Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-206/2024 09.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən ona düşən payın müəyyən olunması və naturada ayrılaraq ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən ona düşən payın müəyyən olunması və naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək, əlavə sübutların toplanması zərurəti yarandığı üçün iddia ərizəsinin baxılmamış saxlanmasını və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən ona düşən payın müəyyən olunması və naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-206/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-206/2024
09.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver