Məhkəmə qərarları › İş №2(073)-2190/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2190/2025

24.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2190/2025 24.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ödənilməmiş 6296 manat pulun ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablama günü daxil olmaqla hər gecikdirilmiş gün üçün *% vəsait, yəni 25.940 manat maddi və vurulmuş mənəvi zərərin əvəzi kimi 20.000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı cavabdeh Zopun kənd E. Qasımov adına tam orta məktəbin direktoru X4 06 mart 2024-cü il tarixli *8 nömrəli əmri ilə məktəbin fiziki tərbiyə müəllimi vəzifəsindən qanunsuz və əsassız azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(*06)-*693/2024 saylı, 30.*0.2024-cü il tarixli qərarı ilə məktəbin qanunsuz əmri ləğv edilmiş və o, həmin vəzifəyə bərpa edildikdən sonra onun ödənilməmiş əmək haqqı, yəni 6296 manat pul vəsaiti 22 aprel 2025-ci il tarixdə ona ödənilmişdir. Cavabdeh Zopun kənd E.Qasımov adma tam orta məktəbin direktoru X9 onun şərəf və ləyaqətini alçaltdığına görə və hər ay ondan dərs hissə müdiri vasitəsi ilə pul qismində rüşvət tələb etdiyinə görə Cəlilabad rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və şikayət ərizəsinə məktəbin UBTR-i Dilbər Ələkbərovanın və dərs hissə müdiri olan Xalid Məmmədovun rüşvət alması ilə bağlı səs yazısını əlavə etmişdir. Bundan sonra cavabdeh Zopun kənd E.Qasımov adma tam orta məktəbin direktoru Məmmədov Mais ona qarşı qərəzli münasibət göstərərək ona əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş və 22 fevral 2024-cü il tarixdə məktəbin həmkarlar təşkilatının üzvlərini toplayaraq rəyini alacağını və onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən çıxaracağını söyləyərək, ona məlumat vermədən 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Onun işdən azad edilməsi barədə məlumat ona 06 mart 2024-cü il tarixdə verilməklə, həmin gün əmək kitabçası ona qaytarılmışdır. Zopun kənd E.Qasımov adına tam orta məktəbin direktoru X9 əmrdə göstərmişdir ki, "o, məktəbə müəllim təyin olunan gündən əmək müqaviləsinə xitam verilən günə kimi əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və müəssisə daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Dərs saatları zamanı şagirdləri sinif otağında və ya idman zalında qoyub üzrsüz səbəbdən məktəbi tərk etmişdir. Sonradan məktəbdə dövlət əleyhinə ifadələr işlətmiş, siniflərdə ixtisası üzrə dərsi tədris etmək əvəzinə dini radikalizmi təbliğ etmiş, dərs zamanı sinfi tərk edib məktəbdə dəstamaz almış və namaz qılmış, üzrsüz səbəbdən isə çıxmamışdır. Bununla da qanunvericiliyin tələblərini pozmuşdur”. 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnindən aydın görünür ki, cavabdeh Zopun kənd E.Qasımov adına tam orta məktəbin direktoru X2 qanunsuz hərəkətlərindən prokurorluğa şikayət etdikdən sonra ona qarşı intiqam hissləri baş qaldırmış, ona qarşı qəzəb və nifrətini gizlədə bilməyərək əmək müqaviləsinə xitam verilməsi barədə əmrin mətnində belə onu cinayətdə ittiham etmiş, vətən xaini, dövlət əleyhinə ifadələr işlədən, onun cəmiyyətdə olan nüfuzunə xələl gətirən şərəf və ləyaqətini alçaldan ifadələr və itthamlarla ona maddi və mənəvi ziyan vurmuşdur. Bütün bunlar məhkəmə qətnamələri ilə öz əksini tapmış, qanunsuz və əsassız işdən azad olunduğu sübuta yetirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin qərarı ilə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, məktəbin direktoru onun barəsində qanunsuz və əsassız olaraq həqiqətə uyğun olmayan ifadələr işlətmiş və qanunsuz olaraq onu şərləmiş, onun cəmiyyət içində olan müəllim nüfuzu və etimadı zədələnmiş, şagird və müəllim heyəti içində şərəf və ləyaqəti alçaldılmış, rayon ictimaiyyəti içində nüfuzu ləkələnmişdir. Bütün bunlar həmin məktəbin rəhbərliyinin şəxsi aqressiya və qarayaxma işləri nəticəsində olmuşdur. Həmin dövr ərzində o, mənəvi əzab çəkərək, psixoloji olaraq sarsılmış, uzun müddət işsiz qalmağı ilə yanaşı cəmiyyətdə zədələnmiş nüfuzu ilə yaşamaq məcburiyyətində qalmışdır. Bu hal isə ona bərpası mümkün olmayan mənəvi zərər vurmuşdur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının maddi zərər tələbi ilə bağlı hissəsini onunla əsaslandırmışdır ki, barəsində verilmiş qanunsuz əmrlə işdən azad edilmiş, əmrin ləğv edilməsi ilə bağlı Cəlilabad Rayon Məhkəməsində iddia qaldırmışdır, iddiası rədd edilmişdir, sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiası təmin edilərək işə bərpa edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarından sonra işinə bərpa edilmiş və məcburi işburaxma dövrü üçün hesablanmış 6296 manat vəsait ona ödənilmişdir. Hesab edir ki, əmək haqqısı işəgötürənin təqsiri üzündən ödənilmədiyinə görə Əmək Məcəlləsinin *72-ci maddəsinə əsasən əsasən hər gecikdirilmiş gün üçün əlavə * faiz cərimə də ona ödənilməlidir və həmin məbləğ işdən azad edildiyi tarixdən işə bərpa edildiyi tarixədək hesablanmalıdır. İddiasının mənəvi zərər tələbi ilə bağlı hissəsi ilə bağlı qeyd etmişdir ki, işəgötürən qanunsuz hesab edilmiş həmin xitam əmrində onun (iddiaçının) barəsində “dövlət əleyhinə çıxış edən şəxs”, “dini təbliğat aparan şəxs” ifadələri işlətmişdir ki, bununla da o, mənəvi əzab keçirmişdir, işgüzar nüfuzu ləkələnmişdir. Habelə işsiz qaldığı müddətdə də xeyli mənəvi zərər keçirmiş, əsəb, stress, mənəvi sarsıntı hissləri keçirmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 iddianı etiraf etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı məktəbdə fiziki tərbiyə müəllimi işlədiyi halda dəfələrlə dərs zamanı əmək intizamının tələblərini pozaraq uşaqları sinifdə qoyub namaz qılmağa getmiş, icazəsiz olaraq dərsləri yarımçıq qoymuş, məktəbi özbaşına tərk etmişdir. İşə düzələn zaman iddiaçı bildirmişdir ki, iş vaxtı bitdikdən sonra dönər satmaqla məşğul olacaq, cavabdeh də bu hissədə hər hansı problemin olmadığını bildirmişdir. Lakin sonradan iddiaçının iş vaxtı, dərs vaxtı ərzində dönər satmağa getməsi bəlli olmuşdur və bu hal dəfələrlə təkrarlanmışdır. Dəfələrlə ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq oxşar pozuntular davam etmişdir. Habelə cavabdeh şagirdlərin, həmçinin digər müəllimlərin yanında dəfələrlə dini söhbətlər aparmış, özünü “İmam Əlinin yolçusu” kimi təqdim etmişdir. Namaz qılmamışdan qabaq dəstəmaz almaq üçün şagirdlərin köməyindən istifadə edirdi, bu barədə video görüntüləri də məhkəməyə təqdim edib. Ali Məhkəmənin müvafiq qərarından sonra isə iddiaçı işə bərpa olunmuş və regional təhsil idarəsi tərəfindən ona buraxılmış iş müddəti üçün əmək haqqı ödənilmişdir. Mənəvi zərərlə bağlı hissəni də tamamilə əsassız sayır. İşdə çoxsaylı ərizə və şikayətlər vardır, onlardan da görünür ki, məktəbin bütün kollektivi, hətta müxtəlif şagirdlərin valideynləri iddiaçının məktəndə dini söhbətlər aparmasından şikayətlər etmişdirlər. Onun işgüzar nüfuzuna ləkə gətirəcək hər hansı hərəkətə yol verməyib. Hətta iddiaçı işə bərpa edildikdən sonra cari ilin may ayında atası ilə məktəbə hücum etmiş, əsassız mübahisə yaratmışdır. Həmin halla da bağlı müvafiq aktı məhkəmə təqdim edib. İddianı əsassız hesab edərək rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia əsassızdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(*02)689/2025 saylı qərarından görünür ki, İddiaçı cavabdeh ünvan 2v adına tam orta məktəbinə qarşı ünvan 2v adına tam orta məktəbin direktoru X4 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.*0.2024-cü il tarixli 2(*06)*693/2024 saylı qətnaməsindən cavabdeh ünvan 2v adına tam orta məktəbin direktoru X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.*0.2024-cü il tarixli 2(*06)*693/2024 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.*0.2024-cü il tarixli 2(*06)*693/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Cəlilabad Rayon Məhkəməsinin 2* iyun 2024-cü il tarixli, 2(073)-*277/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh ünvan 2v adına tam orta məktəbinə qarşı ünvan 2v adına tam orta məktəbin direktoru X4 06 mart 2024-cü il tarixli, *8 saylı əmrini ləğv edib, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi təmin edilmiş, cavabdeh ünvan 2v adına tam orta məktəbin direktoru X4 06 mart 2024-cü il tarixli, *8 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, İddiaçı ünvan 2v adına tam orta məktəbin əvvəlki işinə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa edilməsi, İddiaçı 06 mart 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Tərəflərin izahatına əsasən işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir ki, məcburi işburaxma dövrü üçün ödənilməmiş 6296 manat əmək haqqı xx.xx.2025-ci ildə iddiaçıya ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulmuş əsasla xitam verilmişdir. İddiaçı əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 30.*0.2024-cü il tarixli 2(*06)*693/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar icra olunaraq iddiaçı işə bərpa edilmiş, xx.xx.2025-ci il tarixdə iddiaçıya məcburi işburaxma dövrü üçün hesablanmış 6296 manat əmək haqqı ödənilmişdir. Məhkəmə, ilk növbədə iddianın maddi ziyan tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia etdiyi zaman ərzində, yəni məcburi işburaxma dövründə (xx.xx.2024-xx.xx.2025-ci il) tərəflər arasında əmək müqaviləsinə xitam verildiyinə, onların arasında əmək münasibətləri mövcud olmadığına görə iddia üzrə Əmək Məcəlləsinin normalarının tətbiq edilməsi yolverilməzdir. Habelə həmin dövr ərzində tərəflər arasında əmək müqaviləsi olmadığına görə cavabdehin əmək müqaviləsindən və Əmək Məcəlləsindən yaranan əmək haqqı ödəmək öhdəliyi də olmamışdır ki, belə olan halda əmək haqqının ödənilməsinin gecikdirilməsi üçün əlavə zərər tələbi də istisna edilir. Əmək Məcəlləsinin 2.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Göründüyü kimi, Əmək Məcəlləsi həmin məcəllədə nəzərdə tutulan qaydada yaranmış əmək münasibətlərini tənzimləyir. 06.03.24-cü ildən xx.xx.2025-ci ilədək isə tərəflər arasında belə bir münasibət ümumiyyətlə mövcud olmamışdır. Digər tərəfdən, Əmək Məcəlləsinin *72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçinin əmək haqqının ödənilməməsi başa düşülməlidir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, hazırki halda işəgötürənin (cavabdehin) təqsiri üzündən əmək haqqının ödənilməsinin gecikdirilməsi halı da mövcud deyildir. Məhkəmə iddianın mənəvi zərər tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, işdə olan: - ünvan 2v adına tam orta məktəbin dərs hissə müdiri Xalid Qasımov tərəfindən məktəbin direktoru Mais Məmmədova yazılmış 22 sentyabr 2023-cü il tarixli təqdimatdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi dönər satmaqdan ötrü, rəhbərlikdən icazə almadan və heç bir kəsə demədən 8 və *0-cu siniflərdə dərsi ola-ola, şagirdləri tədris ocağında özbaşına qoyaraq məktəbi tərk edib getmişdir. Bu səbəbdən də fiziki tərbiyə müəllimi İddiaçıla bağlı tədbir görülməsi xahiş edilmişdir; - ünvan 2v adına tam orta məktəbinin direktoru Mais Məmmədov, təşkilatçı müavin Ağayev Səməd və müəllim Qarayev Nazim tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin yeni təyin olunmuş fiziki tərbiyə müəllimi İddiaçı məktəbdə ilk günlərdən və dərs cədvəlində dərslərə etiraz olaraq müəllimlərin etik davranış qaydalarını kobud şəkildə pozmuş, onu rəhbərlik tərəfindən başa salmağa çalışdıqları zaman, təkrarən məktəbin direktoruna qarşı, müəllimə yaraşmayan hərəkət və kobudluq göstərərək məktəbin iş rejmini pozmuşdur. - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavini, gözətçisi Rəciyev Ərəstun, katib Fərəcov Vüqar və məktəbin UBTR Qasımova Dilbər tərəfindən tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 26 dekabr 2023-cü il tarixdə məktəbdə növbətçi olduğu halda, məktəbə 09:30-da yox, *0:*5də gəlmiş və cədvəl üzrə 2-ci saat 6-cı sinifdə dərsi zamanı sinfi tərk edib, dəhlizdə dərs zamanı çay içdiyini ona irad bildirdikləri zaman, müəllim davranış qaydalarını kobud şəkildə pozaraq direktora hədə-qorxu gəlmiş və məktəbdə tədrisin gedişatını pozmağa çalışmışdır; - ünvan 2v adına tam orta məktəbin direktoru, müəllim Rəsulova Nüşabə, xadimə Rəciyeva Səadət, xadimə Dadaşova Xalidə, həmkarlar təşkilatının sədri – müəllim Qarayev Nazim tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbin **-ci sinfində cədvəl üzrə 5-ci saat dərsi zamanı tədrisi yarımçıq qoyub, məktəbin həyətində dəstəmaz almışdır; - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavini və müəllim Nəsirov Ağaməli tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı cədvəl üzrə məktəbin 7-ci sinfində dərsi olmasına baxmayaraq, gah məktəbin dəhlizində gəzmiş, gah da müəllimlər otağına gedərək dərs zamanı çay içmişdir; - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavini, müəllim Ağayev Elməddin, Rəsulov Sabir və müəllim Mənsimova Gülnar tərəfindən tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı məktəbin 8-ci sinfində 5-ci saat dərsinin olmasına baxmayaraq, məktəbi üzrsüz səbəbdən tərk etmişdir; - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavin və müəllim Ağayev Elməddin tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 29 dekabr 2023-cü il tarixdə məktəbin 8-ci sinfində cədvəl üzrə 5-ci saat dərsinin olmasına baxmayaraq, tədrisdən yayınaraq üzrsüz səbəbdən məktəbi tərk etdiyindən izahat verilməsi tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir; - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavin və katib Fərəcov Vüqar tərəfindən tərtib edilmiş 23 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ona verilən intizam tənbehindən (töhmətdən) nəticə çıxarmayaraq, 23 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən məktəbə geçikmiş, geçikməsi ilə bağlı ondan izahat verilməsi tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir; - ünvan 2v adına tam orta məktəbin direktoru, kitabxanaçısı Nəsirova Surayə, gözətçi Qasımov Anar, müəllim Qarayev Nazim və müəllim Rəsulov Sabir tərəfindən tərtib edilmiş 24 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X* və fiziki tərbiyə müəllimi İddiaçı 24 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar; - ünvan 2v adına tam orta məktəbi tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X* və fiziki tərbiyə müəllimi İddiaçı 29 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar; - ünvan 2v adına tam orta məktəbin direktoru, gözətçi Qasımov Anar, təşkilatçı müavin və laborant Kazımova Roza tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X* və fiziki tərbiyə müəllimi İddiaçı 30 yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar; - ünvan 2v adına tam orta məktəbin direktoru, müəllim Rəsulov Sabir, müəllim Qarayev Nazim, gözətçi və müəllim Rəsulova Nüşabə tərəfindən tərtib edilmiş 3* yanvar 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X* və fiziki tərbiyə müəllimi İddiaçı 3* yanvar 2024-cü il tarixdə üzrsüz səbəbdən işə çıxmamışlar; - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavini, katib, həmkarlar təşkilatının sədri, müəllim Züleyxa Mustafayeva və digər müəllimlər tərəfindən tərtib edilmiş 0* fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X* və fiziki tərbiyə müəllimi İddiaçı 29, 30, 3* yanvar 2024-cü il tarixlərdə işə çıxmadıqları üçün, 0* fevral 2024-cü il tarixdə hər ikisindən hər hansı səbəbdən çıxmadıqları üçün izahat vermələri tələb edilmiş, lakin onlar izahat verməkdən imtina etmişlər; - ünvan 2v adına tam orta məktəbin direktoru, təşkilatçı müavin, müəllim Salayev Elmar, həmkarlar təşkilatının sədri və gözətçi tərəfindən tərtib edilmiş 07 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 8-ci sinifdə öz ixtisası üzrə dərs tədris etmək əvəzinə o, tədrisdən kənar dini mövzuda danışmışdır; - ünvan 2v adına tam orta məktəbi tərəfindən tərtib edilmiş *6 fevral 2024-cü il tarixli aktdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı *0-cu sinifdə dərs cədvəli üzrə 6cı saat dərs zamanı qanunvericiliyin tələblərini pozaraq məktəbdə namaz qılmışdır. İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, əməllərindən əl çəkməmişdir; - ünvan 2v adına tam orta məktəbinin X3 22 fevral 2024-cü il tarixli, 02 saylı protokolundan çıxarışdan görünür ki, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbinin direktoru X6 *6 fevral 2024-cü il tarixli, 0* saylı təqdimatı nəzərə alınmaqla, Cəlilabad rayon E.Qasımov adına Zopun kənd tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir; - ünvan 2v adına tam orta məktəbin müəllimləri və texniki işçiləri tərəfindən Lənkəran-Astara regional Təhsil İdarəsinə ünvanlanmış çoxsaylı izahatlardan görünür ki, 2023-cü ildə ünvan 2v adına tam orta məktəbinə fiziki tərbiyə müəllimi təyin edilmiş İddiaçı məktəbdə etik davranış qaydalarını kobud şəkildə pozmuş, məktəbin direktoruna, müəllimlərə və texniki işçilərə qarşı müəllimə yaraşmayan hərəkət və kobudluq göstərərək məktəbin iş rejmini pozmuş, eyni zamanda dəfələrlə dərs zamanı icazəsiz və səbəbsiz məktəbi tərk etmişdir; - məktəbin müəllimləri tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi B. Mehdiyevə verilmiş müxtəlif çoxsaylı yazılı izahatlardan görünür ki, həmin müəllimlər iddiaçının əmək və dərs intizamını pozduğunu, müəllimlər arasında və dərslərdə dini mövzulardan söhbət etdiyini, dərs vaxtı dərsi yarımçıq qoyub namaz qıldığını, ölkənin tezliklə “İslam ölkəsi” olacağı ilə bağlı çıxışlar etdiyini və digər formada əmək intizamını pozudğunu bildirmişdirlər; - məktəbin müəllimləri və texniki işçiləri tərəfindən Lənkəran-Astara Regional İdarəsinin rəis müavini Rəhim Rəhimova edilmiş kollektik müraciətin məzmunundan görünür ki, həmin şəxslər iddiaçının məktəbdə tez-tez dini döhbətlər apardığını, ölkənin İslam ölkəsi olacağı barədə çıxışlar etdiyini, iddiaçı tərəfindən etik davranış və əmək intizamı qaydalarının dəfələrlə kobud surətdə pozulduğunu bildirmişdirlər; - məhkəmə iclasında tədqiq edilmiş * ədəd DVD diskdəki görüntülərlə müəyyən edilir ki, iddiaçı məktəbin həyətində gödəkçə və digər əşyalarını şagirdlərə verərək həyətdəki su ilə əl və ayaqlarını yuyur; - Zopun kənd tam orta məktəbin tədris müdiri, gözətçisi və 3 nəfər xadiməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin gün saat *3.00-da İddiaçı atası və qardaşı ilə birlikdə məktəbə hücum etmişdirlər. İddiaçı xadimələri təhqir etmiş, onların üzərinə hücum etmiş, məktəbin foto və videolarını çəkmiş və getmişdir. Məhkəmə işin hallarını, yuxarıda göstərilən çoxsaylı aktları, məktəbin müəllimlərinin yazılı izahatlarını, məktəbin müəllimlərinin regional təhsil idarəsinə etdiyi kollektiv müraciətdə qeyd olunanları, məhkəmə iclasında tədqiq edilmiş video görüntünü nəzərə alaraq hesab edir ki, iddiaçının məktəbdə dərs zamanı və ya dərsdən kənar vaxtlarda dini mövzularda söhbətlər aparması öz təsdiqini tapmışdır. İddiaçı özü də dini inanclı olmasını, namaz qıldığını etiraf etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş video görüntü ilə bağlı məhkəmənin verdiyi suala cavab olaraq iddiaçı həmin zaman yalnız əlini yuduğunu bildirsə də məhkəmə həmin ifadəni səmimi və inandırıcı hesab etməmişdir – həmin vaxt iddiaçının dəstəmaz alması daha inandırıcıdır. Habelə iddiaçı ona dəymiş mənəvi zərərin konkret olaraq nədə ifadə olunması və hansı mənəvi sarsıntını keçirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının ona dəymiş mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəmənin verdiyi suala cavab olaraq iddiaçı həmin zərərin işsiz qalması nəticəsində əsəb keçirməsi və xitam əmrində onun barəsində həqiqətə uyğun olmayan məlumatlar əks olunmaqla işgüzar nüfuzunun ləkələnməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *4 may *999-cu il tarixli 4 nömrəli Qərarının 3-cü bəndinə əsasən məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisəvə təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Həmin Qərarın 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə fiziki və mənəvi sarsıntılarını sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.**.2008-ci il tarixli, 07 saylı Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin *097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqdamülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən “sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçının dini inanclara üstünlük verməsi, bu barədə dərs zamanı və dərsdən kənar vaxtlarda söhbətlər etməsi onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi tarixə qədər məktəbin kollektivi üçün bəlli idi və bu barədə məktəbin müəllimləri, texniki işçiləri və bəzi şagirdlərin valideynləri tərəfindən müraciətlər edilmişdir. Habelə o da nəzərə alınmalıdır ki, iddiaçı müvafiq əmrdəki məlumatlarla özünün işgüzar nüfuzunun ləkələndiyini iddia etsə də, qeyd olunmalıdır ki, işgüzar nüfuzun ləkələnməsi üçün həmin məlumatların yayılması baş verməli idi ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə hər hansı yayılma halı istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (və ya əldə edildiyi) gündən * (bir) ay müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar