Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-182/2024 20.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən paylı mülkiyyət hüququ ilə ona və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1/5 hissədə məxsus olan 2,2234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının naturada ayrılaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən paylı mülkiyyət hüququ ilə ona və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1/5 hissədə məxsus olan 2,2234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 2,2234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı birgə mülkiyyətlərində olan torpaq sahəsindən payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(073)-390/2023 saylı qətnaməsi ilə, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən, birgə mülkiyyətlərində olan 2,2234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin payı 1/5 hissədə müəyyən edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********04 reyestr nömrəli çıxarışla mülkiyyətçilərin payı 1/5 hissədə müəyyən edilmişdir. İddiaçının payına düşən torpaq sahəsindən sərbəst istifadə bilmək və torpaq sahəsi üzrərində sərbəst sərəncam vermək hüququ əldə etmək üçün, həmin torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Lakin cavabdehlər paylarının ayrılması üçün razılıq ərizəsi verilməsi üçün notariat ofisinə gəlmədikləri üçün, paylarının ayrılması mümkün olmamışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********04 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 2,2234 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 24 avqust 2023cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(073)- 390/2023 saylı qətnaməsindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə verilmiş JN-676 (kod ********) saylı dövlət aktına əsasən Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 2,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı payı 1/5 hissədə müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********04 reyestr nömrəli çıxarış üzrə bölgü planının təsdiq olunmuş surətindən görünür ki, **********04 reyestr nömrəli çıxarışa əsasən İddiaçı torpaq payının cəmi 0,44468 ha olması göstərilərək, ümumi torpaq sahəsinin cənub hissəsində X=290034.2784 Y=4347148,5297, X=290091.1287 Y=4346730,5707, X=290080.6520 Y=4346729,7467 və X=290023.7070 Y=4347147,6486 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 2,2234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı birgə mülkiyyətlərində olan torpaq sahəsindən payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(073)-390/2023 saylı qətnaməsi ilə, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən, birgə mülkiyyətlərində olan 2,2234 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin payı 1/5 hissədə müəyyən edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********04 reyestr nömrəli çıxarışla mülkiyyətçilərin payı 1/5 hissədə müəyyən edilmişdir. İddiaçının payına düşən torpaq sahəsindən sərbəst istifadə bilmək və torpaq sahəsi üzrərində sərbəst sərəncam vermək hüququ əldə etmək üçün, həmin torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Lakin cavabdehlər paylarının ayrılması üçün razılıq ərizəsi verilməsi üçün notariat ofisinə gəlmədikləri üçün, paylarının ayrılması mümkün olmamışdır. Hazırda iddiaçı həmin torpaq sahəsindən payının naturada ayrılmasını istəyir, lakin cavabdehlər torpaq paylarının ayrılmasına razılıq vermirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kooperativ və kollektiv bağların, altında yerləşən torpaqlar qanunvericiliklə müəyyənləşdirilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********04 reyestr nömrəli çıxarışdan da göründüyü kimi 2,2234 ha pay torpaq sahəsinin 5 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payı müəyyən edilməlidir. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 2,2234 ha torpaq sahəsinin 5 nəfər mülkiyyətçisi olduğundan və onların payları məhkəmənin müvafiq qətnaməsi ilə müəyyənləşdirilməklə, hər birinin payı ümumi torpaq sahəsinin 1/5 hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********04 reyestr nömərli, 24 avqust 2023-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı düşən cəmi 0,44468 ha torpaq sahəsinin yeri, 2,2234 ha torpaq sahəsinin qərb hissəsindən X=290034.2784 Y=4347148,5297, X=290091.1287 Y=4346730,5707, X=290080.6520 Y=4346729,7467 və X=290023.7070 Y=4347147,6486 koordinatlarda naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********04 reyestr nömərli, 24 avqust 2023-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı düşən cəmi 0,44468 ha torpaq sahəsinin yeri, 2,2234 ha torpaq sahəsinin qərb hissəsindən X=290034.2784 Y=4347148,5297, X=290091.1287 Y=4346730,5707, X=290080.6520 Y=4346729,7467 və X=290023.7070 Y=4347147,6486 koordinatlarda naturada ayrılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-182/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-182/2024
20.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver