Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-26/2023 02.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cavabdeh2 Möhsüm oğluna qarşı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin koordinatlarının naturaya uyğyn müəyyənləşdirilərək, xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 Möhsüm oğlunun istifadəsində olan hissəsinin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cavabdeh2 Möhsüm oğluna qarşı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin koordinatlarının naturaya uyğyn müəyyənləşdirilərək, xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 Möhsüm oğlunun istifadəsində olan hissəsinin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmə iclasında baxılması 02 fevral 2023-ci il tarixə, saat 12:30-a təyin edilmiş və işə baxılmanın vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və onun nümayəndəsi X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh2 Möhsüm oğlu məhkəmə iclasında ərizə verərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini göstərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı və onun nümayəndəsi X3 məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cavabdeh2 Möhsüm oğluna qarşı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahəsinin koordinatlarının naturaya uyğyn müəyyənləşdirilərək, xüsusi mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh2 Möhsüm oğlunun istifadəsində olan hissəsinin cavabdehdən alınaraq ona (iddiaçıya) verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-26/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-26/2023
02.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver