Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1479/2023 23.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Cəbrayılov Vüsal Adil oğlu iddiaçı Kərı̇ mov Hacı̇ ağa Səfərxan oğlunun Cavabdeh Yusı̇ f qizina qarşı cehiz əmlakının evdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Kərı̇ mov Hacı̇ ağa Səfərxan oğlu Cavabdeh Yusı̇ f qizina qarşı cehiz əmlakının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh aid cehiz əşyalarının ona məxsus Cəlilabad rayonu, Sadatlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kərı̇ mov Hacı̇ ağa Səfərxan oğlu xx.xx.2023-cü il tarixli ərizə ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsini, ona əlavə edilmiş sənədlərin və dövlət rüsümüm kimi ödənilmiş 100 (bir yüz) manat pulun qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləini 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Kərı̇ mov Haciağa Səfərxan oğlu tərəfindən Cəlilabad Rayon Məhkəməsinin hesabına 13 iyun 2023-cü il tarixdə 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə iddiaçı Kərı̇ mov Hacı̇ ağa Səfərxan oğluna qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 114, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb QƏRARA ALDİM: İddiaçı Kərı̇ mov Hacı̇ ağa Səfərxan oğunun Cavabdeh Yusı̇ f qizina qarşı cehiz əmlakının evdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Kərı̇ mov Hacı̇ ağa Səfərxan oğluna qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1479/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1479/2023
23.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver