Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-376/2023 03.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan və Cəlilabad rayonu Privolnoye kəndində yerləşən 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlər iddiaçının ailə üzvləridir. Onlar Cəlilabad rayonu, Ağdaş kəndində yaşayırlar. Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cəlilabad rayonu Privolnoye kəndində 5.29 ha torpaq sahəsi onların birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı birgə mülkiyyətdə olan həmin 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona düşən payın müəyyən olunmasını və naturada ayrılaraq təhvil verilməsini istəyir. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün iddiaçı öz payını naturda ayırıb istifadə edə bilmir. Belə ki, torpağın birgə mülkiyyətdə olması onlara torpaqdan təyinatı üzrə istifadə etməkdə maneəçilik törədir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh8 iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, onlar Cəlilabad rayonu, Ağdaş kəndində yaşayırlar. Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə Cəlilabad rayonu Privolnoye kəndində 5.29 ha torpaq sahəsi onların birgə mülkiyyətinə verilmişdir. Onun birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıya düşən payın müəyyən olunmasına və naturada ayrılaraq təhvil verilməsinə etirazı yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər- Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-901 kod 80600028 nömrəli Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə X3, Cavabdeh1, Cavabdeh2 Fürsət oğluna, Cavabdeh3 Fürsət oğlu, İddiaçı Fürsət qızına, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 12 dekabr 2022-ci il tarixli, **********71 saylı məktubdan görünür ki, tərəflərin qarşılıqlı razılığı olmadığı təqdirdə payçılar tərəfindən naturada payların bölgüsü üçün müvafiq olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət olunmalıdır. İşdə olan AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonu Ağdaş kəndində doğulmuşdur. İşdə olan Cəlilabad rayon Uzuntəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında 11 dekabr 2013-cü il tarixdə nikah bağlanaraq, nikahın bağlanması haqqında akt qeydləri kitabında 702 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə X3, Cavabdeh1, Cavabdeh2 Fürsət oğluna, Cavabdeh3 Fürsət oğlu, İddiaçı Fürsət qızına, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün iddiaçı öz payını naturda ayırıb istifadə edə bilmir. Belə ki, torpağın birgə mülkiyyətdə olması torpaqdan təyinatı üzrə istifadə etməkdə maneəçilik törətdiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, İddiaçı ın ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 10 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının hər birinin payı 1/10 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da cavabdehlər- Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb İddiaçı verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş JN-901 kod 80600028 nömrəli Dövlət aktına əsasən Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı, Cavabdeh9, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ümumi birgə mülkiyyətinə verilmiş 5.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddaçı İddiaçı payı 1/10 hissədə müəyyən edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər- Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh9, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayilov
Məhkəmə qərarları › İş №2(073)-376/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-376/2023
03.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver