Məhkəmə qərarları › İş №2(073)-265/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-265/2024

09.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-265/2024 09.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X4, X5 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər X7, X8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və X2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X7, X8, Cavabdeh2, Cavabdeh3, X9 və X2 qarşı ümumi birgə mülkiyyətdə olan və Cəlilabad rayonu Mirzəli kəndində yerləşən 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhv olaraq cavabdeh kimi X10 qeyd etmişdir. Halbuki onun yerinə cavabdeh kimi Cavabdeh6 yazılmalı idi. Odur ki, cavabdeh X6 əsl Cavabdeh6 ilə əvəz edilməsini xahiş edir. Eyni zamanda İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək ümumi birgə mülkiyyətdə olan və Cəlilabad rayonu Mirzəli kəndində yerləşən 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi və həmin payın naturada ayrılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, lakin hazırda payın naturada ayrılaraq ona təhvil verilməsi tələbinin olmadığını, yalnız torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçının tələbin həcminin qeyd olunan şəkildə azaldılması ilə bağlı xahişini nəzərə alır və yalnız ümumi birgə mülkiyyətdə olan, Cəlilabad rayonu Mirzəli kəndində yerləşən 4.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən payın müəyyən edilməsi tələbinə baxılmasını zəruri hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayonu Mirzəli kəndində qeydiyyatda olsa da, hazırda Bakı şəhərində yaşayır. Cavabdehlər onun ailə üzvləridir və Cəlilabad rayonu Mirzəli kəndində yaşayırlar. Onların birgə mülkiyyətinə Cəlilabad rayonu Mirzəli kəndində 4,04 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair Dövlət Aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən arayışı ərizəyə əlavə etmişdir. Hazırda o, birgə mülkiyyətdə olan həmin 4,04 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən olunmasını istəyir. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün o, öz payı üzərində sərbəst sərəncam verə bilmir. Cavabdehlər ona maneəçilik törədir. O, mübahisəli torpaq sahəsinin mülkiyyətçilərindən biridir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X12 iddianı etiraf edərək verdiyi izahatında göstərdi ki, onlar Cəlilabad rayonu Mirzəli kəndində yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 sentyabr 2006-cı il tarixli 05 saylı qərarı ilə Cəlilabad rayonu Mirzəli kəndində 4,04 ha torpaq sahəsi onların birgə mülkiyyətinə verilmişdir. Birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən payın müəyyən olunmasına etirazı yoxdur. Məhkəmə iclasında cavabdehlər X13 və X3 da iddianı etiraf edərək X12 ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər - Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2023cü il tarixli elektron arayışdan görünür ki, İddiaçı adına Cəlilabad rayonu Mirzəli kəndində yerləşən 7 nəfər ailə üzvləri ilə birlikdə ümumi mülkiyyətdə olan 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X4, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X1 və İddiaçı adına Cəlilabad rayonu Mirzəli kəndində ümumi birgə mülkiyyətdə olan 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 1581/12 saylı arayışdan görünür ki, X14 və İddiaçı nikahı haqqında Cəlilabad rayon Şabanlı kənd icra nümayəndəliyində 11 dekabr 2008-ci il tarixdə 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Əzimova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayonu Aqrar İslahatı Komissiyasının 29 sentyabr 2006-cı il tarixli 05 saylı qərarı ilə X12, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X3 və İddiaçı birgə mülkiyyətinə Cəlilabad rayonu Mirzəli kəndində 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün İddiaçı öz payının müəyyən edilməsini istəyir və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıın ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Mübahisəli torpaq sahəsi 7 nəfərin ümumi birgə mülkiyyətində olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının həmin torpaq sahəsində payı 1/7 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 2006-cı il tarixli 05 saylı qərarı ilə X4, X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, X1 və İddiaçı birgə mülkiyyətində olan, Cəlilabad rayonu Mirzəli kəndində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı payı 1/7 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar