Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-71/2025 31.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı X5, Cavabadeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakdan ona düşən payların müəyyən edilərək natura şəkilində ona (iddiaçıya) verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakdan ona düşən payların müəyyən ediləcək natura şəkilində ona (iddiaçıya) verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında daşılımaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu, Pərdi kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 2.03 ha torpaq sahəsindən, xx.xx.2023-cü il tarixli, **********12 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu, Pərdi kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 1.12 ha torpaq sahəsindən, xx.xx.2023-cü, il tarixili **********31 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış ilə Cəlilabad rayonu, Pərdi kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərriifatlı təyinatlı 1.19 ha torpaq sahəsindən ona (iddiaçıya) düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ona (İddiaçı) və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, X9 və X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu Pərdi kəndi ərazisində, olan kənd təsərrüfatlı təyinatlı 2,03 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixli, A887663 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin Plan və Ölçü sənədi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmiaktn Dövlət Reyestri tərəfindən Hüquqların Dövləı qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2023-cü il tarixli, **********28 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət kimi həmin torpaq sahəsinə çıxarış verilmişdir. Bundan əlavə ona və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, X9 və X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu Pərdi kəndi ərazisində, olan kənd təsərrüfatlı təyinatlı 1.12 ha torpaq sahəsinə xx.xx.2023cü il tarixli, A 914973 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin plan və ölçü sənədi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz htılakm Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2023-cü il tarixli, **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xüsusi mülkiyyət kimi həmin torpaq sahəsinə çıxarış verilmişdir. Qeyd edilən çıxarışa əsasən də həmin torpaq sahəsinə bizim də mülkiyyət hüquqları tanınmışdır. Çıxarışda qeyd edilmiş mərhum ataları X9 28 iyul 2019-cu ildə, anaları X4 isə 29 sentyabr 2015-ci ildə rəhmətə getmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dpvlət Reyestri Xidməti tərəfindən adı qeyd edilmiş torpaq sahəsinə verilmiş çıxarış ilə torpaq paylarının hansı hissədə mülkiyyətinə düşən hissə olması tərəfindən müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsindən istifadə edə bilmədiyindən hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İddiaçı iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddianı etiraf edərək, paylı mülkiyyətdə olan əmlakdan iddiaçıya düşən payların müəyyən edilməsinə etirazının olmadığını bildirmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin daha əvvəl keçirilmiş hazırlıq iclasında iddiaçının əsl niyyəti öyrənilmiş, müəyyən edilmişdir ki, iddiaçının əslində hüquqi niyyəti paylarının müəyyən edilməklə naturada ayrılması və onun fərdi mülkiyyətinə verilməsidir. Bu məqsədlə də əmlakın naturada bölgüsü mümkünlüyünü və ayrılacaq payların ölçülərini müəyyən etmək üçün Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki eskpertizası təyin edilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, daxil olmuş mütəxəssis rəyini araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Pərdili kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 2.03 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh2, X6 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Pərdili kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 1.12 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh2, X6 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü, il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Pərdili kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 1.19 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh2, X6 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 ərizəsinə baxılmış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin mütəxəssisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, “1. Bölgüsü nəzərdə tutulan **********28, **********12, **********31 reyestr nömrəli çıxarışlara əsasən mülkiyyətə verilmiş 2.03 ha, 1.12 ha, 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələinin ayrı-ayrılıqda müvafiq otaraq cənub, cənub-qərb və şimal-qərb istiqamətlərdən gediş-gəliş yoluna çıxışları vardır. Sözügedən 2.03 ha 1.12 ha və 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payçıların paylarına uyğun naturada pay bölgüsü ardıcıllığı (siyahı üzrə), bölgü istiqaməti məhkəmə qərarı əsasında müəvyənləşəndən, təyin ediləndən sonra Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə bölgü planı DƏDKR-nin mütəxəssisi tərəfindən tərtib olunaraq Cəlilabad rayonu Pərdi kəndi ərazisində yerləşən, ümumi paylı mülkiyyətçilərin hər birinin payının naturada ayrılması işi aparıla bilər. Qeyd olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada payların naturada ayrılması mümkündür. 2. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına uyğun İddiaçı ayrı-ayrı torpaq sahələri üzrə (2.03 ha. 1,12 ha və 1,19 ha) tərəflənn razılığı ilə idddia etdiyi, payına düşən 1/5 hissələrin yerləşmə vəziyyəti, ölçüləri müvafiq olaraq tərtib edilmiş yerquruluşu planlarında göstərilmişdir”. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********28, **********12, **********31 reyestr nömrəli çıxarışlara əsasən 2.03 ha, 1.12 ha, 1.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçıya, cavabdehlərə və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahələrindən ona düşən payların müəyyən edilərək naturada ayrılmasını istəyir. Tərəflər arasında hazırda bununla bağlı mübahisə yoxdur. Torpaq sahələri birgə mülkiyyətdə olduqları üçün tərəflərin payları bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Payların miqdarı ilə bağlı məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahəsində onların payı bərabər hesab edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahələrinin 5 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçıların hər birinin payı 1/5 hissə təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, torpaq sahəsinin beş nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının payı 1/5 hissə təşkil edir. Payların naturada ayrılması qaydası ilə bağlı isə məhkəmə hesab edir ki, tərəflər daxil olmuş mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planı ilə razı olduqlarına, müvafiq ekspertizanın (müayinənin) keçirilməsində iştirak etdiklərinə və iddiaçıya ayrılacaq payların naturada yerləşmə vəziyyəti ilə əyani tanış olduqlarına görə iddiaçının payları məhz həmin planlarda – xx.xx.2024-cü il tarixli yerquruluşu planlarında göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********28 reyestr nömrəli çıxarışa əsasən İddiaçı Cəlilabad rayonunun Pərdili kəndində yerləşən 2.03 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/5 hissədə payı 0.4063 ha, xx.xx.2023-cü il tarixli, **********12 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Pərdili kəndində yerləşən 1.12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahəsindəki 1/5 hissədə payı 0.22464 ha, xx.xx.2023-cü il tarixli, **********31 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Pərdili kəndində yerləşən 1.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/5 hissədə payı 0.23832 ha müəyyən edilsin. İddiaçının payları naturada ayrılarkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş və hazırki qətnamənin əsaslandırma hissəsində göstərilən xx.xx.2024-cü il tarixli yerquruluşu planlarında göstərilən bölgü sxemi nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-71/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-71/2025
31.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver