Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3545/2025 04.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, işə ərizəçinin iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 481.40 manat, Dövlət Sosial Müdafiə Fonduna 12182.97 manat, İcbari Tibbi Sığorta Fonduna 1947.81 manat olmaqla, ümumilikdə 14612.18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödeyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1-1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə istinad edərək, borclu olan Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 481.40 manat, Dövlət Sosial Müdafiə Fonduna 12182.97 manat, İcbari Tibbi Sığorta Fonduna 1947.81 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan xx xxxxxx 1972-ci ildə doğulmuş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Maraqlı şəxs verdiyi izahatında göstərmişdir ki, ərizə əsassızdır. Belə ki, o, cəmi bir neçə ay müvəqqəti olaraq həmin orqanın rəhbəri olub və xx.xx.2025-ci il tarixdə öz ərizəsi ilə Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 direktoru vəzifəsindən azad edilmişdir. Müəssisəyə aid olan borcun ona heç bir aidiyyatı yoxdur. O, bir müddət sadəcə əvəzləyici rəhbər vəzifəsində olmuş, sonradan isə azad edilmişdir. Özü gözdən əlildir və mütəmadi olaraq Türkiyədə müalicələr alır. Ölkədən getmək hüququnun məhdudlaşdırılması onun sağlamlığını da ciddi təhlükə altına qoymuş olar. Qeyd olunanlara əsasən ərizənin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, maraqlı şəxsin xx.xx.2024-cü il tarixə İşsizlikdən Sığorta Fonduna ümumilikdə 421.77 manat məbləğində borcu vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, maraqlı şəxsin xx.xx.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 10685.98 manat məbləğində borcu vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, maraqlı şəxsin xx.xx.2024-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna ümumilikdə 1704.20 manat məbləğində borcu vardır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq haqqında məlumatdan görünür ki, maraqlı şəxsdən borcun 15 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 03-Ş saylı əmrin surətindən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 direktoru vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə vergi ödəyicisi olan Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə iclasında müəyyən edilsə də həmin hüquqi şəxsin öhdəliklərinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 rəhbəri olan hazırki iş üzrə maraqlı şəxs qismində göstərilən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ərizəçi ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 03-Ş saylı əmrdən görünür ki, Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə ərizəsinə əsasən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 direktoru vəzifəsindən azad edilmişdir. Bu halda hazırki ərizədə göstərilən borclar Maraqlı şəxs deyil, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X2 (hal-hazırkı rəhbərdən) tələb edilməlidir, habelə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması iddiası məhz hazırki rəhbərə münasibətdə əsaslı hesab edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs xx.xx.2025-ci ildə ərizəsinə əsasən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X3 direktoru vəzifəsindən azad edildiyindən, yəni icra orqanının rəhbəri olmadığından ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhk əmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3545/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3545/2025
04.12.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver