Məhkəmə qərarları › İş №2(073)-57/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-57/2024

20.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-57/2024 20.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli, **********20 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Maşlıq kəndində yerləşən birgə mülkiyyətdə olan 1,30 ha pay torpaq sahəsindən ona düşən payın (1/6 hissədə) naturada ayrılaraq ona təhvil verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli, **********20 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Maşlıq kəndində yerləşən birgə mülkiyyətdə olan 1,30 ha pay torpaq sahəsindən ona düşən payın (1/6 hissədə) naturada ayrılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq ərizəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Maşlıq kəndində doğulmuş və hazırda da həmin kənddə yaşayır. Cavabdehlər onun yaxın qohumlarıdır. Onun və cavabdehlərin birgə mülkiyyətlərinə Cəlilabad rayonu Maşlıq kəndində 1,46 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-866, kod 80617048 nömrəli Dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün o, öz payından sərbəst istifadə edə və ona dair sərəncam verə bilmir. Ona görə də, birgə mülkiyyətdə olan həmin torpaq sahəsindən payının müəyyən olunması üçün məhkəməyə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən həmin torpaq sahəsindən pay 1/6 hissədə müəyyən olunmuşdur. Bundan sonra müyyən olunmuş payının naturada ayrılaraq ona təhvil verilməsi zərurəti yaranmışdır. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün o, öz payını naturada ayırıb sata bilmir. Belə ki, cavabdehlər ona maneəçilik törədirlər. Halbu ki, o, mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir. Buna görə də məcbur qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-866 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.46 ha torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(073)-282/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, JN-866 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə verilmiş 1.46 ha torpaq (kənd təsərrüfatı təyinatlı) sahəsində İddiaçı payı 1/6 hissədə müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərində olan 1,3 hektar torpaq sahəsində mülkiyyətçilərin payı 1/6 hissədə müəyyən edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 301 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində 14 iyun 2023-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 3-16-16/2-10/3818 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, 3-21-3-44/2-2247/2024 saylı mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli çıxarışa əsasən İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 1,3 hektar torpaq sahəsindən İddiaçı 1/6 hissədə payının naturada bölünməsi mümkündür. Tədqiq olunan torpaq sahəsi üzrə mülkiyyətçilərin payları eyni (1/6 hissə) olduğundan, rəyə əlavə olunmuş yerquruluşu planında 1/6 hissəyə bölgü variantı və torpaq sahəsinin ölçüləri göstərilmişdir. Lakin İddiaçı 1/6 hissədə torpaq sahəsinin, ümumi torpaq sahəsinin hansı hissəsindən ayrılması məhkəmə tərəfindən müəyyən oluna bilər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş **********20 reyestr nömrəli çıxarış üzrə bölgü planının təsdiq olunmuş surətindən görünür ki, **********20 reyestr nömrəli çıxarışa əsasən İddiaçı torpaq payı, ümumi torpaq sahəsinin cənub hissəsində X=292450.8134 Y=4338100.7871, X=292453.4090 Y=4338060.4070, X=292169.9400 Y=4338049.7500, X=292167.0140 Y=4338097.9880, və X=292450.6265 Y=4338103.6940 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə Cəlilabad rayonunun Maşlıq kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.46 ha torpaq sahəsi verilmişdir. İddiaçı birgə mülkiyyətlərində olan torpaq sahəsindən payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(073)-282/2023 saylı qətnaməsi ilə, Cəlilabad rayonu Maşlıq kəndi ərazisində yerləşən, birgə mülkiyyətlərində olan 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mülkiyyətçilərin payı 1/6 hissədə müəyyən edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********20 reyestr nömrəli çıxarışla mülkiyyətçilərin payı 1/6 hissədə müəyyən edilmişdir. İddiaçının payına düşən torpaq sahəsindən sərbəst istifadə bilmək və torpaq sahəsi üzrərində sərbəst sərəncam vermək hüququ əldə etmək üçün, həmin torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Lakin cavabdehlər paylarının ayrılması üçün razılıq ərizəsi verilməsi üçün notariat ofisinə gəlmədikləri üçün, paylarının ayrılması mümkün olmamışdır. Hazırda iddiaçı həmin torpaq sahəsindən payının naturada ayrılmasını istəyir, lakin cavabdehlər torpaq paylarının ayrılmasına razılıq vermirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kooperativ və kollektiv bağların, altında yerləşən torpaqlar qanunvericiliklə müəyyənləşdirilmiş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********04 reyestr nömrəli çıxarışdan da göründüyü kimi 1,3 ha pay torpaq sahəsinin 6 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payı müəyyən edilməlidir. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 1,3 ha torpaq sahəsinin 6 nəfər mülkiyyətçisi olduğundan və onların payları məhkəmənin müvafiq qətnaməsi ilə müəyyənləşdirilməklə, hər birinin payı ümumi torpaq sahəsinin 1/6 hissəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********20 reyestr nömərli, 14 iyun 2023-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı düşən 0,2166 ha torpaq sahəsinin yeri, 1,3 ha torpaq sahəsinin cənub hissəsindən X=292450.8134 Y=4338100.7871, X=292453.4090 Y=4338060.4070, X=292169.9400 Y=4338049.7500, X=292167.0140 Y=4338097.9880, və X=292450.6265 Y=4338103.6940 koordinatlarda naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərfindən verilmiş **********20 reyestr nömərli, 14 iyun 2023-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmış çıxarışa əsasən İddiaçı düşən 0,2166 ha torpaq sahəsinin yeri, 1,3 ha torpaq sahəsinin cənub hissəsindən X=292450.8134 Y=4338100.7871, X=292453.4090 Y=4338060.4070, X=292169.9400 Y=4338049.7500, X=292167.0140 Y=4338097.9880, və X=292450.6265 Y=4338103.6940 koordinatlarda naturada ayrılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar