Məhkəmə qərarları › İş №2(073)-1933/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1933/2024

05.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1933/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı **********89-10301 saylı, 18 mart 2024-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,07855 ha torpaq sahəsindən onlara düşən payın naturada birgə ayrılıb verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı **********89-10301 saylı, 18 mart 2024-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,07855 ha torpaq sahəsindən hər bir iddiaçıya düşən payın naturada ayrılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh qarşı **********89-10301 saylı, 18 mart 2024-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,07855 ha torpaq sahəsindən onlara düşən payın naturada birgə ayrılıb verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, cavabdeh onların ailə üzvləridir və birlikdə ünvan 2 ünvanında yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1997-ci il tarixli, 03 nömrəli qərarı ilə 0,8 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların və cavabdehin mülkiyyət hüququn təsdiq edən JN-1936 saylı (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Onlar (iddiaçılar) öz paylarına düşən torpaq sahəsini satmaq istələr də Cavabdeh notarial qaydada ərizə vermədiyi üçün sata bilmirlər. Cəlilabad rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(073)-1684/2016 saylı qətnaməsi ilə JN 1936A saylı KOD 80602004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cəlilabad rayonu ərazisindən verilmiş ümumi paylı mülkiyyətdə olan 0,08 ha həyətyanı torpaq sahəsində İddiaçı1 payı ¼ hissədə, İddiaçı2 pay ¼ hissədə və İddiaçı3 payı ¼ hissədə müəyyən edilməsinə dair iddiaları təmin edilmişdir. Sonra isə Cəlilabad rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(073)-1684/2016 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 18 mart 2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli çıxarış verilmişdir. İndi isə onlar həmin 0,07855 ha xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaq sahəsindən özlərinə düşən payın naturada ayrılaraq verilməsini istəyirlər. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün öz paylarını naturada ayırıb istifadə edə bilmirlər. Torpağın birgə mülkiyyətdə olması onlara (iddiaçılara) torpaqdan təyinatı üzrə istifadə etməklərin də maneə törədir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı3 İddiaçı1 izahatında göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsasılı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanlarında 0,07855 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Cavabdeh və İddiaçı3 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(073)- 1684/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin olunaraq, JN-1936A saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cəlilabad rayon ərazisindən verilmiş ümumi paylı mülkiyyətdə olan 0,08 ha həyətyanı torpaq sahəsində İddiaçı1 payı ¼ hissədə, İddiaçı2 payı ¼ hissədə və İddiaçı3 pay ¼ hissədə müəyyən edilməsi qət edilmişdir. İşdə olan Bölgü planından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş JN-1936A nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnaməyə əsasən X2, İddiaçı2, İddiaçı3 və Cavabdeh birgə paylı mülkiyyətində olan 0,0785 ha torpaq sahəsindən X6, İddiaçı2 və İddiaçı3 tərəfindən ümumilikdə 0,058875 ha torpaq sahəsi X1, həmin torpaq sahəsindən 0,0196,25 ha torpaq sahəsi X5 mülkiyyətində qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 4 ünvanlarında yerləşən 0,07855 ha torpaq sahəsi iddiaçıların və cavabdehin birgə mülkiyyətləri kimi Dövlət qeydiyyatına alınmışdır. İddiaçılar öz paylarına düşən torpaq sahəsini ayırmaq istəmiş, lakin digər mülkiyyətçi, yəni hazırkı iş üzrə cavabdeh torpağın ayrılmasına razılıq verməmişdir. Buna görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5.-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 0,07855 ha həyətyanı torpaq sahəsinin 4 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/4 hissəsindən (0,0196375 ha) ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X3» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X3 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, **********89- 10301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0,07855 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə düşən cəmi 0,058875 ha torpaq sahəsinin yeri torpaq sahəsinin şimal hissəsində müəyyən edilməli və naturada ayrılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin olunsun. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, **********89-10301 reyestr nömrəli çıxarışa əsasən 0,07855 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə düşən cəmi 0,058875 ha torpaq sahəsinin yeri torpaq sahəsinin şimal hissəsində müəyyən edilsin və naturada ayrılaraq iddiaçılara təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar