Məhkəmə qərarları › İş №2(073)-1403/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1403/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1403/2023 06.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəəmyə müraciət edərək, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 2485 (iki min dörd yüz səksən beş) manat məbləğin və 44.85 (qırx dörd manat səksən beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Cəmiyyət tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsu olan “Mercedes Benz C250” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyəıtinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən “Mercedes Benz C250” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2485 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən 2485 manat sığorta ödənişi X1 bank hesabına ödənilmişdir. Həmin hadisə ilə əlaqədar Cəlilabad RPŞ-in DYPB-in tərəfindən xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə nəzərdə tutulan izibati xətanı törətməkdə təqsirli bilinməsi müəyyən edilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. İddiaçı Cəmiyyət qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində Cəlilabad şəhəri H.Əliyev prospektində yolnəqliyat hadisəsi törətməsi nəticəsində onun (Cavabdeh) idarə etdiyi “VAZ-21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz C250” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin yolda sürət həddinin saatda 40 km. olması barədə nişan vardır. “Mercedes Benz C250” markalı maşının sürücüsü maşını yüksək surətlə idarə etdiyi üçün yol-nəqliyat hadisəsi törətmişdir. Onun (cavabdehin) idarə etdiyi avtomobildə həyat yoldaşı, digər maşında isə bir qadın və bir azyaşlı uşaq olmuudur. Hadisə zamanı heç kim xəsarət almamışıdr. Hadisə zamanı DYP-nin və Sığorta İdarəsinin əməkdaşlarına məlumat vermişlər və onlar hadisə yerinə gələrək araşdırma aparmışlar və hər iki avtonmobili Polis İdarəsinə aparmışlar. Hər iki avtonmobil zədələnmişdir. Polis İdarəsində onun maşınının sğortasından “Mercedes Benz C250” markalı maşına sğorta aktı tərtib edilmiş və hər iki sürücü tərəfindən imzalanmışdır. Ona DYP tərəfindən 40 manat məbləğində cərimə yazılmış və yerindəcə həmin cəriməni ödəmişdir. Bundan sonra hər iki avtomobili şöbədən çıxararaq getmişlər. Təxminən 5 ay sonra ona Polis İdarəsindən məktub gəlmiş və məktubda onun ödədiyi 40 manatı geri götürməyi tələb edilmiş, səbəb olaraq sürücülük vəsiqəsinin vaxtının 12 gün əvvəl bitməsi göstərilmişdir. Həmin vaxt pandemiya dövrü olduğu üçün vəsiqəni dəyişmək mümkün olmamışdır. O Polis İdarəsi tərəfindən 400 manat əlavə cərimə olunmuşdur. Məhkəmə isintaqı düzgün aparılmadığ üçün sənədlər üç dəfə polis İdarəsinə geri qaytarılmışdır. 3 il 5 ay keçməsinə baxmayaraq həmin sənədlər ona göstərilməmişdir. Həmin müddət ərzində "xxxx" ASC tərəfindən ona məktub gəlməmişdir. Daha sonra hazırkı iddia ərizəsi ilə ona qarşı 2485 (iki min dörd yüz səksən beş) manat pul tələbi ilə məhkəməyə müraciət etmişlər. Qarşı tərəfin nəqliyyat vasitəsinə iddiaçının tələb etdiyi məbləğdə maddi ziyan dəyməmişdir. Həmin ziyan təxminən 700 (yeddi yüz) manat olmuşdur. İddianı əsassız hesab edir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ- 21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilədək "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. İşdə olan Cəlilabad RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan izibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020ci il tarixli qüsur aktından görünür ki, «Mercedes Benz C 250» markalı 90ZL 019 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 2485 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, PXA 62035 saylı Sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yol-nəqliyat hadisəsi törətməsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsus “Mercedes Benz C250” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuş və “Mercedes Benz C250” markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2485 manat maddi zərər dəymişdir. İşdə olan cari hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə AZ72HAJC******************** hesabına PXA62035 təyinatı üzrə 2485 manat sığorta ödənişi edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 44.85 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixində Cəlilabad şəhəri H.Əliyev prospektində yol-nəqliyat hadisəsi törətməsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsu “Mercedes Benz C250” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin hadisə ilə əlaqədar Cəlilabad RPŞ-in DYPB tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə izibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh idarə etdiyi “VAZ-21063” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilədək PXA ********** saylı İcbari Sığorta Şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin Mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixi qüsur aktına əsasən “Mercedes Benz C250” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 2485 manat məbləğində müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı Cəimyyət tərəfindən 2485 manat sığorta ödənişi X1 bank hesabına ödənilmişdir. Qeyd olunan səbəblərdən iddiaçı cəmiyyətin subroqasiya hüququ yaranmışdır. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabadeh Cavabdeh sığorta ödənişinin əvəzi olaraq subroqasiya qaydasında 2485 (iki min dörd yüz səksən beş) manat və 44.85 (qırx dörd manat səksən beş qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx"ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar