Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-332/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən 4.0531 ha torpaq sahəsindən ona düşən 1/9 hissədə payının naturada ayrılaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ona (iddiaçıya) və ailə üzvləri Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Cəlilabad rayonunun Üçtəpə kəndinin ərazisindən 4.0531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarış verilmiş və həmin torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/9 hissə təşkil edir. Cavabdehlər onun öz payından istifadə etməsinə imkan vermirlər. Ona görə də paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada bölünməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və ona (iddiaçıya) naturada ayrılması nəzərdə tutulan 0.45054 ha torpaq sahəsi 4.0531 ha ümumi torpaq sahəsinin şimal-şərq tərəfində olmaqla uzunluğu 489.12 m, eni şimalqərb tərəfdə 9.2 m, cənub-şərq tərəfdə 9.27 m. müəyyən edilmişdir. Payının bu şəkildə naturada ayrılması torpaq mülkiyyətçilərinin hüquqlarını pozmur və hər bir mülkiyyətçi özün məxsus torpaq sahəsinə sərbəst gedib-gələ bilər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən 4.0531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7nın və Cavabdeh8 mülkiyyətindədir və həmin torpaq sahəsində hər bir mülkiyyətçinin payı 1/9 hissə təşkil edir. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 202584 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 202585 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci ildə ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən tərtib edilmiş Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən (JN-1093 nömrəli dövlət aktına əsasən) 4.0531 ha torpaq sahəsinin Bölgü planından görünür ki, Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən 4.0531 ha torpaq sahəsindən İddiaçı naturada ayrılan pay 0.45054 ha təşkil edir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus 0.45054 ha torpaq sahəsi JN-1093 nömrəli dövlət aktı ilə 4.0531 ha torpaq sahəsindən ayrılan və ümumi torpaq sahəsinin şimal-şərq tərəfində olmaqla uzunluğu 489.12 m, eni şimal-qərb tərəfdə 9.2 m, cənub-şərq tərəfdə 9.27 m. təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsindəki mülkiyyət payının naturada ayrılmasını tələb etmək hüququ göstərilən normalarda təsbit edilmişdir. Bu baxımdan iddiaçının pay bölgüsü tələbi qanuni və əsaslıdır. Torpağın naturada bölgüsünə, yəni iddiaçının payının sahənin hansı hissəsindən ayrılması məsələsinə münasibətdə məhkəmə hesab edir ki, həmin sahə elə bölünməlidir ki, tərəflərin hər biri öz payından sərbəst şəkildə istifadə etmək imkanına malik olsun. İşdə olan sənədlərdən və iddiaçının izahatından müəyyən edilir ki, Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən 4.0531 ha torpaq sahəsindən iddiaçıya ümumi torpaq sahəsinin şimal-şərq tərəfində olmaqla uzunluğu 489.12 m, eni şimal-qərb tərəfdə 9.2 m, cənub-şərq tərəfdə 9.27 m. torpaq sahəsinin bölünməsi mümkündür. Ona görə də məhkəmə hesab edir ki, ümumi sahənin yerləşmə yeri, qonşularla əlaqəsi və ümumi yola çıxış imkanları nəzərə alınaraq, iddiaçıya ayrıla biləcək torpaq sahəsi ümumi torpaq sahəsinin şimal-şərq tərəfindən müəyyən edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X3 Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən 4.0531 ha torpaq sahəsindəki 1/9 hissədə payına uyğun olaraq 0.45054 ha torpaq sahəsi ümumi torpaq sahəsinin şimal-şərq hissəsindən (ümumi torpaq sahəsinin şimal-şərq tərəfində olmaqla uzunluğu 489.12 m, eni şimal-qərb tərəfdə 9.2 m, cənub-şərq tərəfdə 9.27 m.) naturada ayrılıb iddiaçı X4 təhvil verilməsinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı Cəlilabad rayonunun Üçtəpə kəndində yerləşən 4.0531 ha torpaq sahəsindəki 1/9 hissədə payına uyğun olaraq 0.45054 ha torpaq sahəsi ümumi torpaq sahəsinin şimal-şərq hissəsindən (ümumi torpaq sahəsinin şimal-şərq tərəfində olmaqla uzunluğu 489.12 m, eni şimal-qərb tərəfdə 9.2 m, cənub-şərq tərəfdə 9.27 m.) naturada ayrılıb İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-332/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-332/2023
03.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver