Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-178/2023 28.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı X2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6209 (altı min iki yüz doqquz) manat pulun, eyni zamanda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızndan müştərək qaydada 3832 (üç min səkkiz yüz otuz iki) manat pulun və 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 2022-ci ilin mart ayından başlamaqla iddiaçıdan nisyə olaraq müxtəlif vaxtlarda ümumilkdə 6209 (altı min iki yüz doqquz) manat məbləğində qızıl-zinət əşyaları götürmüşdür. Həmin əşyaların dəyərini hissə-hissə ödəməyə söz versə də, bu günədək ödəməmişdir. Bundan başqa, Cavabdeh1 elə həmin vaxtlarda Cavabdeh2 iddiaçı ilə tanış etmiş və Cavabdeh1 ümumu dəyəri 3832 (üç min səkkiz yüz otuz iki) manat olan qızıl-zinət əşyalarını iddiaçıdan götürərək, oradaca Cavabdeh2 vermişdir. Hər iki cavabdeh aralarında olan səsyazılarında iddiaçıdan qeyd edilən məbləğlərdə qızıl-zinət əşyaları götürdüklərini və bu günədək pulunu ödəmədiklərini etiraf etmişdirlər. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq bu günədək cavabdehlər iddiaçıya olan borclarını ödəməmişdirlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin Cavabdeh1 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə üzrlü səbəbdən gələ bilməməsini təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehlər arasındakı danışıqları özündə əks etdirən CD diskdə olan səs yazılarından müəyyən edilir ki, cavabdehlər iddiaçı ilə aralarında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılaşmanın və iddiaçıya borclarının olduğunu etiraf etmişlər. Bundan başqa, Cavabdeh1 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən ərizədən görünür ki, cavabdeh ərizəsində X1 götürdükləri qızıl-zinət əşyalarını satmaq üçün X6 və Cavabdeh2 verildiyini, həmin şəxslərin qızıl-zinət əşyalarını satsalar da, bu günədək həmin qızıl-zinət əşyalarının pulunu onlara ödəmədiklərini və bunun da nəticəsində onların da həmin qızıl-zinət əyşalarının pulunu iddiaçı X4 verə bilmədiklərini göstərmişdir. İşdə olan Abşeron Rayon Polis İdarəsi tərəfindən Cəlilabad Rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X8 və Cavabdeh2 barələrində Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 2022-ci ilin mart ayından başlamaqla iddiaçıdan nisyə olaraq müxtəlif vaxtlarda ümumilkdə 6209 (altı min iki yüz doqquz) manat məbləğində qızıl-zinət əşyaları götürmüş, həmin əşyaların dəyərini hissə-hissə ödəməyə söz vermiş, lakin iddiaçıdan nisyə aldığı həmin qızıl-zinət əşyalarının dəyərini ödəməmişdir. Bundan başqa, Cavabdeh1 həmin vaxtlarda Cavabdeh2 iddiaçı ilə tanış etmiş və Cavabdeh1 ümumu dəyəri 3832 (üç min səkkiz yüz otuz iki) manat olan qızıl-zinət əşyalarını iddiaçıdan götürərək, Cavabdeh2 vermişdir. Cavabdehlər iddiaçıdan nisyə aldıqları qızıl-zinət əşyalarının dəyərini ödəmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında cavabdehlər tərəfindən borcun məbləği mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 6209 (altı min iki yüz doqquz) manat pul, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3832 (üç min səkkiz yüz otuz iki) manat pul və 121 (bir yüz iyirmi bir) manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-178/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-178/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver