Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-822/2024 03.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı oğlnun Cavabdeh qarşı torpaq sahəsindən və miras qalmış əmlaklardan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Qarazəncir kəndində yerləşən mərhum X2ndan miras qalmış əmlakdan ona çatası payın müəyyən edilməsinə və ayrılaraq ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə verərək, Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsindən, həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən onun (iddiaçının) və mərhum atasının payının müəyyən edilməsinə, atasından miras qalmış həmin torpaq sahələrindən və fərdi yaşayış evindən onun (iddiaçının) miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxx 1982-ci ildə Cəlilabad rayonu Qarazəncir kəndində doğulmuşdur. X2, anası isə Cavabdehdır. Ailədə 6 nəfər olmuşlar. Atası 13 mart 2003-cü ildə vəfat etmişdir. Atasının vəfatından bir müddət sonra evdən çıxmış və hazırda Bakı şəhərində yaşayır. Cəlilabad rayon X10 qərarı ilə ona və digər ailə üzvlərinə həyatyanı və pay torpaq sahələri qalmışdır. Həmin torpaq sahələrindən və fərdi yaşayış evindən ona düşən payın verilməsini istəyir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddian etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun oğludur. Həyat yoldaşı (cavadehin) X11 13 mart 2003-cü ildə vəfat etmişdir. İddiaçı atasının ölümündən 1 ay sonra evdən getmiş və Bakı şəhərində yaşayır. Mübahisəli evi ona (cavabdehə) atası almışdır. Həmin torpaq sahələrindən fərdi yaşayış evindən iddaçıya pay verilməsini istəmir. İddianı əsassız hesab edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı etiraf etmədyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci ildə doğulmuşdur, X2, anası X1r. İşdə olan Cəlilabad rayon Andreyeka kənd XDS İK tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1983-cü ildə doğulmuşdur, X2, anası Cavabdehdır. İşdə olan Cəlilabad rayon Andreyeka kənd soveti tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1991-ci ildə doğulmuşdur, X2, anası Cavabdehdır. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2003-cü ildə ölmüşdür. İşdə olan xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsindən və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Cəlilabad rayonu Andreyevka (Qarazəncir) kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 40.4 kv.metr olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN 346A (Kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon X10 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Qarazəncir kəndinin ərazisindən X5, Cavabdeh, İddiaçı, X4, X6 və X7 mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (**********42 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 1.6647 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi X4, Cavabdeh, X7, X6, X5 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə və fərdi yaşayış evinin texniki pasportuna əsasən Cəlilabad rayonu Andreyevka (Qarazəncir) kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 40.4 kv.metr olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. JN 346A (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Cəlilabad rayonu Qarazəncir kəndinin ərazisindən X5, Cavabdeh, İddiaçı, X4, X6 və X7 ümumi birgə mülkiyyətinə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (**********42 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən 1.6647 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi X4, Cavabdeh, X7, X6, X5 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçının X2 xx.xx.2003-cü ildə ölmüş və İddiaçı ümumi birgə mülkiyyətdə olan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən özünün və mərhum atasının payının müəyyən edilməsini, həmçinin mərhum atasından miras qalmış həmin torpaq sahələrindən eləcə də fərdi yaşayış evindən ona çatacaq payın müəyyən edilməsini istəyir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mərhum X3 qalmış mirası onun qanun üzrə vərəsələrin hamısı qəbul etmişlər. Belə ki, məhkəmə iclasında müəyyən edildiyi kimi İddiaçı atası öldükdən sonra bir müddət miras əmlakda (fərdi yaşayış evində) yaşamış və sonradan Bakı şəhərinə köçmüşdür. Həmin xüsusat məhkəmənin hazırlıq iclasında Cavabdeh verdiyi izahatla da öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarından müəyyən edilyi kimi torpaq sahələri ümumi birgə mülkiyyətdə olmuş və hazırkı vaxtadək mülkiyyətçilərin payları müəyyən edilməmişdir. Belə halda hər bir mülkiyyətçi (qanun üzrə vərəsələr) həmin torpaq sahəsindən istifadə etməklə mərhum Əzizulla Əlievdən qalmış mirası faktiki olaraq qəbul etmişlər. Məhkəmə ilk növbədə iddianın ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindən iddaçının və onun mərhum atasının payının müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə mübahisəli torpaq sahəsinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən tərəflərin ümumi mülkiyyətinə verildiyini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçıların ümumi mülkiyyətdə olan torpaq sahəsindəki payları müəyyən edilməlidir. Payların miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, tərəflərin mülkiyyət payları əvvəllər təyin edilmədiyi və mülkiyyətçilərin birgə razılaşması üzrə müəyyən edilə bilmədiyi üçün həmin torpaq sahələrində onların payı bərabər hesab edilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılmalıdır. Torpaq sahələrinin 6 nəfərdən ibarət mülkiyyətçisi olduğundan və mülkiyyətçilərin payı bərabər olduğundan iddiaçının və onun mərhum atasının hər birinin payı 0.32 ha həyətyanı torpaq sahəsində 1/6 hissə və 1.6647 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1/6 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Məhkəmə iddianın miras əmlakdan payın müəyyən edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həin hissədə də əsaslıdır. Məhkəmə hesab edir ki, iş üzrə vərəsəlik X5 ölümü ilə 2003-cü ildə açıldığından mübahisəli münasibətlərə də 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməlidir. Belə ki, işdə olan sənədlərdən (qeydiyyat vəsiqəsindən, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və çıxarışdan) müəyyən edilir ki, Cəlilabad rayonunun Qarazəncir (keçmiş Andreyevka) kəndində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evi X5 tam mülkiyyətində, 0.32 ha həyətyanı torpaq sahəsi və 1.6647 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə ümumi birgə mülkiyyətdə olmaqla, hər bir torpaq sahəsində mərhum Əzizulla Əliyevin payı 1/6 hissədə müəyyən edilmişdir. Belə halda, məhkəmə hesab edir ki, mərhum X3 qalmış miras qeyd edilən ünvanda yerləşən torpaq sahələrinin hər birində 1/6 hissədən ibarət olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı miras əmlakda, yəni X8 məxsus fərdi yaşayış evində payı 1/5 hissədə, 0.32 ha həyətyanı torpaq sahəsində 1/6 hissənin 1/5 hissəsində və 1.6647 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1/6 hissənin 1/5 hissəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 346A (Kod ********) saylı şəhadətnaməyə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (**********42 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4, Cavabdeh, X7, X6, X5 və İddiaçı ümumi birgə mülkiyyətlərində olan Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsində və 1.6647 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı və mərhum X5 hər birinin payı hər bir torpaq sahəsində 1/6 hissədə müəyyən edilsin. xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə və fərdi yaşayış evinin texniki pasportuna əsasən mərhum X5 xüsusi mülkiyyətində olan və ondan miras qalmış Cəlilabad rayonunun Qarazəncir ( Andreyevka) kəndində yerləşən iki otaqlı, ümumi sahəsi 40.4 kv.metr olan fərdi yaşayış evində İddiaçı qanun üzrə vərəsə olaraq payı 1/5 hissədə, Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsində və 1.6647 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsində X5 (hər bir torpaq sahəsində) 1/6 hissəsinin 1/5 hissəsində (hər bir torpaq sahəsində) müəyyən edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-822/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-822/2024
03.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver