Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-386/2023 06.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Allabaxış oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Allabaxış oğluna qarşı cavabdehdən 894 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Allabaxış oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Allabaxış oğlundan 894 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı olan anası İddiaçı mülkiyyətində olan «Niva» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili o, özü idarə edir. 05 noyabr 2022-ci il tarixdə o, anası İddiaçı mülkiyyətində olan «Niva» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, prospektin Azərbaycan küçəsi ilə kəsişdiyi yerdə işıqforun qırmızı işığında saxlamış və bu zaman Cavabdeh idarə etdiyi «Audi» markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarəçiliyində olan «Niva» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Törədilmiş hadisədə Cavabdeh təqsiri sübuta yetririlmiş və onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin hadisə nəticəsində onun idarəçiliyində olan «Niva» markalı avtomilə 2736 manat maddi ziyan dəymişdir. Belə ki, X7 tərəfindən verilmiş, avtomobildə görüləcək işlərin hesablanması barədə 15 noyabr 2022-ci il tarixli aktdan da görünür ki, İddiaçı məxsus «VAZ-21214» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkiləcək xərcin ümumi məbləği 2734 manat təşkil edir. Həmin ziyanın 1840 manat məbləği sığorta şirkəti tərəfindən ödənilmiş, lakin 894 manat ziyan iddiaçıya ödənilməmişdir. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh xəbərdarlıq edilsə də, cavabdeh həmin ziyanın məbləğini ödəməkdən yayınmışdır. Ona görə də iddianın təmin edilərək, cavabdehdən 894 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Allabaxış oğlunun nümayəndəsi X2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, oğlu, yəni Cavabdeh 05 noyabr 2022-ci il tarixdə idarə etdiyi «Audi» markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, həmin prospektin Azərbaycan küçəsi ilə kəsişdiyi yerdə iddiaçının nümayəndəsi İmran Sadıqovun idarəçiliyində olan «Niva» markalı avtomobilin arxa hissəsindən vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Törədilmiş hadisədə Cavabdeh təqsiri sübuta yetririlmiş və onun barəsində İXMnin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Vurulmuş ziyan “Azsığorta” şirkəti tərəfindən 1840 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğ sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin aktda iddiaçı gələcəkdə təkrar hər hansı bir tələb irəli sürməyəcəyini bildirmişdir. İddiaçı iddia edir ki, həmin yol nəqliyyat hadisəsi nəticəsində onun idarəçiliyində olan «Niva» markalı avtomilə 2734 manat maddi ziyan dəymiş, həmin ziyanın 1840 manat məbləği sığorta şirkəti tərəfindən ödənilmiş, lakin qalan 894 manat ziyan iddiaçıya ödənilməmişdir. Cavabdeh idarə etdiyi avtomobil icbari sığortalanmış və qarşı tərəfə vurulmuş ziyanın ödənilməsi sığorta şirkətinin öhdəliyidir. Ziyan məbləği ilə bağlı hər hansı mübahisə olduğu təqdirdə iddiaçı sığorta şirkətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan AD 205519 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ-21214» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X3 xəsarət alması barədə toplanmış HK-1-3024 saylı materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Cavabdeh Allabaxış oğlunun barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Cəlilabad RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan Cəlilabad RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Allabaxış oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində 40 manat məblğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşə əlavə edilmiş dəymiş ziyanın ödənilməsi barədə "xxxx" ASC-nin rəsmi çıxarışından görünür ki, Z-0148İ22 saylı akta əsasən "xxxx" ASC tərəfindən İddiaçı hesabına 1840 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Vİ-JQ № 348658 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 dekabr 1978-ci ildə doğulmuşdur, atası X5, anası İddiaçıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan «Niva» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlu, eyni zamanda nümayəndəsi X6 05 noyabr 2022-ci il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən, prospektin Azərbaycan küçəsi ilə kəsişdiyi yerdə işıqforun qırmızı işığında saxlamış və bu zaman Cavabdeh Allabaxış oğlu idarə etdiyi «Audi» markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə «Niva» markalı avtomobilin arxa hissəsindən vurmuşdur. Törədilmiş hadisədə Cavabdeh təqsiri sübuta yetirilmiş və Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin hadisə nəticəsində İddiaçı mülkiyyətində olan «Niva» markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomilə dəymiş ziyan sığorta şirkəti tərəfindən 1840 manat məbləğində qiymətləndirilmiş və dəymiş ziyan "xxxx" ASC tərəfindən İddiaçı hesabına tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.7-ci Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri, bu Qanunun 56.1.2-ci maddəsinə görə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə iclasında İddiaçı Cavabdeh Allabaxış oğlundan 894 manat maddi ziyanın alınaraq ona verilməsini tələb etsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının cavabdehə qarşı olan həmin tələbi iş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Allabaxış oğluna qarşı cavabdehdən 894 manat maddi ziyanın alınaraq ona verilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənamlı nəticə çıxarmağa əsas verməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Allabaxış oğluna qarşı cavabdehdən 894 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı Cavabdeh Allabaxış oğluna qarşı cavabdehdən 894 (səkkiz yüz doxsan dörd) manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-386/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-386/2023
06.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver