Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-72/2025 22.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qzının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payların iddiaçılara verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 və Cavabdeh5 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payların iddiaçılara verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Cəlilabad 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli **********97 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Günəşli kəndində yerləşən birgə mülkiyyətdə olan 4.4912 ha torpaq sahəsindən onlara (iddiaçılara) düşən müəyyən olunmuş payların naturada ayrılaraq iddiaçılara təhvil verilməsinə dair qətnamə çıxarılmasımnı xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cəlilabad rayonu Günəşli kəndində yaşayırlar. Cavabdehlər iddiaçıların ailə üzvləridir və ailəlikcə Cəlilabad rayonu Günəşli kəndində yaşayırlar. İddiaçıların və cavabdehlərin birgə mülkiyyətlərinə Cəlilabad rayonu Günəşli kəndində 4.4912 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 8 saylı ərazi idarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda hər bir mülkiyyətçinin paylan ayrıayrılıqda müəyyən olunmuşdur. Mülkiyyətçi olaraq İddiaçı2 payı 4/56 hissə, İddiaçı3 payı 4/56 hissə və İddiaçı1 payı isə 13/56 hissədə müəyyən olunmuşdur. Hazırda iddiaçılar birgə mülkiyyətdə olan və müəyyən olunmuş paylarının naturada ayrılaraq təhvil verilməsini istəyirlər. Lakin torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün onlar öz paylarını naturada ayırıb sata bilmirlər. Belə ki, cavabdehlər onlara maneçilik törədir. Halbuki, iddiaçılar mübahisəli torpaq sahələrinin mülkiyyətçisidirlər. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli (**********97 reyestr nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Günəşli kəndində yerləşən 4.4912 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 (5/56 hissə), Cavabdeh2 (5/56 hissə), Cavabdeh3 (5/56 hissə), X1 (5/56 hissə), Cavabdeh4 (5/56 hissə), İddiaçı2(4/56 hissə), İddiaçı3 (4/56 hissə), Cavabdeh5 (10/56 hissə) və İddiaçı1 (13/56 hissə) ümumi paylı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Günəşli kəndində bölgüsü nəzərdə tutulan mübahisəli JN-1093 nömrəli Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 4.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb istiqamətindən gediş-gəliş yoluna çıxış olduğu üçün payların bölgüsünün aparılması mümkündür. Mülkiyyətə verilmiş 4.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən qərardadın sualında yazılmış siyahı ardıcıllığına əsasən şimal istiqamətindən cənub istiqamətinə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ayrılması (bölgüsü) nəzərdə tutulan payların naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin kordinatları yerquruluşu planında göstərilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli (**********97 reyestr nömrəli) çıxarışa əsasən paylı mülkiyyətə verildiyini, iddiaçıların hər birinin payının (İddiaçı2 payı 4/56 hissə, İddiaçı3 payı 4/56 hissə və İddiaçı1 payı isə 13/56 hissədə olmaqla) müəyyən edildiyini və sahələrin naturada ayrılması mümkünlüyü ilə bağlı müvafiq ekspert rəyini və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yerquruluşu planını nəzərə alaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan sahədəki payları naturada ayrılaraq onlara verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənlədirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; - 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər; - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; - 220.2-ci maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir, habelə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı1 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 oktyabr 2022-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Günəşli kəndində yerləşən birgə mülkiyyətdə olan 4.4912 ha torpaq sahəsində iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 payları naturada ayrılsın. Paylar naturada ayrılarkən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən tərtib edilmiş və hazırkı qətnamənin əsaslandırma hissəsində göstərilən xx.xx.2025-ci il tarixli yerquruluşu planında göstərilən bölgü sxemi nəzərə alınsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-72/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-72/2025
22.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver