Məhkəmə qərarları › İş №2(073)-193/2024

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-193/2024

15.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-193/2024 15.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Cəlilabad rayonu Göytəpə kəndində yerləşən 0,75 ha torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Cəlilabad rayonu Göytəpə kəndində yerləşən sahəsi 0,75 ha torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında bildirdi ki, cavabdehlər onun yaxın qohumlarıdır. Torpaq islahatı aparılan zaman ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsi barədə **********07 reyestr nömrəli çıxarışla xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlərdən 2 şəxsin ölməsi və digərlərinin Qazaxıstan Respublikasında yaşamaları səbəbindən o, həmin torpaq sahəsinin onun payına düşən hissəsindən sərbəst istifadə edə bilmir və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Bununla da onun mülkiyyət hüquqları pozulur. O, payına düşən torpaq sahəsindən sərbəst istifadə bilmək və torpaq sahəsi üzrərində sərbəst sərəncam vermək hüququ əldə etmək üçün cavabdehlərdən payının ayrılmasını istəyir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********07 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində X5, X1, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4, İddiaçı və X4 ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı 0,75 hektar torpaq sahəsi, 11 dekabr 2014-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 aprel 2015-ci il tarixdə verilmiş, 12/162 nömrəli ölüm haqqında arayışdan görünür ki, X3 25 noyabr 1998-ci il tarixdə ölmüşdür. İşdə olan AZ 120654 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 mart 2003-cü il tarixdə ölmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********07 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin cavabdehlərdən X3 və X7 vəfat etdiklərindən və digər cavabdehlərin Qazaxıstan Respublikasında yaşamaları səbəbindən iddiaçı həmin torpaq sahəsinin onun payına düşən hissəsindən sərbəst istifadə edə bilmir və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Belə ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən iddiaçı öz torpaq payının müəyyənləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kooperativ və kollektiv bağların, altında yerləşən torpaqlar qanunvericiliklə müəyyənləşdirilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********07 reyestr nömrəli çıxarışdan da göründüyü kimi 0,75 ha pay torpaq sahəsinin 8 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payı müəyyən edilməlidir. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 0,75 ha torpaq sahəsinin 8 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/8 hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********07 reyestr nömərli, 11 dekabr 2014-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı ümumi birgə mülkiyyətdə olan cəmi 0,75 ha torpaq sahəsindən 1/8 hissəsədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********07 reyestr nömərli, 11 dekabr 2014-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı ümumi birgə mülkiyyətdə olan cəmi 0,75 ha torpaq sahəsindən 1/8 hissəsədə payı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar