Məhkəmə qərarları › İş №2(073)-62/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-62/2025

16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-62/2025 16.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qzının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı **********45 reyestr nömrəli çıxarışa əsasən müəyyən edilmiş payların naturada ayrılaraq iddiaçılara verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı **********45 reyster nömrəli çıxarışa əsasən müəyyən edilmiş payların naturada ayrılaraq iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********45 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən cəmi 5.776492 ha torpaq sahəsindən onlara (iddiaçılara) ayrı-ayrılıqda düşən 1.327915 ha, ümumilikdə 2.65583 ha torpaq sahəsinin naturada ayrılaraq onlara (iddiaçılara) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əsasən, onlar (iddiaçılar) Cəlilabad rayonu Təzəkənd kəndində yaşayırlar. Cavabdehlər onların yaxın qohumlarıdır. Onların (iddiaçıların) və cavabdehlərin birgə mülkiyyətlərinə Cəlilabad rayonu Təzəkənd kəndində 5,776492 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 iyul 2007-ci il tarixli, **********45 reyestr nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 iyul 2007-ci il tarixli, **********45 reyestr nömrəli çıxarışda bütün mülkiyyətçilərin payları müəyyən edilmişdir. Hazırda iddiaçılar Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən müəyyən edilmiş paylarının (hər birinə 1,327915 ha olmaqla) naturada ayrılaraq təhvil verilməsini istəyirlər. Lakin cavabdehlər onlara maneçilik törədir. Halbuki, onlar mübahisəli torpaq sahələrinin mülkiyyətçisidirlər. Məhkəmə tərəfindən daha əvvəl də müvafiq ekspertiza təyin edilməsinə baxmayaraq, cavabdehlər iştirak etmədiyinə görə ekspertiza baş tutmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edirlər. Əvvəlki məhkəmə iclaslarında İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək təmin edilmələrini xahiş etmişdirlər. Bildirmişdirlər ki, cavabdehlə mübahisələr olduğuna görə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh İddiaçı1 iddianı etiraf etdiyini bildirmiş, iddiaçılara düşən payın ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14 iyul 2007ci il tarixli (230700983 qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən 5.776492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 (0.232415 ha), Cavabdeh3nın (0.232415 ha), Cavabdeh2 (1.327915 ha), Əliquliyev (Qarayev) Azər Saday oğlunun (1.327915 ha), İddiaçı2 Malik qızının (1.327915 ha), Əliquliyev (Qarayev) Pənah Saday oğlunun (1.327915 ha) paylı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, bölgüsü nəzərdə tutulan **********45 reyestr (JN-152) nömrəli Çıxarışla mülkiyyətə verilmiş 5.776492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-qərb və cənub-şərq istiqamətlərdən gediş-gəliş yoluna çıxışları vardır. Sözügedən 5,776492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəyyənləşəndən, təyin ediləndən sonra Torpaqlarin elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə bölgü planı DƏDKR-nin mütəxəssisi tərəfindən tərtib olunaraq Cəlilabad rayonu Təzəkənd kəndi ərazisində yerləşən, ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılmasıi işi aparıla bilər. Yuxarıda qeyd olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada payların naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun cənub-şərq istiqamətində iddiaçılar Əliquliyev (Qarayev) Pənah Saday oğlunun (1.327915 ha) və İddiaçı2 (1.327915 ha) istifadəsində olan iddia etdiyi cəmi 2.655830 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri (eni və uzunu) tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyəçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasını üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 14 iyul 2007-ci il tarixli (230700983 qeydiyyat nömrəli) çıxarışa əsasən paylı mülkiyyətə verildiyini və iddiaçıların hər birinin - Əliquliyev (Qarayev) Pənah Saday oğlunun 1.327915 ha, İddiaçı2 isə 1.327915 ha olmaqla paylarının müəyyən edilməsini nəzərə alaraq və payın naturada ayrılmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddiaçıların paylı mülkiyyətdə olan sahədəki payları naturada ayrılaraq onlara verilməlidir, naturada ayrılma zamanı isə iş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli yerquruluşu planındakı bölgü sxemi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14 iyul 2007-ci il tarixli (230700983 qeydiyyat nömrəli) çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 5.776492 hektar torpaq sahəsinin 1.327915 hektarı naturada ayrılaraq İddiaçı1, 1.327915 hektarı isə İddiaçı2 verilsin. İddiaçıların payları ayrılarkən Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş və hazırki qətnamənin əsaslandırma hissəsində göstərilən 17 mart 2025-ci il tarixli yerquruluşu planında göstərilən bölgü sxemi nəzərə alınsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar