Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3264/2025 21.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin müəyyən olunmuş payların naturada ayrılaraq ona (iddiaçıya) verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin müəyyən olunmuş payların naturada ayrılaraq ona (iddiaçıya) verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********28 reyestr nömrəli çıxarış ilə Cəlilabad rayonu, Pərdi kəndi ərazisində yerləşən 2.03 ha, xx.xx.2023-cü, il tarixili **********31 reyestr nömrəli çıxarış ilə Cəlilabad rayonu, Pərdi kəndi ərazisində yerləşən 1.19 ha, xx.xx.2023-cü il tarixli, **********12 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu, Pərdi kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 1.12 ha torpaq sahəsindən 1/5 hissədə müəyyən olunmuş payının naturada ayrılaraq ona (iddiaçıya) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icrata xitam verilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(073)- 71/2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Cəlilabad rayonu Pərdi kəndində yerləşən 2.03 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/5 hissədə payı, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahəsindəki 1/5 hissədə payı, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 1.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahəsindəki 1/5 hissədə payının iş materiallarında olan müvafiq mütəxəssis rəyi rəhbər tutulmaqla naturada ayrılaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hazırlıq iclasında iddiaçı ilə aparılmış dəqiqləşmə nəticəsində iddiaçı iddiasının eyni olduğunu, bu iddia üzrə məhkəmənin qətnaməsi olduğunu təsdiq etmişdir. Yenidən eyni iddia ilə müraciət etməyinin səbəbi DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ona yaradılmış maneələr olmuşdur. Belə ki, həmin idarədə sözügedən qətnamədə payın naturada ayrılması dəqiq göstərilmədiyindən iddiaçıya məxsus payın ayrılmasından imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçıya qeyd edilən imtinanın əsassız olduğu, sözügedən qətnamədə payın ayrılmalı olmasının göstərildiyi bildirilmiş, qətnamənin icrasında hər hansı çətinlik yaranarsa qətnaməyə izah verilməsi barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsinin müəyyən olunmuş payların naturada ayrılaraq ona (iddiaçıya) verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verisin. Qərardaddan surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3264/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3264/2025
21.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver