Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1982/2025 10.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Oktay oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı mənzil mübahisələri mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Oktay oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı mənzil mübahisələri mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddianın əsl mahiyyəti cavabdehlərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarıdır. Cavabdehlərin iddiaçının mənzilində hər hansı qeydə alınmış istifadə hüquqlarının olması, bu barədə iddiaçı tərəfindən yazılı razılığın verilməsi və istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir, habelə iddia ərizəsinə görə cavabdehlər faktiki olaraq iddiaçıya məxsus mənzildə yaşamırlar, oradan istifadə etmirlər, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olmalarından iddiaçının özü də məlumatsız olmuşdur, bu barədə mənzili sənədləşdirmək istəyərkən məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçının tələbinin əsl mahiyyəti cavabdehləri ona məxsus olan yaşayış evindən qeydiyyatdan çıxarmaqdır ki, bu tələb mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 153, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, X2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Oktay oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq dəqiqləşdirilmiş tələblə, yəni cavabdehlərin qeydiyyatdan çıxarılmaları tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış electron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1982/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1982/2025
10.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver