Məhkəmə qərarları › İş №2(074)-1006/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1006/2022

22.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1006/2022 22.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsinə və torpaq sahəsinin özünə qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsinə və torpaq sahəsinin özünə qaytarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evinin qarşısında olmaqla ona məxsus torpaq sahəsində tikilmiş 3 metr eni, 12 metr uzunluğunda olan mal tövləsinin Cavabdeh tərəfindən sökülməsi və həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(074)-1034/2019 saylı qətnaməsinin surətindən görünür ki, bundan əvvəl də iddiaçı X1 Cavabdeh və 3-cü şəxs Şamaxı rayon 2-ci Cabanı Bələdiyyəsinə qarşı “tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpağın ona qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şamaxı rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(074)- 1034/2019 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-1089/2020 saylı qətanməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1855/2021 saylı qətanməsi ilə təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, iş materiallarında olan JN-080A, kod 41009028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X3, X2, X4 və Şirəliyeva Nübar Babaş qızına Şamaxı rayon Aqrar İslahat Komissiyasının 18 may 1997-ci il tarixli 30 saylı qərarı ilə 0,03 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi, torpaq sahəsi X2, X4 və digərlərinin birgə mülkiyyətindədir. Həmin birgə mülkiyyətçilərdən X4 daha əvvəldə eyni cavabdehə qarşı eyni tələblə məhkməyə müraciət etmiş və həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əvvəlki iddia tələbi ilə eynilik təşkil edir və eyni tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsinə və torpaq sahəsinin özünə qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar