Məhkəmə qərarları › İş №2(073)-562/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-562/2023

04.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-562/2023 04.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, **********70 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən birgə mülkiyyətdə olan 1,8384 ha torpaq sahəsindən onlara düşən payın müəyyən olunması və naturada ayrılaraq onlara təhvil verilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, **********70 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən birgə mülkiyyətdə olan 1,8384 ha torpaq sahəsindən onlara düşən payın müəyyən olunması və naturada ayrılaraq onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasının və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və İddiaçı1 ərizəsini, cavabdehin də işin mahiyyəti üzrə həll olunması tələbinin olmadığını nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli, **********70 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən birgə mülkiyyətdə olan 1,8384 ha torpaq sahəsindən onlara düşən payın müəyyən olunması və naturada ayrılaraq onlara təhvil verilməsi tələbinə dair iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar