Məhkəmə qərarları › İş №2(073)-1806/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1806/2025

20.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1806/2025 20.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Oktay oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Oktay oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında müvafiq yurisdiksiyalı inzibati məhkəmədə baxılmalıdır. İddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdehlərin evdən istifadə hüququna xitam verilməsini istəsə də, ərizədə mülkiyyətində olan mənzili sənədləşdirmək istəyən zaman ailə üzvləri ilə bərabər kənar şəxslərin, yəni cavabdehlərin də həmin mənzildə qeydiyyatda olmaları barədə məlumat aldığını və onların qeydiyyatdan çıxarılması üçün Polis Şöbəsinə müraciət etdiyini göstərmişdir. Göründüyü kimi, cavabdehlər iddiaçıya məxsus evdə faktiki olaraq yaşamırlar, həmin evdən hər hansı istifadə hüquqları yoxdur, iddiaçı onları tanımır və iddiaçının tələbinin əsl mahiyyəti cavabdehlərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasıdır. Bu tələbə isə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Oktay oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə imtina edilsin. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, hazırki iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar