Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-50/2025 19.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı2, Cavabdeh2 Əskərağa qızının nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əskərağa qızına qarşı cavabdehlərdən müştərək qaydada 10000 (on min) manat məbləğində maddi ziyanın və 10000 (on min) məbləğində mənəvi ziyanın alınıb onlara verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əskərağa qızına iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının həkimi Cavabdeh1 və tibb bacısı Cavabdeh2 Əskərağa qızından müştərək qaydada ona dəymiş maddi ziyana görə 10000 (on min) manat və mənəvi ziyanın görə isə 50000 (əlli min) manat pulun (təzminatın) və 30 (otuz) manat məhkəmə rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin azaldılması ilə bağlı ərizə verərək bildirmişlər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10000 (on min) manat məbləğində maddi ziyanın və 10000 (on min) məbləğində mənəvi ziyanın alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, 29 yanvar 2019-cu il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında kesar cərrahı əməliyyat yolu ilə qızı Ağazadə Zəhra dünyaya gəlmişdir. Yeni doğulmuş uşaq ana bətnində olarkən cift onun boyun nahiyasinə dolandığı üçün uşaqda boğulma əməliyyatları olmuş, uşağının səhhətində narahatlıqlar olmuşdur. 31 yanvar 2019-cu il tarixdə onlar xətəxanada olarkən yeni doğulmuş uşağının sol qol nahiyəsinin qaralmış vəziyyətdə olmasını görüb tibb bacısından yeni doğulmuş uşağının qolunda olan qaralmanın hansı səbəbdən əmələ gəldiyini soruşduqda tibb bacısı Cavabdeh2 Əskərağa qızı, yəni cavabdeh “heç nə iynə çıxıb dərialtı sızıb, keçib gedəcək" ifadəsini işlətmişdir. Həmin vaxt yeni doğulmuş uşağının sol qolu 10 sm ölçüdə qaralmış vəziyyətə olmuşdur. Doğuşdan dərhal sonra yeni doğulmuş uşağının həkimi Cavabdeh1 olmuşdur. Uşağının sağlamlıq vəziyyətində narahatlıq olduğu üçün həkim uşağı daima nəzarətdə saxlamış, lakin yeni doğulmuş uşağının sağlamlıq vəziyyətinin yaxşılaşmaq əvəzinə daha da pisləşdiyini görmüşlər. 05 fevral 2019-cu il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində cavabdeh olan Rəsmiyyə həkim təcili olaraq uşağı Bakı şəhərinə aparmalarını bildirmişdir. Artıq həmin vaxt qızının qolunda xəstəlik-xəsarət əmələ gəlmişdir və bunun səbəbi də cavabdehlər həkim Cavabdeh1 və tibb bacısı Cavabdeh2 Əskərağa qızının işlərinə səhlənkar formada yanaşmaları olmuşdur. 31 yanvar 2019-cu il tarixdən hazıra kimi bütün xəstəxanalarda qızının müayinəsi ilə bağlı xərclər çəkilmiş və maddi ziyanı tükənməzdir. Mənəvi ziyanın ödənilməsi demək olar ki, tükənməzdir. Cavabdehlərdən 10000 manat məbləğində maddi ziyanın və 10000 manat məbləğində isə mənəvi ziyanın alınıb onlara verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Bu müddət ərzində cavabdehlər onu get-gələ salmış, ziyanın ödənilməsindən imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Əskərağa qızının nümayəndəsi X12 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, cavabdeh Hüseynova X4 rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. İddiaçılar İddiaçı1 və İddiaçı2 uşaqları X7 yaranan xəstəliklə bağlı Cavabdeh2 heç bir əlaqəsi yoxdur. Belə ki, Cavabdeh2 Əskərağa qızı o uşağa baxmamış və uşağı tanımamışdır. Cavabdeh1 uşağın qoluna spirt vuraraq sellofanla bağlamışdır. Nəticədə uşağın qolunda elə yara əmələ gəlmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddianı Cavabdeh2 Əskərağa qızına aid hissəsində qəbul etmədi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı1 və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə İddiaçı1 və digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ № 189412 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X8 nikahlarını 02 iyun 2017-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 saylı qeydiyyat aparılmaqla, arvada Ağayeva soyadı verilmişdir. İşdə olan AZ-İV № 247668 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 yanvar 2019-cu il tarixdə doğulmuşdur, atası İddiaçı2, anası İddiaçı1dır. İşdə olan Cəlilabad rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında 23 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, araşdırma materiallarında olan komissiyan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 288/KEŞ nömrəli rəyində göstərilmişdir ki, Zəhra Ağazadənin məhkəmə-tibbi müayinəsi zamanı onda sol saidin bayır səthində 6.0x10 sm ölçüdə bir qədər bərk konsistensiyalı, qabarıq, çəhrayımtıl-qonurumtul rəngli çapıq toxumasının olduğu müəyyən edilmişdir. Müəyyən edilən çapıq toxuması aparılmış inyeksiyadan sonra yaranmış nekroz nəticəsində baş verə bilərdi. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Zəhra Ağazadənin mütəxəssis müayinəsinə əsasən, onda sol saidin bayır səthində çapıq toxumasının olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxuması inyeksiya zamanı antiseptika qaydalarının pozulması və ya tibbi manipulyasiyanın texniki icrası zamanı yeridilən dərman preparatının dərialtına keçməsi nəticəsində əmələ gələ bilərdi. Toplanmış iş materiallarına əsasən, Zəhra Ağazadəyə aparılmış inyeksiyadan sonra kompres məqsədi ilə sol qoluna sellofanın bağlanması və uzun müddət saxlanılması nektorik toxumanın və inyeksiyaya münbit şərait yaranaraq patoloji prosesin daha da dərinləşməsinə səbəb ola bilərdi. X1 Zəhra Ağazadənin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdə reanimasiya şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra “Sol said hissəsinin postinfeksion nekrozu”nun olduğu müəyyən edilmişdir. Bu patoloji hal Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində tibb bacısı Cavabdeh2 tərəfindən aparılmış inyeksiya arasında səbəbli əlaqə vardır. Belə ki, tibb bacısı Cavabdeh2 tərəfindən aparılmış inyeksiya zamanı və ya manipulyasiyanın texniki icrası zamanı yeridilən dərman preparatının dərialtına keçməsi nəticəsində bu patoloji dəyişikliyin əmələ gəlməsi istisna edilmir. X11 rayon mərkəzi xəstəxanasının doğum şöbəsinin tibb bacısı Cavabdeh2 tərəfindən göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli, 70 saylı əmrin təlimat qaydalarına uyğun olmamışdır. Cəlilabad rayon mərkəzi xəstəxanasının Zəhra Ağazadənin adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “Sol saidin ön səthinin, aşağı 1/3-nin dərisinin nekrozu” diaqnozu ilə əlaqədar ona aparılmış müayinə və müalicələr düzgün olmuşdur. Zəhra Ağazadəyə K.Fərəcova adına X1 aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X18 tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 1188/KEŞ saylı rəyin nəticə hissəsindən görünür ki, 29 yanvar 2019-cu il təvəllüdlü X9 məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı sol saidin aşağı 1/3-nin arxa səthində üçbucaq formalı, dəri səviyyəsindən hündür çapıq toxumasının olduğu müəyyən edilmişdir. Müəyyən edilən çapıq toxuması aparılmış inyeksiyadan sonra yaranmış nekroz nəticəsində baş verə bilərdi. Bununla əlaqədar, 12 yaşdan sonra estetik prosedurlara və kiçik əməliyyatlara ehtiyac ola bilər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X18 tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 1188/KEŞ saylı rəyin tibbi sənədlərin tədqiqatı hissəsindən görünür ki, 29 yanvar 2019-cu il təvəllüdlü X9 doğuşundan sonra temperaturu normal olduğu üçün uşağ Cəlilabad rayon Mərkəzi Xəstəxanasında çalışan tibb bacısı Cavabdeh2 Əskərağa qızına tapşırılmışdır. Həmin zamana qədər uşağın qolunda yara olmamışdır. İşdə olan Qələndər Klinikası tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli məktubdan görünür ki, X9 bədənində yaranmış sol saidin aşağı 3/1 arxa səthində üçbucaq formalı dəri səviyyəsindən hündür çapıq toxması olan qüsurun tam aradan qaldırılması üçün tam təşəkkülü klinikada ilk öncə dermatoloq-kosmetoloq tərəfindən etaplı kosmetik prosedurlar olnumalıdır. Tək plastik cərrahiyyə əməliyyatı ilə tamamlamaq mümkün deyil. Klinikamızda dematoloq-kasmetoloq ixtisaslı həkim olmadığından belə bir əməliyatın müalicə və cərrahi müdaxiləyə görə əməliyyat xərcinin məbləğinin nə qədər təşkil etməsi barədə istədiyiniz məlumatı verə bilmirik. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin təsdiq edilməsi haqqında Qərara əsasən sığortaolunanalara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər tibbi göstəriş olduğu hallarda göstərilir və sığortaolunanlar Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və X10” X18n ekspert rəyində qeyd edilmiş funksional pozğunluğu olmayan sol saidin 1/3-nin arxa səthində üçbucaq formalı, dəri səviyyəsindən hündür çapıq toxumasının arxadan qaldırılması üçün estetik proseduralar və cərrahi əməliyyatlar “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Qərardad öz əksini tapmadığı üçün tərəfimizdən müalicə xərcləri haqqında məlumatların təqdim edilməsi mümkün deyildir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 digər İddiaçı1 həyat yoldaşıdır. İddiaçıların uşağı yəni, 29 yanvar 2019-cu il tarixdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasında kesar cərrahı əməliyyat yolu ilə X13 dünyaya gəlmişdir. Yeni doğulmuş uşağın səhhətində narahatlıqlar olduğu üçün tibb bacısı Cavabdeh2 tərəfindən inyeksiya aparılmış, nəticədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X10” X18 tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli, 1188/KEŞ saylı rəyə əsasən 29 yanvar 2019-cu il təvəllüdlü X9 məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı sol saidin aşağı 1/3-nin arxa səthində üçbucaq formalı, dəri səviyyəsindən hündür çapıq toxumasının olduğu müəyyən edilmişdir. Bu patoloji hal Cəlilabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində tibb bacısı Cavabdeh2 tərəfindən aparılmış inyeksiya arasında səbəbli əlaqə vardır, göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli, 70 saylı əmrin təlimat qaydalarına uyğun olmamışdır. Müəyyən edilən çapıq toxuması aparılmış inyeksiyadan sonra yaranmış nekroz nəticəsində baş verə bilərdi. Bununla əlaqədar, 12 yaşdan sonra estetik prosedurlara və kiçik əməliyyatlara ehtiyac ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əskərağa qızına qarşı 10000 manat maddi ziyan tələbi sübuta yetirilmir. Belə ki, iddiaçılar maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. X2 xəsarət almış qol nahiyəsində gələcəkdə hansı həcmdə estetik əməliyyat aparılacağı və həmin əməliyyata görə çəkilən xərcləri hazırda müəyyən etmək mümkün deyildir. Ona görə də iddia tələbi 10000 manat maddi ziyan hissəsində əsassızdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh2 Əskərağa qızına qarşı dəymiş mənəvi ziyana görə pul tələbində qismən haqlıdırlar. Çünki, 21 yanvar 2019-cu il təvəllüdlü X9 doğuşu zamanı uşağın temperaturu normal olduqdan sonra tibb bacısı hazırki iş üzrə Cavabdeh2 Əskərağa qızına tapşırılmışdır. Onun düzgün olmayan müdaxiləsi nəticəsində xəsarət yaranmış, bu səbəblə Zəhra Ağazadənin valideynləri, iddiaçılar İddiaçı1 və İddiaçı2 mənəvi sarsıntı, iztirablar keçirmiş, hazırda da övladlarında yanlış müalicə nəticəsində yaranmış xəsarətin tam aradan qaldırılmasına nail olmamışlar. Buna görə də məsuliyyəti daşıyan Cavabdeh2 Əskərağa qızına qarşı mənəvi ziyan tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddia Cavabdeh1 tələb hissəsində rədd edilməli, Cavabdeh2 Əskərağa qızından mənəvi ziyana görə 1000 manat alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilməsin. Cavabdeh2 Əskərağa qızından mənəvi ziyana görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-50/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-50/2025
19.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver