Məhkəmə qərarları › İş №2(073)-78/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-78/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-78/2023 05.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdehdən İP565 saylı kredit müqaviləsinə əsasən 124359,68 manat əsas borc, 27471,19 manat faiz borcu, 2349,34 manat cərimə borcu olmaqla, cəmi 154180,21 manat kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiyməti 179000 manat məbləğində müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qlıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İP565 saylı kredit müqaviləsinə əsasən 124359,68 manat əsas borc, 18781,36 manat faiz borcu, 644,97 manat cərimə borcu olmaqla, cəmi 143786,01 manat kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qlıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişinqeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 434 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İP565 saylı kredit müqaviləsinə əsasən 124359,68 manat əsas borc, 27471,19 manat faiz borcu, 2349,34 manat cərimə borcu olmaqla, cəmi 154180,21 manat kredit borcunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiyməti 179000 manat məbləğində müəyyən edilərək satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlak satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qlıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün ödənilmiş 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında Azərbaycan Respulikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin götürülməsi ilə bağlı 03 mart 2020-ci il tarixli İP565 saylı kredit müqaviləsi imzalanmış və Bank tərəfindən borcalana illik faiz dərəcəsi 8% olmaqla 276 ay müddətinə 125000 manat məbləğində ipoteka krediti verilmişdir. Eyni zamanda tərəflər arasında 03 mart 2020-ci il tarixli İP559 saylı ipoteka krediti ilə bağlı razılaşma imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən ipoteka krediti ilə bağlı müqavilə əsasında borcalanın öhdəliyi Fond tərəfindən maliyyələşmədiyi üçün və ya tələb hüququnun geri alınması tələb edildiyi halda razılaşma qüvvəyə minir, əsas kredit müqaviləsinin predmeti üzrə müəyyən olunan şərtlərin bu razılaşmada göstərilən şərtlərə dəyişdirilməsi barədə münasibətləri tənzimləyir. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin etmək məqsədi ilə Bank ilə borcalan arasında 04 mart 2020-ci il tarixli, İP565 saylı alqı-satqı və ipoteka müqaviləsi imzalanmış və Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İP565 saylı alqı-satqı və ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu barədə (Reyestr nömrəsi **********25-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) dövlət reyestrindən çıxarış verilmişdir. Lakin kredit alan həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı ASC tərəfindən ipoteka bildirişinin qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 434 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri 124359,68 manat əsas borc, 27471,19 manat faiz borcu, 2349,34 manat cərimə borcu olmaqla, cəmi 154180,21 manat təşkil edir, gecikmə gününün sayı 940 gündür. Buna görə də müqavilə üzrə borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğ olduğundan təmin edilməlidir. İşdə olan işdə olan İddiaçı ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İP 565 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 276 ay müddətinə, illik 08 faiz ödənilmək şərti ilə 125000 manat kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, İP 565 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2043-cü il tarixə qədər ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada ödənişləri ödəməklə götürdüyü krediti faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İP 565 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ona məxsus olan, Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m, yaşayış sahəsi 135,8 kv.m olan, 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin satış qiyməti 179000 manat dəyərində qiymətləndirilmişdir. 179000 manat məbləğin 54000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 125000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan (borcalan) arasında Bakı şəhərində bağlanmış xx.xx.2020-ci il tarixli, İP 565 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli, **********25- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh məxsus olan Abşeron rayonu Fatmayı kəndində 0,08 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 124359,68 manat əsas borc, 27471,19 manat faiz borcu, 2349,34 manat cərimə borcu olmaqla, cəmi 154180,21 manat borcu yaranmışdır. İşdə olan "xxxx" MMC tərəfindən hazırlanmış Daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə 31 mart 2023-cü il tarixli hesabatdan görünür ki, Cavabdeh məxsus olan, Abşeron rayonu Fatmayı kəndində 0,08 hektar torpaq sahəsi və üzərindəki ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 201500 manat, likvid dəyəri 181350 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqlardan görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, iddiaçı bank ipoteka bildirişinin qeydiyyata alınması ilə əlaqədar 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 434,00 (dörd yüz otuz dörd) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddia tələbinin həcminin artırılması ilə əlaqədar 09,00 (doqquz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddia tələbinin həcminin artırılması ilə əlaqədar 09,00 (doqquz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı bank arasında bağlanmış 03 mart 2020-ci il tarixli İP565 saylı kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə illik faiz dərəcəsi 8% olmaqla 276 ay müddətinə 125000 manat məbləğində ipoteka krediti verilmişdir. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan, Abşeron rayonu Fatmayı kəndində 0,08 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faizləri ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə borclu Cavabdeh banka 124359,68 manat əsas borc, 27471,19 manat faiz borcu, 2349,34 manat cərimə borcu olmaqla, cəmi 154180,21 manat kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də yaranmış kredit borcu ondan tutulmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4995-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 2349,34 manat cərimənin tutulmasını həm kreditorun, həm də cavabdehin mənafelərinə uyğun hesab edir. Məhkəmə, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləçsinin 5.1-ci bəndindən görünür ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutma yönəldə bilər. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, borc alanın və ya ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyətinin pisləşməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Bundan başqa «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan "xxxx" MMC tərəfindən hazırlanmış Daşınmaz əmlakın (fərdi yaşayış evinin) qiymətləndirilməsi barədə 31 mart 2023-cü il tarixli hesabatdan görünür ki, Cavabdeh məxsus olan, Abşeron rayonu Fatmayı kəndində 0,08 hektar torpaq sahəsi və üzərindəki ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 201500 manat, likvid dəyəri 181350 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddianın ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, İP 565 saylı kredit müqaviləsinə əsasən 124359,68 manat əsas borc, 27471,19 manat faiz borcu, 2349,34 manat cərimə borcu olmaqla, cəmi 154180,21 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutmanın Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan likvid satış qiyməti 181350 manat məbləğində müəyyən edilərək satılmalı, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməli, Daşınmaz əmlak satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməli, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qlıq borcu cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 445 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, İP 565 saylı kredit müqaviləsinə əsasən 124359,68 (bir yüz iyirmi dörd min üç yüz əlli doqquz manat altmış səkkiz) manat əsas borc, 27471,19 (iyirmi yeddi min dörd yüz yetmiş bir manat on doqquz qəpik) manat faiz borcu, 2349,34 (iki min üç yüz qırx doqquz manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 154180,21 (bir yüz əlli dörd min yüz səksən manat iyirmi bir qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 445 (dörd yüz qırx beş) manat dövlət rüsmu alınıb İddiaçı ASC-yə verilsin. Tələb ipoteka perdmeti olan Cavabdeh məxsus olan Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, Abşeron rayonu, Fatmayı kəndində 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 272,5 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan likvid satış qiyməti 181350 (bir yüz səksən bir min üç yüz əlli) manat məbləğində müəyyən edilərək satılsın, satışdan əldə olunmuş vəsaitin cavabdehin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilsin, Daşınmaz əmlak satıldıqdan sonra bir ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilsin, ipoteka predmetinin satışından əldə olunan pul vəsaiti cavabdehin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qlıq borcun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar