Azərbaycan Respublikası adından Qətnamə Cəlilabad rayonu İş № 2(073)-1707/2025 10.03.2026 CƏLILABAD RAYON MƏHKƏMƏSI Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətdə olan 2,113 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və naturada ayrılaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Privolnoye kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2,113 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və naturada ayrılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə verdiyi ərizəsində göstərmişdir ki, o, ## ####### 1995-ci il tarixində Oğuz şəhərində doğulmuşdur. Hazırda Bakı şəhərində yaşayır. Ali təhsillidir və Bakı Dövlət Universitetində doktorluq elmi dərəcəsinin alınması üçün doktorantura təhsili alır. Atasının himayəsində yaşayır. Cavabdehlər yaxın qohumları olmaqla Cəlilabad rayonu Privolnoye kəndində yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Privolnoye kəndində 2,113 hektar torpaq sahəsi onun və cavabdehlərin ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və bu barədə həmin idarə tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda o, ağır xəstə olduğu üçün müalicələr alır. Bunun üçün pula ehtiyacı olur. Ona görə də, birgə mülkiyyətdə olan həmin 2,113 hektar pay torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb təhvil verilməsini istəyir. Hal-hazırda cavabdehlər həmin torpaq sahəsindən onun istifadə etməsinə və payını ayıraraq satmasına icazə vermirlər. Torpaq sahəsi isə birgə mülkiyyətdə olduğu üçün o, öz payını naturada ayırıb istifadə edə və ya sata bilmir. Cavabdehlər ona maneçilik törədir. Halbuki, o, mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Hazırda o birgə mülkiyyətdə olan həmin 2,113 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən olunmasını və naturada ayrılaraq təhvil verilməsini istəyir və buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh cavabdeh1 məhkəməyə göndərdiyi vəsatətində göstərmişdir ki, o, ## ###### 1954-cü ildə Lənkəran rayonu, Xarxatan kəndində anadan olmuş, daha sonra Cəlilabad rayonu Privolnoye kəndinə gəlin köçərək orada yaşamağa başlamışdır. Halhazırda da, ailə üzvləri ilə birlikdə həmin kəndə yaşayır. İddiaçı İddiaçı onun nəvəsidir və iddiaçını o saxlamışdır, baxmayaraq ki, iddiaçı ## ####### 1995-ci il tarixdə Oğuz şəhərində doğulduğunu bildirsədə o, Cəlilabad rayonu, Privolnoye kəndində doğulmuşdur və 6-7 yaşına qədər o saxlamış yəni, onu atası atıb getmişdir. 6-7 yaşından sonra iddiaçının atası gəlib Rəhiməni aparmışdır. Belə ki, Rəhimə Oğuz şəhərində doğulubsa və atası saxlayıbsa niyə görə ona bu torpaq payı Oğuz da, deyil Cəlilabad rayonunda verilmişdir. Elə burdanda görünür ki, onun nəvəsi, yəni iddiaçı İddiaçı yalan danışır, belə də ki, torpağı necə var elədə qalıb, heç kim və heç kəs torpağından istifadə etməyib, hal-hazırdada onun torpağından heçkim istifadə eləmir, yəni söhbət onnan və onun övladlarından gedir. Ona görə ki, o, özü də yaşlı adamdır. O, heç öz torpağından istifadə eləmir. İddiaçı ona bildirsəydi ki, torpağını istəyir, gəlib öz torpağın ayırıb işlədə bilərdi, onun torpağı heç kimə lazım deyil, heç məhkəməyədə müraciət etməyə ehtiyac yox idi. Çün ki, torpağın bölünməsi ilə bağlı aralarında mübahisə olmamışdır. Sadəcə İddiaçı yalandan yazaraq bildirmişdir ki, o və onun övladları ona torpaq sahəsindən istifadə etməyə və ya satmağa imkan vermirlər. Onun qızı cavabdeh3 həmdə Rəhimənin anası uzun illərdi ki, İran İslam Rspublikasında yaşayır, oğlu cavabdeh2 uzun illərdir ki, Bakı şəhərində yaşayır və o özü də yaşlı qadın olaraq Privolnoye kəndində yaşayır. Bunları qeyd etməyinin səbəbi iddiaçının bəhs etdiyi torpaq heç vaxt heçkimə lazım olmayıb, indi də heç kimə lazım deyil, gəlib götürüb istifadə də edə, sata da bilər. Sonda 8********** reyestr nömrəli, ## ###### 2023-cü il tarixli çıxarışa əsasən birgə mülkiyyətdə olan 2,113 ha pay torpaq sahəsindən onlara düşən payın müəyyən olunması və naturada ayrılaraq bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Privolnoye kəndi ərazisində İddiaçı, cavabdeh3 Məmmədli qızının, cavabdeh2 və cavabdeh1 ümumi birgə mülkiyyətlərinə verilmiş 2,113 ha torpaq sahəsi ## ###### 2023-cü il tarixdə 2321015650 nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində ************ reyestr nömrəli Çıxarışın A№ ****** seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən X3, cavabdeh2, X1 və İddiaçı ümumi birgə mülkiyyətində olan 2,113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə faktiki istifadə kimi plana alınmış 2,1649 ha torpaq sahəsi üst-üstə düşmədiyindən iddiaçı İddiaçı payının “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olaraq naturada bölgüsünün aparılması mümkün deyildir. Mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd və faktiki istifadə üzrə naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Bölgüsü nəzərdə tutulan ************ reyestr nömrəli çıxarışın A№ ****** seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 2,113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılandan sonra iddiaçıya düşən hissənin bölgü sxeminin tərtib edilməsi mümkün olacaqdır. İşdə olan ## ##### 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı hazır ki iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ## ###### 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı iş üzrə keçirilmiş ekspertizada mütəxəssis rəyinin verilməsindən ötrü Reyestr xidməti * saylı Cəlilabad Ərazi İdarəsinə 95 manat rüsum ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən cavabdeh3, cavabdeh2, cavabdeh1 və İddiaçı ümumi birgə mülkiyyətlərinə 2,113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı öz payına düşən torpaq sahəsinin müəyyən edilməsini və naturada ayrılaraq ona təhvil verilməsini istəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışdanda göründüyü kimi 2,113 ha pay torpaq sahəsinin 4 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 2,113 ha həyətyanı torpaq sahəsinin 4 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/4 hissəsindən (0,52825 ha) ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı İddiaçı tələbi həmin torpaq sahəsində payının müəyyən edilməsi hissəsində təmin edilməli, Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən 2,113 ha torpaq sahəsindən ¼ payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X5» Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X5 Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətdə olan 2,113 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə faktiki istifadə kimi plana alınmış 2,1649 ha torpaq sahəsi üst-üstə düşmədiyindən iddiaçı İddiaçı payının “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun olaraq naturada bölgüsünün aparılması mümkün deyildir. Mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd və faktiki istifadə üzrə naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Bölgüsü nəzərdə tutulan ************ reyestr nömrəli çıxarışın A№ ****** seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına əsasən iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətində olan 2,113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğunlaşdırılandan sonra iddiaçıya düşən hissənin bölgü sxeminin tərtib edilməsi mümkün olacaqdır. Yəni, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışla mülkiyyətdə olan 2,113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətçilərin faktiki istifadəsində olduğu halda həmin torpağda iddiaçı İddiaçı torpaq payının naturada ayrılması mümkündür. Ona görə də iddia tələbi torpağın naturada ayrılıb verilməsinə dair hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan cəmi 2,113 ha torpaq sahəsindən iddiaçı İddiaçı 1/4 hissədə payı müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğlundan müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməlidir. İş üzrə hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı İddiaçı tərəfindən ödənilmiş 95 manat cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğlundan müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, 8********** reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan cəmi 2,113 ha torpaq sahəsindən iddiaçı İddiaçı 1/4 hissədə payı müəyyən edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğlundan müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilsin. İş üzrə hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 oğlundan müştərək qaydada alınaraq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1707/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1707/2025
10.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver