Məhkəmə qərarları › İş №2(073)-937/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-937/2023

29.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-937/2023 29.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Cəlilabad rayonu Göytəpə kəndində yerləşən 0,75 ha torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Cəlilabad rayonu Göytəpə kəndində yerləşən sahəsi 0,75 ha torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsini Cəlilabad Rayon Məhkəməsinə vermiş, lakin iddia ərizəsinə cavabdehlərin hazırda Cəlilabad rayonunun ərazisində qeydiyyatda olmasını təsdiq edən (Maps arayışı) sənədi və mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar barədə sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İşdə olan AZE № 14772412 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, digər cavabdeh Abışova (Əliyeva) X1 rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsi, ev 45 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləni 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin ərizəni vermiş şəxsə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35, 152, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətlərində olan Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Cəlilabad rayonu Göytəpə kəndində yerləşən 0,75 ha torpaq sahəsindən payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardadda şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar