Məhkəmə qərarları › İş №2(073)-79/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-79/2025

05.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-79/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı Cəlilabad rayonu Privolnoye kəndində yerləşən və JN 328, kod 80600028 nömrəli Dövlət aktına əsasən birgə mülkiyyətdə olan 2,64 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Privolnoye kəndində yerləşən və JN 328, kod 80600028 nömrəli Dövlət aktına əsasən birgə mülkiyyətdə olan 2,64 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 1992-ci il tarixində Cəlilabad rayonu Privolnoye kənində doğulmuşdur. Ailə qurduqdan sonra Cəlilabad rayon Muğan kəndində gəlin köçmüşdür və hazırda ailə üzvləri ilə birliktə Muğan kəndində yaşayır. Cavabdehlər yaxın qohumlarıdır, Cəlilabad rayonu Privolnoye kəndində yaşayırlar. Birgə mülkiyyətlərinə Cəlilabad rayonu Privolnoye kəndində 2,64 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN 328, kod 80600028 nömrəli Dövlət aktı tərtib edilmişdir. Torpaq sahəsi birgə mülkiyyətdə olduğu üçün öz payını naturada ayırıb sata bilmir, cavabdehlər ona maneçilik törədir. Cavadbehlərin qanunsuz hərəkətləri səbəbindən onun mülkiyyət hüquqları pozulur. Hazırda o birgə mülkiyyətdə olan həmin 2,64 ha pay torpaq sahəsindən ona düşən payın müəyyən olunmasını istəyir və buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpağa mülkiyyət hüququna dair JN-328, KOD 80600028 saylı Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 18 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə 2,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********47 saylı çıxarışdan görünür ki, Cəlilabad rayonu, Privolnoye kəndində 2,6433 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir və bu barədə 06 fevral 2023-cü il tarixdə ********** saylı qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, 3-21-3-44/2- 7361/2025 saylı mütəxəssis rəyindən görünür ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatına əsasən torpağım mülkiyyətə verilməsinə dair JN-238 nömrəli Dövlət aktı əsasında hüquqları Dövlət reyestrində qeydiyyata alınmış **********47 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş paylı mülkiyyətdə olan 2,6433 ha torpaq sahəsinin yola çıxışı olduğundan 1/5 hissəsinin naturada bölgüsünün mümkün olduğu, iddiaçı X2 tələbinə əsasən naturada plana alınmış 4,32 ha torpaq sahəsindən 1,7746 ha hissəsi **********47 reyestr nömrəli çıxarışla onların mülkiyyətinə verilmiş 2,6433 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş və qalan 0,8687 ha hissəsi isə İddiaçı kənarda yerləşdiyi müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İşdə olan 24 iyun 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hazır ki iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 18 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı iş üzrə keçirilmiş ekspertizada mütəxəssis rəyinin verilməsindən ötrü Reyestr xidməti 8 saylı Cəlilabad Ərazi İdarəsinə 95 manat rüsum ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-328, KOD 80600028 saylı Dövlət aktına əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 18 saylı qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə 2,6433 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı öz payına düşən torpaq sahəsinin müəyyən edilməsini istəyir, lakin cavabdehlər torpaq payının müəyyən edilməsinə razılıq vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-328, KOD 80600028 saylı Dövlət aktındanda göründüyü kimi 2,6433 ha pay torpaq sahəsinin 5 nəfər mülkiyyətçisi olmaqla, onların payları müəyyən edilməmiş və buna görə də onların mülkiyyəti birgə mülkiyyət hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Tərəflərin ümumi birgə mülkiyətdə olan torpaq sahəsində olan paylarına gəldikdə isə məhkəmə qeyd edir ki, 2,6433 ha həyətyanı torpaq sahəsinin 5 nəfər mülkiyyətçisi olduğundan və onların payları mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilmədiyindən, hər birinin payı ümumi torpaq sahəsinin 1/5 hissəsindən (0,52866 ha) ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Konstitutsiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olar bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları və X1» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunurlar. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-328, KOD 80600028 saylı Dövlət aktına əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan cəmi 2,6433 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlundan müştərək qaydada alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlundan müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikavsı MPM-nin 216-220, 222, 226, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə… Qət etdi: İddia təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-328, KOD 80600028 saylı Dövlət aktına əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan cəmi 2,6433 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlundan müştərək qaydada alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğlundan müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar