Məhkəmə qərarları › İş №2(073)-492/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-492/2025

03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-492/2025 03.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı ərazi idarəsi tərfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, **********67 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən birgə mülkiyyətdə olan 0,29 ha həyətyanı torpaq sahəsindən 1/8 hissədə müəyyən olunmuş paylarının naturada ayrılaraq onlara təhvil verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı ərazi idarəsi tərfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, **********67 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən birgə mülkiyyətdə olan 0,29 ha həyətyanı torpaq sahəsindən 1/8 hissədə müəyyən olunmuş paylarının naturada ayrılaraq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin iclasında İddiaçı1 verdiyi izahatında bildirdi ki, o, digər iddiaçılar və cavabdehlər yaxın qohum olmaqla, Cəlilabad rayonu Qarazəncir kəndində yaşayırlar. Valideynləri vəfat etmişlər. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Qarazəncir kəndində 0,29 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-194A, Kod 80605018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də tərtib olunmuşdur. Cəlilabad Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(073)-1454/2024 saylı qətnaməsi ilə onların həmin 0,29 ha torpaq sahəsində 1/8 hissədə paya mülkiyyət hüquqları təmin olunmuşdur. Həmin torpaq sahəsinə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 noyabr 2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyat nömrəli çıxarış almışlar. Torpaq sahəsinin birgə mülkiyyətdə olması torpağın idarə olunması ilə bağlı problemlər yaradır və onların mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələr yaradır. Belə ki, cavabdehlər olmadan torpaqla bağlı özləri müstəqil heç bir qərar qəbul edə bilmirlər. Mövcud vəziyyətdə hesab edirik ki, həmin torpaq sahəsindən 1/8 hissədə payı naturada ayrılmalıdır. Bu səbəbdən o və digər iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızı İddiaçı1 izahatında qeyd etdiklərini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı ərazi idarəsi tərfindən verilmiş 22 noyabr 2024-cü il tarixli, **********67 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən birgə mülkiyyətdə olan 0,29 ha həyətyanı torpaq sahəsindən 1/8 hissədə müəyyən olunmuş paylarının naturada ayrılaraq onlara təhvil verilməsi tələbində haqlıdırlar. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərfindən verilmiş **********67 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4 Təvəkkül qızının, X2, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,29 ha həyətyanı torpaq sahəsi, 22 noyabr 2024-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış və mülkiyyətçilərin payı 1/8 hissədə müəyyən edilmişdir. İşdə olan AZ-İİ 088493 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 dekabr 2019-cu il tarixdə vəfat etmişdir. Ölümün səbəbi kimi Hipertoniye xəstəliyi göstərilmiş və bu barədə ölüm akt qeydləri kitabında 27 dekabr 2019-cu il tarixdə, 37 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(073)- 1454/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, JN-194A, Kod 80605018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının ümumi birgə mülkiyyətdə olan cəmi 0,29 ha torpaq sahəsindən 4/8 hissəsədə payları müəyyən edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2(073)-492/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli, 10/1763 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 19 fevral 2025-ci il tarixli, 3-21-3-44/2-1557/2025 saylı mütəxəssis rəyindən görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində **********67 reyestr nömrəli çıxarışla (JN-194A nömrəli şəhadətnamə ilə) X2, İddiaçı3, Cavabdeh3, İddiaçı1, Cavabdeh2, İddiaçı4 Təvəkkül qızının, Cavabdeh1 və Kərimova (Hüseynova) Türkinə Sayad qızının ümumi birgə mülkiyyətində olan 0,29 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində fərdi yaşayış evləri və həyət tikililəri olduğundan torpaq sahəsinin qanunamüvafıq qaydada bölünməsi mümkün deyildir. Bölgüsü nəzərdə tutulan **********67 reyestr nömrəli çıxarışla (JN-194A nömrəli şəhadətnamə ilə), ümumi birgə mülkiyyətlərində olan 0.29 ha həyətyanı torpaq sahəsinin şərq, cənub və qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı vardır. Mübahisə predmeti olan 0,29 ha həyətyanı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evlərinə və həyət tikililərinə münasibət bildirıldikdən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına uyğun DƏDKR-nin inventarlaşdırıcı mütəxəssisi tərəfindən tərtib edilmiş bölgü planına görə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində yerləşən, ümumi birgə mülkiyyətçilərin hər birinin, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının payının naturada ayrılması işi aparıla bilər. Qeyd olunmuş torpaq sahəsinin yola çıxışı olduğu üçün payların bölgüsünün aparılması mümkündür. Məhkəmə qərarı əsasında fərdi yaşayış evlərini sahiblərinə verməklə, Cavabdeh1 ona məxsus köməkçi tikililərdən (tövlə və köməkçi tikili) imtina etdiyi təqdirdə torpaq paylarının proporsional qaydada bölünməsi variantı mümkündür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********67 reyestr nömrəli çıxarış üzrə yerquruluşu planı sənədindən görünür ki, **********67 reyestr nömrəli çıxarış üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının 0,29 ha torpaq torpaq sahəsində paylarının 285149,404 4348483,996 1-2 6,45m, 285151,128 4348477,778 2-3 10,62m, 285151,128 4348467,544 3-4 28,38m, 285126,027 4348462,553 4-5 30,21m, 285096,286 4348457,227 5-6 40,80m, 285056,152 4348449,901 6-7 16,64m, 285039,873 4348446,473 7-8 1,13m, 285039,647 4348447,583 8-9 14,40m, 285025,383 4348445,612 9-10 5,13m, 285020,313 4348444,817 10-11 1,28m, 285020,444 4348443,543 11-12 7,06m, 285013,510 4348442,195 12-13 1,05m, 285013,631 4348441,147 13-14 41,83m, 284972,625 4348432,886 14-15 16,64m, 284967,761 4348448,797 15-16 21,99m, 284989,388 4348452,786 16-17 17,81m, 285006,680 4348457,049 17-18 141,89m, 285146,120 4348483,085 18-1 3,41m koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4 Təvəkkül qızının, X2, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonunun Qarazəncir (keçmiş Plkrovka) kəndi ərazisində 0,29 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-194A Kod 80605018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(073)-1454/2024 saylı qətnaməsi ilə, Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində yerləşən, birgə mülkiyyətlərində olan 0,29 ha torpaq sahəsindən mülkiyyətçilərin payı 1/8 hissədə müəyyən edilmiş və qeyd olunan qətnamə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən **********67 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının naturada ayrılmasını istəmişlər, lakin cavabdehlər torpaq paylarının ayrılmasına razılıq verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçəşəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 0,29 ha torpaq sahəsinin 8 nəfər mülkiyyətçisi olduğundan və onların payları məhkəmənin müvafiq qətnaməsi ilə müəyyənləşdirilməklə, hər birinin payı ümumi torpaq sahəsinin 1/8 hissəsindən (0,03625 ha) ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatıüçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********67 reyestr nömərli, 22 noyabr 2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.29 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1nın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının hər birinin payı 0,03625 ha olmaqla, ümumi torpaq sahəsinin şərq, cənub və qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı nəzərə alınmaqla 285149,404 4348483,996 1-2 6,45m, 285151,128 4348477,778 2-3 10,62m, 285151,128 4348467,544 3-4 28,38m, 285126,027 4348462,553 4-5 30,21m, 285096,286 4348457,227 5-6 40,80m, 285056,152 4348449,901 6-7 16,64m, 285039,873 4348446,473 7-8 1,13m, 285039,647 4348447,583 8-9 14,40m, 285025,383 4348445,612 9-10 5,13m, 285020,313 4348444,817 10-11 1,28m, 285020,444 4348443,543 11-12 7,06m, 285013,510 4348442,195 12-13 1,05m, 285013,631 4348441,147 13-14 41,83m, 284972,625 4348432,886 14-15 16,64m, 284967,761 4348448,797 15-16 21,99m, 284989,388 4348452,786 16-17 17,81m, 285006,680 4348457,049 17-18 141,89m, 285146,120 4348483,085 18-1 3,41m koordinatlar üzrə müəyyən edilməli və naturada ayrılaraq iddiaçılara təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı3 işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı3 özünə aid edilməlidir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının kekirilməsindən ötrü mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasına görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızından müştərək qaydada 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********67 reyestr nömərli, 22 noyabr 2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0.29 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı1nın, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının hər birinin payı 0,03625 ha olmaqla, ümumi torpaq sahəsinin şərq, cənub və qərb istiqamətindən gediş-gəliş yoluna çıxışı nəzərə alınmaqla 285149,404 4348483,996 1-2 6,45m, 285151,128 4348477,778 2-3 10,62m, 285151,128 4348467,544 3-4 28,38m, 285126,027 4348462,553 4-5 30,21m, 285096,286 4348457,227 5-6 40,80m, 285056,152 4348449,901 6-7 16,64m, 285039,873 4348446,473 7-8 1,13m, 285039,647 4348447,583 8-9 14,40m, 285025,383 4348445,612 9-10 5,13m, 285020,313 4348444,817 10-11 1,28m, 285020,444 4348443,543 11-12 7,06m, 285013,510 4348442,195 12-13 1,05m, 285013,631 4348441,147 13-14 41,83m, 284972,625 4348432,886 14-15 16,64m, 284967,761 4348448,797 15-16 21,99m, 284989,388 4348452,786 16-17 17,81m, 285006,680 4348457,049 17-18 141,89m, 285146,120 4348483,085 18-1 3,41m koordinatlar üzrə müəyyən edilsin və naturada ayrılaraq iddiaçılara təhvil verilsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasına görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızından müştərək qaydada 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının kekirilməsindən ötrü mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Təvəkkül qızının özlərinə aid edilsin. İş üzrə İddiaçı3 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı3 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar