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən payların müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizələr verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.313 ha torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi onun (iddiaçının), arvadı İddiaçı2, mərhum qardaşı X5, X2, X3, X1, Cavabdeh1, Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Hazırkı iş üzrə cavabdehlər, yəni qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə etmələrinə imkan vermirlər. Mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmələri üçün torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Bunun üçün isə ilk növbədə həmin torpaq sahəsində payları müəyyən edilməlidir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi onun (iddiaçının), əri İddiaçı1, mərhum qaynı X5, X2, X3, X1, Cavabdeh1, Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Hazırkı iş üzrə cavabdehlər, yəni Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə etmələrinə imkan vermirlər. Mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmələri üçün torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Bunun üçün isə ilk növbədə həmin torpaq sahəsində payları müəyyən edilməlidir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi onun (cavabdehin), İddiaçı1, İddiaçı2, X5, X2, X3, X1, Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçılar həmin torpaq sahəsində yaşamamışlar və istifadə etməmişdirlər. Mərhum atası həmin torpaq sahəsini sağlığında satmışdır. Həmin torpaq sahəsindən iddiaçılara pay verilməsini əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi onun (cavabdehin), İddiaçı1, İddiaçı2, X5, X2, X3, X1, Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçılar həmin torpaq sahəsində yaşamamışlar və istifadə etməmişdirlər. Mərhum atası həmin torpaq sahəsini sağlığında satmışdır. Həmin torpaq sahəsindən iddiaçılara pay verilməsini əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Cəlilabad rayon Notariat Ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X5, X2, X3, X1, Cavabdeh1, Cavabdeh2, X6 və X4 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisindən 0.313 ha torpaq (yaşayış məntəqələrinin torpaqları) sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X9 xx.xx.2001-ci ildə nikahlarını bağlamışlar və arvada Abasova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X10 30 iyul 2003-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 09 mar 2009-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 13 mart 2011-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 07 yanvar 2020-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi İddiaçı1, Abbasova (Nəhmədova) Aynurə Nəriman qızının, X5, X2, X3, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə etmələrinə imkan vermədiklərinə görə iddaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 8 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçıların hər birinin payı 1/8 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçılara verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisindən X5, X2, X3, X1, Cavabdeh1, Cavabdeh2, X6 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0.313 ha torpaq (yaşayış məntəqələrinin torpaqları) sahəsində iddaçılar İddiaçı1 və Abasova (Nəhmədova) Aynurə Nəriman qızının hər birinin payı 1/8 hissədə (İddiaçı1 payı 1/8 hissədə və Abasova (Nəhmədova) Aynurə Nəriman qızının payı 1/8 hissədə) müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim :Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar