Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2060/2025 11.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “birgə mülkiyyətdə olan torpaq sahələrindən müəyyən olunmuş payların iddiaçılara verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı birgə mülkiyyətdə olan torpaq sahələrindən müəyyən olunmuş payların iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli **********15 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Novruzallı kəndində yerləşən birgə mülkiyyətdə olan 2.786 ha torpaq sahəsindən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rüblük Hüquqi Şəxsin Cəlilabad 8 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli **********16 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Novruzallı kəndində yerləşən birgə mülkiyyətdə olan 0.674 ha torpaq sahəsindən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli **********17 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Novruzallı kəndində yerləşən birgə mülkiyyətdə olan 0.83 ha torpaq sahəsindən və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Rüblük Hüquqi Şəxsin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli **********18 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Novruzallı kəndində yerləşən birgə mülkiyyətdə olan 0.95 ha torpaq sahəsindən onlara (iddiaçılara) düşən müəyyən olunmuş payların naturada ayrılaraq iddiaçılara təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar (iddiaçılar) Cəlilabad rayonu Novruzallı kəndində yaşayırlar. Cavabdehlər onların yaxın qohumlarıdır və həmin kənddə yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 reyestr nömrəli, 03 may 2024-cü il tarixli çıxarışa əsasən Cəlilabad rayonu Novruzallı kəndində yerləşən 2,786 ha, **********16 reyestr nömrəli, 03 may 2024-cü il tarixli çıxarışa əsasən 0,674 ha, **********17 reyestr nömrəli, 03 may 2024-cü il tarixli çıxarışa əsasən 0,83 ha və **********18 reyestr nömrəli, 03 may 2024-cü il tarixli çıxarışa əsasən 0,95 ha pay torpaq sahələri onların (iddiaçıların) və yaxın qohumları olan cavabdehlərin ümumi birgə mülkiyyət kimi dövlət qeydiyyatına alınmış və bu barədə həmin idarə tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda onlar (iddiaçılar) ailəlidirlər və cavabdehlərdən ayrı yaşayırlar. Buna görə də, birgə mülkiyyətdə olan həmin pay torpaq sahələrindən onlara düşən payların naturada ayrılaraq təhvil verilməsini xahiş etmişdirlər. Belə ki, hazırda cavabdehlər həmin torpaq sahəsindən istifadə etməklərinə və paylarının ayırıb istifadə etməyə icazə vermirlər. Torpaq sahələri isə birgə mülkiyyətdə olduğu üçün onlar (iddiaçılar) öz paylarını naturada ayırıb istifadə edə bilmirlər. Belə ki, cavabdehlər onlara (iddiaçılara) maneçilik törədirlər. Halbuki, iddiaçılar mübahisəli torpaq sahəsinin mülkiyyətçisidirlər. Buna görə də, məcbur qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinin mahiyyətinə uyğun eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********15) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 2.786 ha kənd təsərrüffatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, İddiaçı3, Cavabdeh3, Cavabdeh1, İddiaçı2, Cavabdeh7 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********16) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.674 ha kənd təsərrüffatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, İddiaçı3, Cavabdeh3, İddiaçı2, Cavabdeh1, Cavabdeh7 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********17) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.83 kənd təsərrüffatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, İddiaçı3, Cavabdeh3, Cavabdeh1, İddiaçı2, Cavabdeh7 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********18) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.95 ha kənd təsərrüffatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, İddiaçı3, Cavabdeh3, Cavabdeh1, İddiaçı2, Cavabdeh7 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir; - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 01 dekabr 2025-ci il tarixli, 3-21-3-44/2-9413/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında xx.xx.2024-cü il tarixli **********15 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.7853 ha torpaq sahəsinin (siyahı ardıcıllığı nəzərə alınmaqla) yola çıxışı olduğundan cənub-qərb istiqamətindən şimal-şərq istiqamətində 1/10 hissədə naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında xx.xx.2024-cü il tarixli **********16 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.6737 ha torpaq sahəsinin (siyahı ardıcıllığı nəzərə alınmaqla) yola çıxışı olduğundan şimal-qərb istiqamətindən şimal-şərq istiqamətinə 1/10 hissədə naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında xx.xx.2024-cü il tarixli **********17 reyestr nömrəli Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu, can Respublikas Novruzallı kəndində yerləşən İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.8299 ha torpaq sahəsinin (siyahı ardıcıllığı nəzərə alınmaqla) yola çıxışı olduğundan şimal-qərb istiqamətindən şimal-şərq istiqamətinə 1/10 hissədə naturada ayrılması mümkündür. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatında xx.xx.2024-cü il tarixli **********18 reyestr nömrəli Çıxarışın "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.9455 ha torpaq sahəsinin (siyahı ardıcıllığı nəzərə alınmaqla) yola çıxışı olduğundan şimal istiqamətindən şərq istiqamətinə 1/10 hissədə naturada ayrılması mümkündür. - mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia tələbi irəli sürmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - 06 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ekspertiza xərcini təşkil edən 380 (üç yüz səksən) manat pul vəsaitini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hesablaşma hesabına ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********15) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 2.786 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********16) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********17) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.83 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən (qeydiyyat tarixi: xx.xx.2024, qeydiyyat nömrəsi: **********, reyestı nömrəsi: **********18) Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən 0.95 ha kənd təsərrüffatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, İddiaçı3, Cavabdeh3, Cavabdeh1, İddiaçı2, Cavabdeh7 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir. Hazırda paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnu həyata keçirməsində çətinliklər yarandığından iddiaçılar daşınmaz əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 01 dekabr 2025-ci il tarixli, 3-21-3-44/2- 9413/2025 nömrəli mütəxəssis rəyinə əsasən Cəlilabad rayonu, Novruzallı kəndi ərazisində yerləşən 2.786 ha, 0.674 ha, 0.83 ha və 0.95 ha torpaq sahələrinin İddiaçı1, İddiaçı2, İddiaçı3 payına uyğun naturada (real) bölgüsünün metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edildiyindən məhkəmə mütəxəssis rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 2.786 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.674 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.83 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.95 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 1/10 hissədə paylarına uyğun sahəsi mülkiyyətçilər arasında natura qaydasında məhkəmə-tikinti texniki ekspertizasının 01 dekabr 2025-ci il tarixli, 3-21-3-44/2-9413/2025 nömrəli rəyində göstərilmiş bölgü sxeminə uyğun aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-220-.3-cü maddələrinin tələbinə görə, Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, müəyyən olunur ki, paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünməsinə dair mülkiyyətçilər arasında mübahisə olmuşdur, buna görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehlərin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ekspertiza xərcini təşkil edən 380 manat pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cəlilabad rayonu, Novruzallı kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 2.786 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.674 ha torpaq sahəsindən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.83 ha torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydiyyata alınmış 0.95 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 1/10 hissədə paylarına uyğun sahəsi mülkiyyətçilər arasında natura qaydasında məhkəmə-tikinti texniki ekspertizasının 01 dekabr 2025-ci il tarixli, 3-21-3-44/2-9413/2025 nömrəli rəyində göstərilmiş sxemə uyğun olaraq bölünsün. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə ekspertiza xərcini təşkil edən 380 manat pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı1 oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2060/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2060/2025
11.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver