Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-668/2023 30.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı5q qızının, İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı4 nümayəndəsi İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5q qızının, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı4 cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5q qızı, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı4 cavabdehlər X4 və Cavabdeh2 qarşı torpaq sahəsində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Cəlilabad rayonunun Günəşli (keçmiş Plkrovka) kəndinin ərazisindən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-204 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X6 xx.xx.2003-cü ildə, X7 xx.xx.2015-ci ildə vəfat etmişlər. Mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmələri üçün torpaq sahəsinin naturada ayrılmasına zərurət yaranmışdır. Bunun üçün isə ilk növbədə həmin torpaq sahəsində payları müəyyən edilməlidir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq, JN-204 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ümumi birgə mülkiyyətlərində olan Cəlilabad rayonunun Günəşli kəndində yerləşən 6.56 ha kənd təsərrüfatı torpaq sahəsində payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5q qızı İddiaçı1 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı4 və İddiaçı1 nümayəndəsi İddiaçı3 İddiaçı1 izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-204 (kod ********) saylı torpağa mülkyyət hüqüquna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə X2, X5, İddiaçı9, İddiaçı8, X3, Cavabdeh2, İddiaçı7, İddiaçı5q qızının, İddiaçı1, İddiaçı2, İddiaçı12, İddiaçı11, İddiaçı6, İddiaçı10, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Günəşli (keçmiş Pokrovka) kəndinin ərazisindən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X6 05 mart 2003-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, X7 11 fevral 2015-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə X2, X5, İddiaçı9, İddiaçı8, X3, Cavabdeh2, İddiaçı7, İddiaçı5q qızının, İddiaçı1, İddiaçı2, İddiaçı12, İddiaçı11, İddiaçı6, İddiaçı10, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə Cəlilabad rayonunun Günəşli (keçmiş Plkrovka) kəndinin ərazisindən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-204 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X6 xx.xx.2003-cü ildə, X7 xx.xx.2015-ci ildə vəfat etmişlər. Hazırda iddiaçılar həmin torpaq sahəsindən paylarının müəyyən edilməsini istəyirlər və buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahəsinin 16 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçıların hər birinin payı 1/16 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-204 (kod ********) saylı dövlət aktına əsasən X2, X5, İddiaçı9, İddiaçı8, X3, Cavabdeh2, İddiaçı7, İddiaçı5q qızının, İddiaçı1, İddiaçı2, İddiaçı12, İddiaçı11, İddiaçı6, İddiaçı10, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş Cəlilabad rayonunun Günəşli (keçmiş Pokrovka) kəndində yerləşən 6.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5q qızının, İddiaçı7, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı4 hər birinin payı 1/16 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-668/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-668/2023
30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver