Məhkəmə qərarları › İş №2(073)-3022/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3022/2025

21.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3022/2025 21.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu, Məlikqasımlı kəndində yerləşən onun və ailə üzvlərinin ümumilikdə mülkiyyətində olan 5.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam olaraq naturada ölçülüb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 02 Aprel tarixli 06 nömrəli “Qərar”-1 ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində yeddi (7) nəfərdən ibarət ailə üzvlərinə Cəlilabad rayon, Məlikqasımlı kənd ərazisində ümumilikdə 5.56 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsi verilib. Qeyd edilən tormaq sahəsi 2025-ci ilə qədər ailə üzvlərinin istifadəsində olmuşdur. Əfsuslar olsun ki, heç bir narazılıq, iddia və tələb olmayan 27 il istifadələrində olan torpaq sahəsinin müəyyən hissəsi qanunsuz olaraq maraqlar əsasında kəsilərək Cavabdeh mülkiyyətinə verilmişdir. Belə ki, Cavabdeh maddi imkanından istifadə edərək yerli ərazi nümayəndəliyi və kənd bələdiyyəsinin iştirakı və himayədarlığı ilə Daşınmaz Əmlakın Dövlət Reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi saxta sənədlər əsasında öz istəyinə çatmışdır. Torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”na əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 02 Aprel tarixli 06 nömrəli qərarı ilə ailə üzvlərinin şəxsi mülkiyyətinə 5.56 ha torpaq sahəsi verilməsinə baxmayaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestrindən mənə verilmiş Çıxarışda 4.48 ha göstərilmişdir. Bu qanunsuzluqlar əsas verir deməyə ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsindəki çatışmamazlığı tam təmin etmək üçün qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsindən kəsilərək Seymurun mülkiyyətinə verilmişdir. Əfsuslar olsun ki, Cəlilabad rayon Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi əməkdaşlarının fəaliyyətində şəxsi maraqlar əsasında birinin digəri üzərində üstünlük yaradılması və digər qanunsuzluqların baş verməsi təbii hal almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə razı deyil, həmin iş üzrə təqdim edilmiş mütəxəssis rəyi əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, bildirmişdir ki, eyni iddia tələbi üzrə o, Cəlilabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmişdir. Hazırda iddaçı mövcud olan məhkəmə qətnaməsi olmasına baxmayaraq, əsassız olaraq müraciət etmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və təqdim edilmiş məhkəmə aktlarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş: Cəlilabad Rayon Məhkəməsinin 2(073)-516/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, **********89 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində iddiaçı Cavabdeh və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3,72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,5252 ha hissəsindən çıxarılması və 0,5252 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 11 aprel 2024-cü il tarixli, **********89 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu, Məlikqasımlı kəndində iddiaçı Cavabdeh və onun ailə üzvlərin mülkiyyətinə verilmiş 3,72 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,5252 ha hissəsindən çıxarılması və 0,5252 ha torpaq sahəsi cavabdehdən alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Hazırda iddiaçı mübahisələndirilən torpaq sahəsinin naturada ölçülüb ona verilməsini məhkəmədən xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində mübahisələndirilən torpaq sahəsinin naturada ölçülüb ona verilməsi xahiş olunsa da, iddiaçının iddia tələbini əsaslandırdığı hallardan və tərəflərin hər ikisinin izahatından aydın olur ki, eyni iddia tələbi üzrə məhkəmə mübahisəsi olmuş və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Hazır ki vaxta qədər mövcud qətnamə mübahisələndirilməmiş, yəni İddiaçı tərəfindən iş üzrə apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.4 və 262.5-ci maddələrinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Eyni Məcəllənin 170.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair iddiası üzrə məhkəmənin qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-262, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar