Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-637/2024 16.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarları ilə JN-0511, KOD 80617048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında mülkiyyətlərində olan kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 1,33 ha torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarları ilə JN-0511, KOD 80617048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında mülkiyyətlərində olan kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 1,33 ha torpaq sahəsindən ona düşən payın müəyyən edilərək naturada ayrılıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarları ilə ona və ailə üzvlərinə 1,33 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-0511, KOD 80617048 saylı Dövlət aktı da verilmişdir. X2 20 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan onun payına düşən torpaq sahəsini cavabdehlər olan anası və qardaşı əkib becərirlər. O, payına düşən həmin torpaq sahəsi ayırmaq məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh buna razılıq vermədiyi üçün payının ayrılması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsasılı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0511, KOD 80617048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı və 30 yanvar 2003-cü il tarixli, 01 saylı qərarları ilə İddiaçı və onun ailə üzvləri X3, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərinə Cəlilabad rayonu Maşlıq kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,33 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İİ 235070 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 noyabr 2021-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş bölgü planının təsdiq olunmuş surətlərindən görünür ki, JN-0511, KOD 80617048 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən, 0,7299 ha pay torpaq sahəsindən İddiaçı torpaq payının 0,14598 hektar olması göstərilərək, torpaq sahəsinin şimal hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə qərb hissəsində eni 6,00 metr, şərq hissəsində eni 6,03 metr olmaqla, X=291481.2191 Y=4341341.7579, X=291482.5199 Y=4341347.6500, X=291244.5679 Y=4341395.3031 və X=291243.0972 Y=4341389.4851 koordinatlarda, digər ərazidə yerləşən 0,59995 ha pay torpaq sahəsindən isə payının 0,11999 hektar olması göstərilərək, ümumi torpaq sahəsinin qərb hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə cənub hissəsində eni 10,76 metr, şimal hissəsində eni 10,73 metr olmaqla, X=291738.9129 Y=4340908.8380, X=291749.1989 Y=4340905.7955, X=291711.3561 Y=4340800.3693 və X=291701.1901 Y=4340803.9100 koordinatlarda bölgü aparılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-0511, KOD 80617048 saylı Dövlət aktın əsasən Cəlilabad rayon Maşlıq kəndində yerləşən 1,33 hektar torpaq sahəsi iddiaçının və cavabdehlərin birgə mülkiyyətləri kimi Dövlət qeydiyyatına alınmışdır. İddiaçı öz payına düşən torpaq sahəsini ayırmaq istəmiş, lakin digər mülkiyyətçilər, yəni hazırkı iş üzrə cavabdehlər torpağın ayrılmasına razılıq verməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1.-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0511, KOD 80617048 saylı Dövlət aktından da göründüyü kimi 1,33 ha torpaq sahəsinin 5 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5.-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 1,33 ha pay torpaq sahəsinin 5 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/5 hissəsindən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-0511, KOD 80617048 saylı Dövlət aktına əsasən Cəlilabad rayon Maşlıq kəndi ərazisindən verilmiş ümumi birgə mülkiyyətdə olan 0,7299 ha pay torpaq sahəsindən İddiaçı payı 0,14598 hektar olmaqla, torpaq sahəsinin şimal hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə qərb hissəsində eni 6,00 metr, şərq hissəsində eni 6,03 metr olmaqla, X=291481.2191 Y=4341341.7579, X=291482.5199 Y=4341347.6500, X=291244.5679 Y=4341395.3031 və X=291243.0972 Y=4341389.4851 koordinatlarda, digər ərazidə yerləşən 0,59995 ha pay torpaq sahəsindən isə payı 0,11999 hektar olmaqla, ümumi torpaq sahəsinin qərb hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə cənub hissəsində eni 10,76 metr, şimal hissəsində eni 10,73 metr olmaqla, X=291738.9129 Y=4340908.8380, X=291749.1989 Y=4340905.7955, X=291711.3561 Y=4340800.3693 və X=291701.1901 Y=4340803.9100 koordinatlar üzrə müəyyən edilməli və naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-0511, KOD 80617048 saylı Dövlət aktına əsasən Cəlilabad rayon Maşlıq kəndi ərazisindən verilmiş ümumi birgə mülkiyyətdə olan 0,7299 ha pay torpaq sahəsindən İddiaçı payı 0,14598 hektar olmaqla, torpaq sahəsinin şimal hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə qərb hissəsində eni 6,00 metr, şərq hissəsində eni 6,03 metr olmaqla, X=291481.2191 Y=4341341.7579, X=291482.5199 Y=4341347.6500, X=291244.5679 Y=4341395.3031 və X=291243.0972 Y=4341389.4851 koordinatlarda, digər ərazidə yerləşən 0,59995 ha pay torpaq sahəsindən isə payı 0,11999 hektar olmaqla, ümumi torpaq sahəsinin qərb hissəsində, ayrılan torpaq sahəsinin ümumi torpaq sahəsinin boyu ilə cənub hissəsində eni 10,76 metr, şimal hissəsində eni 10,73 metr olmaqla, X=291738.9129 Y=4340908.8380, X=291749.1989 Y=4340905.7955, X=291711.3561 Y=4340800.3693 və X=291701.1901 Y=4340803.9100 koordinatlar üzrə müəyyən edilsin və naturada ayrılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-637/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-637/2024
16.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver