Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-149/2024 06.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, İddiaçı3 nümayəndəsi və eyni zamanda mərhum X6 hüquqi varisi İddiaçı1q qızının, İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı4 nümayəndəsi İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı1q qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 Şıxalı oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı **********99 saylı, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mirgə mülkiyyətdə olan Cəlilabad rayonu Günəşli kəndində yerləşən 6.5617 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların, eyni zamanda mərhum X6 payının naturada ayrılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1q qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 Şıxalı oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********99 saylı, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mirgə mülkiyyətdə olan Cəlilabad rayonu Günəşli kəndində yerləşən 6.5617 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların, eyni zamanda mərhum X6 payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı, İddiaçı3 nümayəndəsi və eyni zamanda mərhum X6 hüquqi varisi İddiaçı1q qızı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, cavabdehlərlə ailə üzvləri olmaqla Cəlilabad rayonu Günəşli kəndində yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Cəlilabad rayonu Günəşli kəndinin ərazisindən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-204 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(073)-668/2023 saylı qətnaməsi ilə, Cəlilabad rayonu Günəşli kəndi ərazisində yerləşən, birgə mülkiyyətlərində olan 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin payı 1/16 hissədə müəyyən edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********99 reyestr nömrəli çıxarışla mülkiyyətçilərin payı 1/16 hissədə müəyyən edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X11 xx.xx.2003-cü ildə, X13 isə xx.xx.2015-ci ildə vəfat etmişlər. Mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmələri üçün torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq, **********99 saylı, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mirgə mülkiyyətdə olan Cəlilabad rayonu Günəşli kəndində yerləşən 6.5617 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların, eyni zamanda mərhum X6 payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı4 və İddiaçı2 nümayəndəsi İddiaçı5 İddiaçı1q qızının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-204 (kod ********) saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə X2, X8, Cavabdeh1 Şıxalı oğlunun, Cavabdeh2, X3, Cavabdeh9, Cavabdeh3, İddiaçı1q qızının, İddiaçı2, İddiaçı3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, İddiaçı5 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Günəşli (keçmiş Pokrovka) kəndinin ərazisindən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(073)-668/2023 saylı qətnaməsindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-204 (kod ********) saylı dövlət aktına əsasən X2, X8, Cavabdeh1 Şıxalı oğlunun, Cavabdeh2, X3, Cavabdeh9, Cavabdeh3, İddiaçı1q qızının, İddiaçı2, İddiaçı3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, İddiaçı5 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş Cəlilabad rayonu Günəşli (keçmiş Pokrovka) kəndində yerləşən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı1q qızının, İddiaçı4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 Şıxalı oğlunun, Cavabdeh5, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh7 hər birinin payı 1/16 hissədə müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********99 reyestr nömrəli çıxarışdan görünür ki, X2, X8, Cavabdeh1 Şıxalı oğlunun, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, İddiaçı3, Cavabdeh4, Cavabdeh5, İddiaçı5, İddiaçı1q qızının, X3, İddiaçı4, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən 6.5617 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə 06 sentyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X4 qalmış mirasa 11 oktyabr 2023-cü il tarixdə, 2V-705 saylı reyestrlə İddiaçı2, X14, X9, İddiaçı3 və İddiaçı1q qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********11 reyestr nömrəli çıxarış üzrə bölgü planının təsdiq olunmuş surətindən görünür ki, **********99 reyestr nömrəli çıxarışa əsasən iddiaçılar X12 və X5 torpaq paylarının cəmi 2,4606375 ha hektar olması göstərilərək, ümumi torpaq sahəsinin cənub hissəsində X=290235.0736 Y=4353571.8473, X=290096.7540 Y=4353139.4819, X=290147.3810 Y=4353120.9711 və X=290287.2810 Y=4353557.3371 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X11 05 mart 2003-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X13 11 fevral 2015-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə X2, X8, Cavabdeh1 Şıxalı oğlunun, Cavabdeh2, X3, Cavabdeh9, Cavabdeh3, İddiaçı1q qızının, İddiaçı2, İddiaçı3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, İddiaçı5 və İddiaçı4 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Günəşli (keçmiş Plkrovka) kəndinin ərazisindən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-204 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(073)- 668/2023 saylı qətnaməsi ilə, Cəlilabad rayonu Günəşli kəndi ərazisində yerləşən, birgə mülkiyyətlərində olan 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin payı 1/16 hissədə müəyyən edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********99 reyestr nömrəli çıxarışla mülkiyyətçilərin payı 1/16 hissədə müəyyən edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X11 xx.xx.2003-cü ildə, X13 xx.xx.2015-ci ildə vəfat etmişlər. Hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının naturada ayrılmasını istəyirlər, lakin cavabdehlər torpaq paylarının ayrılmasına razılıq verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçəşəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 6.5617 ha torpaq sahəsinin 16 nəfər mülkiyyətçisi olduğundan və onların payları məhkəmənin müvafiq qətnaməsi ilə müəyyənləşdirilməklə, hər birinin payı ümumi torpaq sahəsinin 1/16 hissəsindən (0,41010625 ha) ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatıüçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunurlar. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüşşəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanıbirinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdəəmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdəüstünlük hüququ vardır. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********99 reyestr nömərli, 06 sentyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan cəmi 6.5617 ha torpaq sahəsindən 1/16 hissəsədə iddiaçılar İddiaçı1q qızına, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mərhum X10 düşən cəmi 2,4606375 ha torpaq sahəsinin yeri, 6.5617 ha torpaq sahəsinin cənub-şərq hissəsindən naturada ayrılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı1q qızı işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********99 reyestr nömərli, 06 sentyabr 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən iddiaçılar İddiaçı1q qızına, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mərhum X10 düşən cəmi 2,4606375 ha torpaq sahəsinin yeri, 6.5617 ha torpaq sahəsinin cənub-şərq hissəsindən naturada ayrılaraq iddiaçılara təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1q qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad RayonMəhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-149/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-149/2024
06.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver