Məhkəmə qərarları › İş №2(073)-529/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-529/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-529/2023 23.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 5475 (beş min dörd yüz yetmiş beş) manat pul və 75 (yetmiş beş) manat dövlət rusumu tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 5475 (beş min dörd yüz yetmiş beş) manat pul və 75 (yetmiş beş) manat dövlət rusumu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 5475 (beş min dörd yüz yetmiş beş) manat pulun və 75 (yetmiş beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobili etibarnamə əsasında idarə etmək üçün oğlu X3 vermişdir. Kamran Əzizli 05 noyabr 2022-ci il tarixdə, etibarnamə əsasında idarə etdiyi ona (iddiaçıya) məxsus **-EJ- *** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobil ilə digər oğlu ilə birlikdə Bakı şəhərindən yaşadıqları Biləsuvar rayonuna gəlmək üçün yola düşmüşlər. Həmin gün axşam təxminən 00:25 radələrində Ələt-Astara-İran sərhəddi ilə təxminən 110 km. sürətlə Astara rayonu istiqamətində hərəkətdə olan zaman həmin yolun əks tərəfində, Ələt istiqamətində hərəkətdə olan adını sonradan bildikləri sürücü Cavabdeh idarə etdiyi **-CZ- *** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobillə idarəetməni itirərək, həmin yolda olan beton arakəsmələrə çırpılmış və hadisə nəticəsində həmin avtomobildən qopan qabaq ön fara və digər hissələr oğlu Kamran Əzizlinin idarə etdiyi avtomobilin qabaq və alın şüşəsinə dəymişdir. Bundan sonra oğlu Kamran idarəetməni itirərək, yolun kənarındakı çökəkliyə düşmüşdür. Hadisə nəticəsində oğlanları heç bir xəsarət almasa da, avtomobilə ciddi ziyan dəymişdir. Qəza nəticəsində ona (iddiaçıya) dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün Biləsuvar "xxxx" ASC-yə müraciət etmişlər. Biləsuvar "xxxx" ASC-nin 19 noyabr 2022-ci il tarixli ziyan aktına əsasən etibarnamə əsasında oğlu Kamran Əzizlinin idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobilə 10170 manat məbləğində ziyan dəymişdir. Həmin avtomobilə 10170 manat məbləğində ziyan dəydiyi "xxxx" ASC-nin ziyan aktındada öz əksini tapmış və dəymiş zərər məbləğini təsdiq etmişdir. Bundan sonra Cavabdeh idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobilin sığortaçısı, yəni "xxxx" ASC tərəfindən dəymiş ziyanın bir qismi, yəni 4695 (dörd min altı yüz doxsan beş) manat ona (ddiaçıya) ödənilmişdir. O (iddiaçı) dəymiş ziyanın qalan hissəsini cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçnın izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli, HK-1/1329 saylı cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarından görünür ki, 05 noyabr 2022-ci il tarixdə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinin yoldan çıxmasına səbəb sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi olmuş və araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından həmin qərarla cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surətinin BDYPİ-ini YPXA-na göndərilməsi qərara alınmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Yekun Aktdan görünür ki, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 10170 (on min yüz yetmiş) manat manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, A-PAG 1625/22 saylı Sğorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində **-EJ-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 10170 (on min yüz yetmiş) manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına A-PAG 1625/22 saylı sığorta aktına əsasən 4695 (dörd min altı yüz doxsan beş) manat (sığorta ödənişi) ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ƏN-İV N196694 saylı etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtomobili idarə etmək üçün X3 etibar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddanın verilməsi ilə əlaqədar 75 (yetmiş beş) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 05 noyabr 2022-ci il tarixdə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 70ci km-də idarə etdiyi **-CZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21154” markalı avtomobillə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı mülkiyyətində olan X2 idarə etdiyi **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Optima” markalı avtonəqliyyat vasitəsinə 10170 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın 4695 (dörd min altı yüz doxsan beş) manatı sığorta ödənişi kimi İddiaçı hesabına ödənilmişdir. İddiaçı qalan ziyanın, yəni 5475 (beş min dörd yüz yetmiş beş) manatın ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 5475 (beş min dörd yüz yetmiş beş) manat pul və 75 (yetmiş beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar