Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-740/2024 23.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə 25 yanvar 2024-cü il tarixdə Cəlilabadın problemlərinin üstünə problem gətirən məmurlar kimlərdir? başlıqlı, 09 yanvar 2024-cü il tarixli Dövləti talayanlar dövlətin əmanət etdikləri və onların qohumları başlıqlı və 22 noyabr 2023-cü il tarixli Qalib Xudaverdiyev mürəciətlərə cavab verir, Rafiq Cəlilov güclü pul yığanları təltif edir, Əmənov dövlətin qənını əmir başlıqlı yazılarında "biznesmen müəllim” adı hər gün qalmaqalda və Rafiq Cəlilova rüşvət yığmaqda hallanan İddiaçı, şəhər Meri olub vəzifə səlahiyyətlərindən "sərhədsiz” şəkildə istifadə edən, dövlət əmlakını mənimsəyən, heç bir təhsil qurumundan qeydiyyatdan keçmədən sualları öz əməyinin bəhrəsi ilə hazırlayıb insanlara 5-20 manata satıb varlanan, "Bənövşə” körpələr evi-uşaq bağçası hazırda şəhər meri vəzifəsini icra edən İddiaçı tərəfindən özəlləşdirən, "soxuşduran”, “ Bənövşə” körpələr evi-nin evini yıxıb özünə ev eşik quran, özünün cibini, Qalib Xudaverdiyevin “corabını” dolduran Əmənov dövlətin qanını əmir, İddiaçı rayon sakinlərinin necə deyərlər gününü göy əsgiyə” bürüyüb, uşaq baxçası körpələrə xidmət etmək üçün yaradılıb İddiaçı Qalib Xudaverdiyevin cibinə deyil, Körpələr evinin İddiaçı tərəfindən özəlləşdirilməsi kimi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə, bu söz və ifadələrin "Bolqeinfo” redaksiyası adlı “Facebook” sosial media platformasında Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respiblikasının Milli Məclisinə, X8, Cəlilabad rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Kərəm Həsənova yazılı mürəciət ünvanlamaqla təkzib edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh sosiəl şəbəkədə ondan üzr istəməsi, mənəvi zərərin əvəzi kimi Cavabdeh 5000 manat və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə 25 yanvar 2024-cü il tarixdə Cəlilabadın problemlərinin üstünə problem gətirən məmurlar kimlərdir? başlıqlı, 09 yanvar 2024-cü il tarixli Dövləti talayanlar dövlətin əmanət etdikləri və onların qohumları başlıqlı və 22 noyabr 2023-cü il tarixli Qalib Xudaverdiyev mürəciətlərə cavab verir, Rafiq Cəlilov güclü pul yığanları təltif edir, Əmənov dövlətin qənını əmir başlıqlı yazılarında "biznesmen müəllim” adı hər gün qalmaqalda və Rafiq Cəlilova rüşvət yığmaqda hallanan İddiaçı, şəhər Meri olub vəzifə səlahiyyətlərindən "sərhədsiz” şəkildə istifadə edən, dövlət əmlakını mənimsəyən, heç bir təhsil qurumundan qeydiyyatdan keçmədən sualları öz əməyinin bəhrəsi ilə hazırlayıb insanlara 5-20 manata satıb varlanan, "Bənövşə” körpələr evi-uşaq bağçası hazırda şəhər meri vəzifəsini icra edən İddiaçı tərəfindən özəlləşdirən, "soxuşduran”, “ Bənövşə” körpələr evi-nin evini yıxıb özünə ev eşik quran, özünün cibini, Qalib Xudaverdiyevin “corabını” dolduran Əmənov dövlətin qanını əmir, İddiaçı rayon sakinlərinin necə deyərlər gününü göy əsgiyə” bürüyüb, uşaq baxçası körpələrə xidmət etmək üçün yaradılıb İddiaçı Qalib Xudaverdiyevin cibinə deyil, Körpələr evinin İddiaçı tərəfindən özəlləşdirilməsi kimi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə, bu söz və ifadələrin "Bolqeinfo” redaksiyası adlı “Facebook” sosial media platformasında Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respiblikasının Milli Məclisinə, X8, Cəlilabad rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Kərəm Həsənova yazılı mürəciət ünvanlamaqla təkzib edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh sosiəl şəbəkədə ondan üzr istəməsi, mənəvi zərərin əvəzi kimi Cavabdehndən 30.000 manat və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməklə mənəvi ziyan hissəsində, mənəvi zərərin əvəzi kimi Cavabdeh 5000 manat alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdən Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə qəbul olunmaqla işə başlamışdır. İşlədiyi dövrdə tam şəffaflığa xüsusi diqqət yetirməklə işini vicdanla yerinə yetirmişdir. Bundan əvvəllər Cəlilabad şəhərində təhsil işində müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Ali təhsilli olmaqla əvvəllər işlədiyi yerlərdə də yüksək rəhbər vəzifələrdə çalışmaqla işlədiyi kollektivin və ictimaiyyətin hörmətini qazanmışdır. Cavabdeh “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” Redaksiyası adı ilə özünü "Türkün səsi” qəzetinin müxbiri kimi təqdim etmişdir. Cavabdeh sözügedən sosial şəbəkədə 25 yanvar 2024-cü il tarixdə saat 15:42-də vermiş olduğu yazıda paylaşmışdır ki, Cəlilabadın problemlərinin üstünə problem gətirən məmurlar kimlərdir? İllərdir Cəlilabadın müxtəlif yollarla "qanını içən” məmurların hələ də vəzifə kreslosunda olması azmış kimi hələ özlərinə "quyruq” da gətirirlər. Misal üçün: əvvəllər müxtəlif dövlət qurumlarında müəyyən vəzifələrdə çalışan özünü "əlahiddə” hesab edən hazırda "sanballı” vəzifə sahibi olən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini "şahənşah” Qalib Xudaverdiyev vəzifəyə gələndə "biznesmen müəllim"TEXNO TƏDRİS MƏRKƏZİ"nin rəhbəri İddiaçı MER təyin olunmasında xüsusi xidmətləri olduğu deyilir. Adı hər gün qalmaqalda və Rafiq Cəlilova rüşvət yığmaqda hallanan İddiaçı hətta prezident köməkçisi Kərəm Həsənovun xüsusi adamı olduğu da deyilir. Əlbəttə ki, gərək sənin adamın prezident aparatında ola, rayon icra hakimiyyətində xüsusi vəzifə kreslosunda əyləşə və özü də şəhər Meri olub vəzifə səlahiyyətlərindən "sərhədsiz” şəkildə istifadə edəsən ki, sən X6 təşəbbüsü ilə inşa olunan dövlət əmlakını mənimsəyib heç bir təhsil qurumundan qeydiyyatdan keçmədən sualları öz əməyinin bəhrəsi ilə hazırlayıb insanlara 5-20 manata satıb varlanasan. Heç şübhəsiz ki, Kərəm Həsənovun xeyir-duası olmadan X5 Əmənovun bir belə özbaşınalığına göz yuma bilməzdi. Hər halda aidiyyatı qurumlar verdiyimiz məlumatı xüsusi nəzarətə götürüb araşdırması üçün müvafiq tədbirlər görsələr pis olmazdı. Mövzıı diqqətimizdədir bütün maraqlı tərəflərin mövqeyini dərc elməyə hazırıq. Cəlilabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Heydər Əliyev fondu, Milli Məclis, Malik Həsənov, Elman Nəsirov. Bu yazıda Cavabdeh onun hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda "Biznesmen müəllim” kimi qeyd etmiş, onun Rafiq Cəlilova rüşvət yığmaqda ittiham etmiş, onu "quyruğa” bənzətmiş, onu Dövlət əmlakını mənimsəməyi haqqında və digər yalan məlumatlar yazmaqla onun şərəf və ləyaqətini ləkələyən məlumatları açıq formada dərc etmişdir. O, şəhər icra nümayəndəsi olan vaxtdan bəri heç bir şəxsdən rüşvət almamış, hətta rüşvət əleyhinə şərəit yaradan halların qarşısının alınmasına var gücü ilə səy göstərmişdir. Vüqar Qiliyev onun rayon ictimaiyyətində və sosial şəbəkədə nüfuzunun düşməsinə yönələn hərəkətlər etməklə onu eləmədiyi hərkətlərdə təqsirləndirmişdir. Bütün bunlar isə qanunla yol verilməzdir. Cavabdeh 09 yanvar başlıqlı yazıda göstərmişdir ki, “Dövləti talayanlar dövlətin əmanət etdikləri və onların qohumları. 2015-ci ildə X6 təşəbbüsü ilə Cəlilabad rayonunda inşa edilmiş "Bənövşə” körpələr evi-uşaq bağçası hazırda şəhər meri vəzifəsini icrə edən Rəmil Əmənov tərəfindən özəlləşdirilmişdir. Bəs bu dövlət əmlakını İddiaçı necə özəlləşdirib və heç bir təhsil ocağının alovunda isinmədən suallar hazırlayıb gələcəyə "soxuşdurən X7 adı çəkilən dövlət əmlakında məskumlaşdırmağa necə nail olmuşdur? Hazırda Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev müavin vəzifəsinə təyin olunmamışdan Daşınmaz Əmlak Məsələləri Üzrə Dövlət Reyestri Xidmətinin Cəlilabad rayon şöbəsinin müdiri işləmişdir, həmin vaxt Ramil X1 şəxsi münasibətlərindən və qohumçuluq ələqələrindən istifədə edərək (rayonda gəzən söz-söhbətlərə görə 250.000 manata) "Bənövşə” körpələr evi-nin evini yıxıb özünə ev eşik qurub. Necə dəyərlər bir güllə ilə iki dovşən vurul). Bənövşə uşaq baxçasını özəlləşdirib, həm X7 binaya yerləşdirib, həm də uşaq baxşasını özəlləşdirilib pullu xidmət göstərməklə özünün cibini Qalib Xudaverdiyevin “corabını” doldurub. Qeyd etdiyimiz məsələ ilə bağlı məlumatlar mətbuatda geniş və izahlı şəkildə dərc olunub. X3 nə üçün İddiaçı müdəfiə edir? Bəlkə müdəfiə etməyə məcburdur? əsas olan dövlət və dövlətçilik maraqlarını qorumaq və sadiq olmaqdır yəni...Bizə görə belədir bəs sizə görə necədir Qalib miiəllim? Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc elməyə hazırıq. Heydər Əliyev fondu, Azərbaycan Respublikası Prezidentinin X2”. Bu yazıda da Cavabdeh həqiqəti əks etdirməyən, qeyri-etik ifədələrdən istifədə etmişdir. Belə ki, o, heç bir körpələr evi və ya uşaq baxçasını özəlləşdirməmişdir. Hazırki yazının 3-cü abzasında Cavabdeh sullar hazırlayıb gələcəya "soxuşduran” ifədəsini işlətməklə onun adında qeyri etik ifədələr işlətməklə onun işgüzar nüfuzuna ləkə vurmağa çalışmışdır. Həmin yazının 4-cü abzasında da onun Qalib Xudaverdiyevin "corabını” dolduran ifədəsini işlətməklə onu aşağılamağa çalışmışdır. Cavabdeh 22 noyabr 2023-cü il tarixli yazısında göstərmişdir ki, “Qalib Xudaverdiyev müraciətlərə cavab verir, Rafiq Cəlilov güclü pul yığanları təltif edir, Əmənov dövlətin qanını əmir. Deyirlər kaş ki, bütün məmurlar Qalib Xudaverdiyev kimi Rafiq Cəlilov kimi deyil, İddiaçı kimi işləsinlər adamı cəmiyyətə nümunə göstərirlər. Əlbəttə o, insanlar ya İddiaçı qohumları yaxınlarıdır ya da xəbərləri yoxdur ki, İddiaçı rayon sakinlərinin necə deyərlər gününü “göy əsgiyə” bürüyüb. Bilmirlər ki, 2015-ci ildə X6 təşəbbüsü ilə inşa edilmiş körpələr-evi uşaq baxçası körpələrə xidmət etmək üçün yaradılıb, İddiaçı, Qalib Xudaverdiyevin cibinə, Rafiq Cəlilovun şan-şöhrətinə deyil. Hörmətli məhkəmə hazırki yazının 1-ci abzasında Cavabdeh İddiaçı dövlətin qanını əmir ifədəsini işlətməklə onun işgüzar nüfuzuna, rayonda görülən faydalı işləri aşağılamaqla, dövlət qarşısında götürdüyü öhdəliklərinin icrasına kölgə salmaqla təhqirəmiz ifədələr işlətmişdir. Bu yazıda Cavabdeh onun rayon sakinlərinin gününü "göy əsgiyə” büküb yazısını işlətməklə rayon ictimaiyyəti arasında yayılan nüfuzunu aşağı salmağa, onu aşağılamağa çalışmışdır. O, işlədiyi müddət ərzində kiməsə rüşvət verməmiş, nə də ki, kimdənsə rüşvət almamışdır. Bu deyilənlər yalandır Cavabdeh onu rüşvət verməkdə şərləməklə cinəyətdə ittiham etməklə ləyəqətini alçaltmış, həqqında göstərdiyi qeyri etik ifədələri işlətməklə işgüzar nüfuzuna ciddi zərər vurmuşdur. Cavabdeh onun barəsində yaydığı məlumatların həqiqətə uyğun olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Facebook” sosial şəbəkəsində şərh bölməsindən çıxarışlara baxış zamanı müəyyən olundu ki, Cavabdeh “Facebook” sosial şəbəkəsində İddiaçı barəsində Cavabdeh “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə 25 yanvar 2024-cü il tarixdə Cəlilabadın problemlərinin üstünə problem gətirən məmurlar kimlərdir? başlıqlı, 09 yanvar 2024-cü il tarixli Dövləti talayanlar dövlətin əmanət etdikləri və onların qohumları başlıqlı və 22 noyabr 2023-cü il tarixli Qalib Xudaverdiyev mürəciətlərə cavab verir, Rafiq Cəlilov güclü pul yığanları təltif edir, Əmənov dövlətin qənını əmir başlıqlı yazılarında "biznesmen müəllim” adı hər gün qalmaqalda və Rafiq Cəlilova rüşvət yığmaqda hallanan İddiaçı, şəhər Meri olub vəzifə səlahiyyətlərindən "sərhədsiz” şəkildə istifadə edən, dövlət əmlakını mənimsəyən, heç bir təhsil qurumundan qeydiyyatdan keçmədən sualları öz əməyinin bəhrəsi ilə hazırlayıb insanlara 5-20 manata satıb varlanan, "Bənövşə” körpələr evi-uşaq bağçası hazırda şəhər meri vəzifəsini icra edən İddiaçı tərəfindən özəlləşdirən, "soxuşduran”, “ Bənövşə” körpələr evi-nin evini yıxıb özünə ev eşik quran, özünün cibini, Qalib Xudaverdiyevin “corabını” dolduran Əmənov dövlətin qanını əmir, İddiaçı rayon sakinlərinin necə deyərlər gününü göy əsgiyə” bürüyüb, uşaq baxçası körpələrə xidmət etmək üçün yaradılıb İddiaçı Qalib Xudaverdiyevin cibinə deyil, Körpələr evinin İddiaçı tərəfindən özəlləşdirilməsi kimi yazdığı yazılarla, "Bolqeinfo” redaksiyası adlı “Facebook” sosial media platformasında Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respiblikasının Milli Məclisinə, X8, Cəlilabad rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Kərəm Həsənova yazılı mürəciət ünvanlamaqla, iddiaçının şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmiş fikirlər yazmışdır. Cavabdeh “Facebook” sosial şəbəkəsində iddiaçı İddiaçı barəsində səsləndirdiyi fikirlərlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək, müəyyən etdi ki, Cavabdeh həmin ifadələrində İddiaçı şərəfinin, ləyaqətinin və işgüzar nüfuzunun ləkələnməsinə yol verilmiş, nəticə etibarı ilə cavabdehin yalan fikirləri Azərbaycan Respublikasını MM-nin 23cü maddəsi (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) ilə nizamlanan hüquq münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətini dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçının şərəfini və ləyaqətini ləkələyən yalan məlumatlar nəticəsində mənəvi zərərə məruz qalmasını, yəni həmin məlumatların məhz cavabdeh tərəfindən yayılması, həmin məlumatların yalan olması, habelə idiaçının mənəvi zərərə məruz qalması, həmin zərərin cavabdehin hüquqa zidd təqsirli hərəkətlərindən sonra baş verməsi, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması və onun nəticəsində mənəvi sarsıntı və fiziki iztirab keçirməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Yayılmış məlumatların həqiqətə uyğun olmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eləcə də, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, «mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zəzərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.» İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh İddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymış və iddiaçını əsassız olaraq onun ailəsini dağıtmaqda ittiham etmişdir. Məlumatlardan isə görünür ki, ifadə olunmuş fikirlər İddiaçı şərəf və ləyaqətini ləkələyir, həmin yalan məlumatlar cəmiyyətdə iddiaçı haqda mənfi təsəvvürlərin formalaşmasına səbəb olur ki, bu da belə deməyə əsas verir ki, həmin düzgün olmayan məlumatlar iddiaçının şərəf və ləyaqətinə toxunur, onun işgüzar nüfuzuna xələl gətirir və mənəvi sarstıntılar keçirməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin mənasına görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə 25 yanvar 2024-cü il tarixdə Cəlilabadın problemlərinin üstünə problem gətirən məmurlar kimlərdir? başlıqlı, 09 yanvar 2024-cü il tarixli Dövləti talayanlar dövlətin əmanət etdikləri və onların qohumları başlıqlı və 22 noyabr 2023-cü il tarixli Qalib Xudaverdiyev mürəciətlərə cavab verir, Rafiq Cəlilov güclü pul yığanları təltif edir, Əmənov dövlətin qanını əmir başlıqlı yazılarında "biznesmen müəllim” adı hər gün qalmaqalda və Rafiq Cəlilova rüşvət yığmaqda hallanan İddiaçı, şəhər Meri olub vəzifə səlahiyyətlərindən “sərhədsiz” şəkildə istifadə edən, dövlət əmlakını mənimsəyən, heç bir təhsil qurumundan qeydiyyatdan keçmədən sualları öz əməyinin bəhrəsi ilə hazırlayıb insanlara 5-20 manata satıb varlanan, "Bənövşə” körpələr evi-uşaq bağçası hazırda şəhər meri vəzifəsini icra edən İddiaçı tərəfindən özəlləşdirən, "soxuşduran”, “ Bənövşə” körpələr evi-nin evini yıxıb özünə ev eşik quran, özünün cibini, Qalib Xudaverdiyevin “corabını” dolduran Əmənov dövlətin qanını əmir, İddiaçı rayon sakinlərinin necə deyərlər gününü göy əsgiyə” bürüyüb, uşaq baxçası körpələrə xidmət etmək üçün yaradılıb İddiaçı Qalib Xudaverdiyevin cibinə deyil, Körpələr evinin İddiaçı tərəfindən özəlləşdirilməsi kimi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə, həmin ifadələrin "Bolqeinfo” redaksiyası adlı ilə “Facebook” sosial media platformasında Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respiblikasının Milli Məclisinə, X8, Cəlilabad rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Kərəm Həsənova yazılı mürəciət ünvanlamaqla təkzib edilməsi və cavabdehin “Facebook” sosial şəbəkəsində iddiaçıdan üzr istəməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı və Cavabdeh 5000 manat məbləğində vurulmuş mənəvi zərər alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 181 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsində "Bolqeinfo” redaksiyası adı ilə 25 yanvar 2024-cü il tarixdə Cəlilabadın problemlərinin üstünə problem gətirən məmurlar kimlərdir? başlıqlı, 09 yanvar 2024-cü il tarixli Dövləti talayanlar dövlətin əmanət etdikləri və onların qohumları başlıqlı və 22 noyabr 2023-cü il tarixli Qalib Xudaverdiyev mürəciətlərə cavab verir, Rafiq Cəlilov güclü pul yığanları təltif edir, Əmənov dövlətin qanını əmir başlıqlı yazılarında "biznesmen müəllim” adı hər gün qalmaqalda və Rafiq Cəlilova rüşvət yığmaqda hallanan İddiaçı, şəhər Meri olub vəzifə səlahiyyətlərindən “sərhədsiz” şəkildə istifadə edən, dövlət əmlakını mənimsəyən, heç bir təhsil qurumundan qeydiyyatdan keçmədən sualları öz əməyinin bəhrəsi ilə hazırlayıb insanlara 5-20 manata satıb varlanan, "Bənövşə” körpələr evi-uşaq bağçası hazırda şəhər meri vəzifəsini icra edən İddiaçı tərəfindən özəlləşdirən, "soxuşduran”, “ Bənövşə” körpələr evi-nin evini yıxıb özünə ev eşik quran, özünün cibini, Qalib Xudaverdiyevin “corabını” dolduran Əmənov dövlətin qanını əmir, İddiaçı rayon sakinlərinin necə deyərlər gününü "göy əsgiyə” bürüyüb, uşaq baxçası körpələrə xidmət etmək üçün yaradılıb İddiaçı Qalib Xudaverdiyevin cibinə deyil, Körpələr evinin İddiaçı tərəfindən özəlləşdirilməsi kimi yazdığı yazıları həqiqətə uyğun olmayan hesab edilməklə, həmin ifadələrin "Bolqeinfo” redaksiyası adlı ilə “Facebook” sosial media platformasında Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respiblikasının Milli Məclisinə, X8, Cəlilabad rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Kərəm Həsənova yazılı mürəciət ünvanlamaqla təkzib edilməsi və cavabdehin “Facebook” sosial şəbəkəsində iddiaçıdan üzr istəməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun və Cavabdeh 5000 (beş min) manat məbləğində vurulmuş mənəvi zərər alınıb İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 181 (bir yüz səksən bir) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-740/2024
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-740/2024
23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver