Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-339/2023 07.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçılar İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnna qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 10 000 (on min) manat borcun bank faizi olan 1864.32 (bir min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) manat ilə birlikdə cəmi 11 864.32 (on bir min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) manat borcun, hüquqi yardımın göstərilməsi üçün 70 (yetmiş) manat və 126 (bir yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumunun alınaraq onlara (iddiaçılara) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə qohumluq münasibətlərində olmuşlar. Cavabdehin müəyyən formada öz şəxsi sosial ev şəraitini qarşılamaq üçün müəyyən qədər pula ehtiyyacının olduğunu 2021ci ilin iyun ayında X9nın vasitəsi ilə bilmişlər və müəyyən qədər pulun cavabdehə qohumluq münasibətlərini əsas gətirərək, cavabdehə pul verməyə razı olmuşlar. Cavabdehdən nə qədər pula ehtiyyacının olduğunu soruşduqda, cavabdeh onlara 10 000 (on min) manata ehtiyyacının olduğunu bildirmişdir. O (İddiaçı1) da öz növbəsində cavabehə həmin məbləğdə vəsaitə malik olmadığını bildirmiş və qohumluq münasibətlərini əsas götürərək, qardaşı İddiaçı2 iş yeri olduğundan Ruslanın adına kredit götürərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 31 saylı Notariat Kontorunun qarşısında cavabdehə 10 000 (on min) manat borc pul vermişlər. Həmin vaxt cavabdehə aralarında borca dair notarial qaydada müqavilə bağlamağı təklif etsələr də, cavabdeh qohum olduqlarını, narahatçılığa əsas olmadığını bildirərək notarial qaydada müqavilə bağlamaqdan yayınmışdır. Onlar da (iddiaçılar) cavabdehlə qohum olduqlarına, ona inandıqlarına görə notarial qaydada borc müqaviləsi bağlamadan həmin məbləği, yəni 10 000 (on min) manatı cavabdehə vermişlər. X9 ilə cavabdehin qardaşının münasibətləri ilk vaxtlar normal olsa da, sonradan aralarında narazılıqlar yaranmış, ailənin saxlanması qeyri-mümkün olduğundan nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan sonra cavabdehdən borcunu qaytarmasını tələb etmişlər. Cavabdeh ilk vaxtlar borcunu etiraf edərək, qaytaracağını bildirsə də, sonradan bundan imtina etmişdir. Cavabdehin borcunu etiraf etməsi telefon danışıqları və vatsapp yazışmaları ilə də öz təsdiqini tapır. Cavabdeh borcunu qaytarmaqdan imtina etdiyinə görə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin şöbənin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X5 iddianı müdafiə edərək, İddiaçı1 qızının izahatına uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, iddiaçıların bacısı X5 ilə onun (cavabdehin) qardaşı evli olmuşlar. Əvvəllər mehriban yaşasalar da sonradan aralarında narazılıqlar yaranmış və ailə münasibətləri pozulmuşdur. Qardaşı ilə iddiaçıların X9 arasında narazılıqlar yarandığından, ailə münasibətləri pozulduğundan ayrılmışlar. Bundan sonra iddiaçılar ona (cavabdehə) zəng edərək, onun (cavabdehin) və qardaşının onlara borlu olduqlarını bildirmişlər. İddiaçılardan heç vaxt borc pul almamış və danışıqlar zamanı da bu barədə iddiaçılara bildirmişdir. Qardaşı ilə danışan zaman qardaşından iddiaçılara pul borcunun olubolmadığını soruşmuş, qardaşı da iddiaçılara borcunun olmadığını, ailə münasibətlərini qaydasına qoyduğunu bildirmişdir. Özü rəsmi olaraq işləyir və əmək haqqı alır. Aldığı əmək haqqı maddi tələbatını ödəmək üçün kifayət edir. Pula ehtiyyacı olduğu halda özü kredit götürmək iqtidarındadır. İddiaçılar əsassız yerə ona qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 027R********** saylı kredit razılaşmasının surətindən görünür ki, Bank tərəfindən İddiaçı2 aylıq 1.8333 faiz olmaqla 18 ay müddətinə 10000 (on min) manat kredit verilmişdir. İşdə olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, X1 Xəlil Aydın oğluna qarşı döyülmə və pul tələbi barədə şikayət ərizəsi ilə müraciət etmiş, onun müraciəti əsasında araşdırma aparılmış və araşdırma zamanı hər hansı bir cinayət tərkibi aşkar edilmədiyindən cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmiş və şikayətin pul tələbi hissəsi üzrə iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiçılar qeyd edir ki, cavabdehə 10 000 (on min) manat borc pul vermişlər, cavabdeh isə iddiaçılardan borc pul almadığını və iddiaçılara borcunun olmadığını bildirir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Hazırkı iş üzrə cavabdehin iddiaçılara borcunun olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin cavabdehin iddiaçılara borcunun olması işin faktiki halları ilə sübuta yetmir. Belə ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğu təqdirdə mülki qanunvericilik borc müqaviləsinin yazılı formada bağlanmalı olmasını müəyyən etmişdir. Lakin iddiaçılar cavabdehə 10 000 (on min) manat borc pul verdiklərini qeyd etsələr də, bununla bağlı cavabdehlə yazılı formada bağlamalı olduqları borc müqaviləsini məhkəməyə təqdim etməmişdirlər. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən isə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanalara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnna qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-339/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-339/2023
07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver