Məhkəmə qərarları › İş №2(073)-224/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-224/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-224/2023 07.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılması, ödənilmiş dövlət rüsumuna görə 40 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat pul vəsaitinin 30 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılmasına, ödənilmiş dövlət rüsumuna görə 40 manat və mediasiya xərcinə görə ödənilmiş 60 manat pul vəsaitinin 30 manat məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, oğlu X12 Cavabdeh ilə 2016-cı ildə nikaha girərək ailə qurmuşlar. Onların birgə nikahından iki uşaqları doğulmuşdur. Lakin ailədə tez-tez mübahisələri yaranması səbəbindən Cavabdeh nikah qeydinin pozulması və aliment tələbinə dair Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(073)-257/2022 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuş və uşaqlarının saxlanılması üçün X19dən aliment tutulur. X19 ilə Cavabdeh ailə qurarkən, Cavabdeh özü ilə gətirdiyi cehiz əşyalarını ona məxsus evə yığmışdır. Oğlu ilə cavabdeh ailə qurduqdan sonra bir ay ona məxsus evdə yaşamışlar, sonra oğlu və Cavabdeh birlikdə Bakı şəhərinə köçərək orada kirayədə yaşamışlar. Bakı şəhərinə köçdükdən sonra Cavabdeh məxsus bəzi cehiz əşyalarını istifadə etmək üçün müxtəlif vaxtlarda Bakı şəhərində kirayədə yaşadıqları evə aparmışlar. Lakin X19lə Cavabdeh rəsmi boşanmaqla ayrılmalarına baxmayaraq, Cavabdeh məxsus iddia ərizəsində qeyd etdiyi - 1 ədəd şfoner, 1 ədəd korka, 1 ədəd kamot, 1 ədəd termo, 1 ədəd taxt, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd tumbuçka, 1 ədəd uşaq kravatı, 1 ədəd yazı masası, 1 ədəd televizor altlığı, 1 ədəd TV plazma, 2 ədəd çılçıraq, 5 ədəd karniz, 2 ədəd xalça, 1 ədəd ətçəkən, 2 ədəd qənd qabı, 1 ədəd meyvə qabı, 2 ədəd çörək qabı, 7 ədəd boşqab, 2 ədəd nəlbəki, 5 ədəd balaca mürəbbə qabı, 1 ədəd güldan, 2 ədəd duz qabı, 2 ədəd ayaqqabı, 1 ədəd ayna, 1 ədəd lampa, 1 ədəd şirəçəkən maşın, 9 ədəd bakal, 2 ədəd ayaqlı mürəbbə qabı, 6 ədəd kafeni dəst servis, güldan, 2 ədəd kanfet qabı, 2 ədəd subkir, 2 ədəd tort qabı, kuxna naboru, şirniyyat un qabı, 8 ədəd boşqab, 3 ədəd qazan, 2 ədəd plastik ləyən, 6 ədəd rumka, 5 ədəd stəkan, 6 ədəd armudu stəkan, 6 ədəd nəlbəki, 1 ədəd su qabı, 6 ədəd su stəkanı, 4 ədəd çaşka, 4 ədəd nəlbəki, 1 ədəd şəkər qabı, 1 ədəd çaydan, 12 ədəd kafeni çaydan dəsti, 24 ədəd abedni dəsti, 3 ədəd adyal, 3 ədəd döşək, 2 ədəd yorğan, 10 ədəd yasdıq, 1 ədəd balaca adyal, 2 ədəd meyvə qabı, 10 ədəd bakal, 8 ədəd plastik ləyən, 1 ədəd soğan doğrayan, 1 ədəd səbət, 1 ədəd uşaq üçün səbət, 1 ədəd şüşə şirniyyat qabı, 1 ədəd kuruşka, 3 ədəd duz qabı, 1 ədəd balaca döşək, 2 ədəd uşaq üçün ləyən, 2 ədəd qənd qabı, 6 ədəd mürəbbə qabı, 3 ədəd çəngəl, 2 ədəd qaşıq, 1 ədəd qaşıq naboru, 1 ədəd naçnik, 1 ədəd elektrik sobası olan cehiz əşyaları ona məxsus evdə qalmışdır. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı oğlu X12 ilə 2016-cı ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. Sonradan ailə münasibətlərinin pozulması səbəbindən nikah qeydinin pozulması və aliment tələbinə dair Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(073)-257/2022 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. Lakin ona məxsus cehiz əşyaları İddiaçı məxsus evdə qalmışdır. O, hazırda uşaqları ilə birlikdə Bakı şəhərində kirayə yaşayır. Uşaqları ilə birlikdə yaşaması üçün İddiaçı onu evnən təmin etməlidir. Bu səbəbdən də özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus evdə saxlayacaq. Cavabdeh iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(073)- 257/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X10 ilə cavabdeh X12 arasında Cəlilabad rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2016-cı il tarixli, 691 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 iddiaçı X5 yanında qalmalarının müəyyən edilməsi, 17 noyabr 2021-ci ildən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 3 yaşı tamam olanadək cavabdeh X7 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 veriləmsi qət edilmişdir. İşdə olan İV-JQ № 494040 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X11 nikahlarını 22 noyabr 1988-ci ildə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 saylı qeydiyyat aparılaraq, arvada Quliyeva soyadı verilmişdir. İşdə olan AZ-İİ № 323057 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 22 may 2013-cü il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad şəhər XDS İcraiyyə Komitəsinin 27 avqust 1991-ci il tarixli 09 nömrəli icrakom iclasının protokolundan çıxarışdan görünür ki, Cəlilabad şəhər sakini X6 0,06 ha torpaq sahəsinin verilməsi, torpaq sahəsində rayonun R.Axundov adına sovxoz direktorluğunun verdiyi 23 iyul 1991-ci il tarixli 118 nömrəli əmrinin nəzərə alınması və ona həmin sahədə fərdi yaşayış evinin inşa edilməsinə icazə verilməsi, həmin qərarla onlara verilmiş torpaq sahəsində fərdi yaşayış üçün evin inşa etdirilməsinə baş memar tərəfindən təsdiq olunmuş layihə sənədi əsasında icazə verilməsi, fərdi yaşayış evlərinin inşa etdirmək üçün torpaq sahələri verilmiş vətəndaşların verilmiş torpaq sahəsindən 2 il müddətində verildiyi təyinat üzrə istifadə olunmasının təmin edilməsi qərara alınmışdır. İşdə olan 30 avqust 1991-ci il tarixli təhkim aktından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 nömrəli qərarına əsasən R.Axundov adına sovxoz-texnikumun 23 iyul 1991-ci il tarixli 118 nömrəli əmrinə və Cəlilabad şəhər sovetinin 27 avqust 1991-ci il tarixli 09 nömrəli qərarına əsasən X6 0,06 ha torpaq sahəsi təhkim edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 40 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Mediasiya şurasının xx.xx.2022-ci il tarixli 21023 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sesiyasından keçməsi ilə əlaqədar 60 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə İddiaçı oğlu X12 Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə nikaha girməklə ailə həyatı qurmuşlar. Cavabdeh ailə qurduqdan sonra İddiaçı istfadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçərək orada yaşamışlar. İddiaçı oğlu ilə cavabdeh ailə qurduqdan sonra bir ay ona məxsus evdə yaşamışlar, sonra X19 Cavabdeh birlikdə Bakı şəhərinə köçərək orada kirayədə yaşamışlar. Bakı şəhərinə köçdükdən sonra Cavabdeh məxsus bəzi cehiz əşyalarını istifadə etmək üçün müxtəlif vaxtlarda Bakı şəhərində kirayədə yaşadıqları evə aparmışlar. Sonradan Cavabdeh ailə münasibətlərinin pozulması səbəbindən nikah qeydinin pozulması və aliment tələbinə dair Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 26 may 2022-ci il tarixli, 2(073)-257/2022 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. Lakin iddiaçının X19lə Cavabdeh rəsmi boşanmaqla ayrılmalarına baxmayaraq, Cavabdeh məxsus iddia ərizəsində qeyd etdiyi cehiz əşyaları İddiaçı məxsus evdə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı istifadəsində olduğu yaşayış evindən və qeyri-yaşayış sahəsindən maneəsiz istifadə edilməsinin təmin edilməsi və kənar şəxslərin ona mənsub əmlakdan sahiblik etməyinə son qoyulmasına dair tələbində tamamilə haqlıdır. Belə ki, cavabdehə məxsus cehiz əşyalarının yerləşdiyi fərdi yaşayış evi İddiaçı istifadəsindədir və İddiaçı öz əmlakından maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh başqasının istifadəsində olan evdən saxlanc məqsədilə istifadəsi əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehə məxsus əmlakın həmin evdə yerləşməsi, istifadəçinin cavabdehin əmlakın saxlandığı yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, cavabdehə məxsus əmlakın tələb olunan evdən çıxarılmaması iddiaçının istifadə hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi Cavabdeh çatışmayan digər cehiz əmlakı, qızıl-zinət əşyaları və digər əmlaklar barədə gələcəkdə ayrıca iddia qaldırmaq hüququndan məhrum etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh məxsus cehiz əşyaları iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat və mediasiya ilə əlaqədar ödənilmiş xərcinin əvəzi qismində 30 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat və mediasiya xərcinin əvəzi qismində 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar