Məhkəmə qərarları › İş №2(074)-1021/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1021/2021

11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1021/2021 11.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz-əmlakın və digər avadanlıqların mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin cehiz-əmlakının və digər avadanlıqlarının mənzilindən çıxarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 Cavabdeh2 ilə evləndikdən sonra gəlinin cehiz-əmlakı ona məxsus fərdi yaşayış evinə gətirilmişdir. Lakin bir müddətdən sonra oğlu Samir onu və həyat yoldaşı olan X1 - yəni atasını və anasını söyüb təhqir etmiş, bəzi vaxtlarda isə onları döymüşdür. Bu səbəbdən şikayətləri əsasında o, 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Lakin o bundan nəticə çıxarmamışdır. Oğlu Cavabdeh1 bundan əvvəldə oğurluq cinayəti törətdiyinə görə 8 il azadlıqdan məhrum edilmişdir. Uzun müddətdir ki, oğlu Cavabdeh1 və onun həyat yoldaşına məxsus avadanlıqlar baxımsız vəziyyətdə onun evində qaldığından yararsız vəziyyətə düşməkdədir. O, ünvan 1 ünvanında yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən ünvan 2 ünvanında yerləşən evi üçün o İddiaçı adına verdiyi 26.10.2013-cü il tarixli, **********77-10301 Reyestr nömrəli X7 Texniki Pasportunun notarial təsdiqli surətindən görünür ki, evinin yerləşdiyi ərazinin faktiki sahəsi 0.0811 ha, tikinti altı sahə 0.01395 ha, yaşayış sahəsi 34.4 kv metrdir və evin digər göstəriciləri də qeyd olunmuşdur. Bundan əlavə, həyətdə digər tikililərin tikildiyi vaxtlar və tikinti sahələri də uyğun olaraq yazılmışdır. X6 Filialının verdiyi 648/721 saylı, 08 dekabr 2006-cı il tarixli Arxiv Çıxarışının notarial təsdiqli surətindən görünür ki, 400 kv metr həyətyanı torpaq sahəsinin ona verilməsi və orada onun fərdi ev tikməyinə icazə verilməsi barədə qərar verilmişdir. Asan-Şamaxı tərəfindən ona verilmiş 15.07.2021-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın əsilindən görünür ki, o xx.xx.1955-ci il təvəllüdlü olmaqla Şamaxı rayonu, Əngəxaran kəndində anadan olmuş və 03 noyabr 2014-cü il tarixdən ünvan 3 ünvanında daimi qeydiyyatdadır. Arayışdan aşkar görünür ki, ünvan 3 ünvanındakı mənzildə ondan başqa kimsə qeydiyyatda yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus əmlakların 1 ədəd kiçik stol, 1 ədəd soğan-kartof qabı, 2 ədəd səbət, 2 ədəd kiçik qlobuslar, 1 ədəd köhnə qaz sobası, 1 ədəd jurnalnı stol, 1 ədəd köhnə divan, 1 ədəd güzgülü, tumbalı və siyirməli trilyaj, 1 ədəd dəmir setkalı çarpayı, 2 ədəd kreslo, 4 ədəd stulüstü döşəkçələr, 1 ədəd taxt, 3 ədəd döşək, 2 ədəd yorğan, 5 ədəd balış, 1 ədəd uşaq döşəkçəsi, 1 ədəd taxtüstü yorğan (ağ rəngli çexolun içərisində), 1 ədəd yaşıl rəngli prostina, 1 ədəd divarda portret, 4 ədəd taxta karniz, 1 ədəd stol, 1 ədəd albom kitabçası, 1 ədəd stolüstü plyonka, 3 ədəd ağ rəngdə pərdə, 6 ədəd stul, 1 ədəd yaşıl rəngdə diyircəkli kiçik oturacaqlı stul, 1 ədəd taxtadan kamot (tumba), 1 ədəd tumbalı, siyirməli televizoraltı üçün stol, 1 ədəd tozsoran, 1 ədəd daş baltası, 1 ədəd plastik gül (kauçuk), 2 ədəd gecə lampası, 2 ədəd qapaqlı vedrə, 2 ədəd boş tumbuçkalar, 1 ədəd içərisində plastmas güllər olan dəmir güldan, 1 ədəd içərisində ağ buketdə plastmas güllər olan şüşə güldan, 1 ədəd stenka mebel (2 şifoner, 1 servant), 1 ədəd içərisində köhnə paltarlar olan qara sarafan klok, 1 ədəd idman şalvarı, 1 ədəd üzərində ağ şalvar olan dəmir asılqan, 2 ədəd göy rəngli qapaqlı vedrələr, 1 ədəd oyuncaq böyük şir, 1 ədəd oyuncaq balaca şir, 1 ədəd ağzı bağlı gümüşü diplomat, 1 ədəd gəlinlik güzgüsü, 1 ədəd ağ rəngli qazan dəsti (içərisində 3 qazan var), 3 ədəd gümüşü, göy və ağ rəngli çaydanlar, 1 ədəd güllü çaynik, 1 ədəd sarı rəngli oyuncaq ayı, 1 ədəd köhnə dəmirdən olan işıq sayğacı, 1 ədəd içərisində köhnə elektrik naqilləri, köhnə 3 ədəd elektriklə işləyən başqırxan cihazlar olan ağ sellofan torba, 4 ədəd göy-qızılı rəngli qab servisi (2-si boşqab, 2-si də üçguşəli ləbləbi qabı olan), 1 ədəd şüşə konfet qabı, 1 ədəd şüşə vaz, 6 ədəd balaca şüşə balıq formalı qab, 1 ədəd böyük şüşə balıq formalı qab, 2 ədəd göy rəngli şüşə kasa, 2 ədəd şüşə qənqabılar, 1 ədəd şüşə stəkan, 2 ədəd göy-qızılı servis vaz, 6 ədəd göy rəngli servis çaşkalar, 2 ədəd ağ rəngli şüşə mürəbbə qabları, 6 ədəd göy rəngli servis nəlbəkilər, 3 ədəd göy rəngli nazik və dayaz boşqablar, 1 ədəd xrustal şüşə konfet qabı, 1 ədəd göyqızılı rəngli abedni servis (içərisində 1 böyük, 6 dayaz boşqab, 1 çaynik, 6 çaşka, 6 nəlbəki, 1 mürəbbə qabı, 1 böyük çaşka, 1 kiçik çaşka, 1 ədəd dəmir altlıq) dəsti, köhnə uşaq paltarları, 1 ədəd göy rəngli böyük vaz, 2 ədəd göy rəngli kiçik vaz, 2 ədəd şüşə şam qabları, 1 ədəd şüşə külqabı, 1 ədəd şüşə sirkə qabı, 1 ədəd göyümtül şüşə qrafinka, 6 ədəd bir rumka dəsti, 6 ədəd ağ rəngli böyük rumkalar, 6 ədəd sarımtıl orta ölçülü rumkalar, 6 ədəd kiçik ağ rumkalar, 1 ədəd çıraq (lampa), 1 ədəd çaynı servis (içərisində 1 böyük çaynik, 2 ədəd mürəbbə qabı, 1 ədəd qab, 1 ədəd çaşka, 6 ədəd kiçik çaşkalar nəlbəki ilə, 1 adi boşqab və servis qapağı, 1 ədəd şüşə konfetqabı və 2 ədəd salfetqabı) 1 ədəd mücrü sandıqça (içərisində bir külqabı, 2 ədəd şüşə qəndqabı), 5 ədəd ağ güllü dovğa kasaları (4 şüşə qaşıqları ilə), 1 ədəd göy-qızılı ləbləbi qabı (qoşa), 5 ədəd narıncı rəngli kasalar, 1 ədəd qulpu sınıq kasa, 1 ədəd böyük qırmızı güllü boşqab, 6 ədəd orta ölçülü qırmızı güllü boşqablar, 1 ədəd şüşə mala, 3 ədəd göy-qızılı nəlbəkilər, 6 ədəd göy qızılı kiçik nəlbəkilər, 1 ədəd mini wonder (meyvə doğrayan), 1 ədəd ağ rəngli kiçik şüşə mürəbbə qabı, 1 ədəd dəmir asılqan (üzərində qaşıq, kəfkir, çəngəl, çömçə, 7 ədəd qırmızı qulplu kiçik çay qaşıqları, 8 ədəd çox kiçik müxtəlif ölçülü çay qaşıqları, 1 ədəd böyük dəmir xörək qaşığı, 6 ədəd dəmir çəngəllər, 6 ədəd dəmir şişlər, 6 ədədli bir bıçaq dəsti, 6 ədəd dəmir meyvə bıçaqları, 2 ədəd taxta qaşıq və çəngəl, 1 ədəd rezin koşlok (kisə) (içərisində dımaqtutan, qıyıq və jilka), 1 ədəd şüşə qəndqabı, 6 ədəd böyük bakallar, 12 ədəd orta ölçülü bakallar, 6 ədəd kiçik rumkalar, 1 ədəd göy böyük bidon, ətrafında 6 ədəd nəlbəkili çaşkalar, yanında 2 ədəd orta ölçülü eyni bidonlar, 2 ədəd şüşə konfetqabı, 6 ədəd kiçik duz qabı, 1 ədəd qəndqabı, 16 ədəd stəkanlar, 12 ədəd armudu stəkanlar, 1 ədəd abedni servis (içərisində 1 ədəd qab, ikisi dəyirmi, biri uzun olmaqla 3 böyük servis boşqablar, 2 servis dərin boşqab, 6 orta ölçülü boşqab, 6 nisbətən kiçik orta ölçülü boşqab, 6 dayaz boşqab, 1 ədəd uzunsov dərin boşqab), 1 ədəd təsbeh, 1 ədəd göy balaca plastik vanna, 5 ədəd dəmir qaşıq, 6 ədəd ağ şəffaf şüşə nəlbəkilər, 3 ədəd dayaz nazik boşqablar, 3 ədəd qırmızı gülü kasalar, 2 ədəd qırmızı güllü nəlbəkilər, 4 ədəd mürəbbə qabı, 1 ədəd qırmızı güllü boşqab, 1 ədəd batareya, 1 ədəd çörək qabı, 4 ədəd qırmızı güllü dərin boşqab, 7 ədəd qırmızı güllü böyük dayaz boşqablar, 3 ədəd qırmızı güllü nisbətən dayaz boşqablar, 7 ədəd qırmızı güllü nazik dayaz boşqablar, 2 ədəd göyqızılı nəlbəki, 1 ədəd narıncı kasa, 2 ədəd ağ şəffaf kasa, 1 ədəd qırmızı güllü kasa, 1 ədəd dəmir tonqal üstü qazanaltı, 1 ədəd ağ-göy güllü qazan, 1 ədəd sarı-qırmızı güllü qazan, 1 ədəd sini, 1 ədəd ağ rəngli böyük ləyən, 1 ədəd böyük, 1 ədəd kiçik şüşə qazan qapaqları, 1 ədəd dəmir lehimləyən, 1 ədəd biz, 1 ədəd elektrik atverkası, 1 ədəd adapter və 1 ədəd televizor naqili olduğunu bildirdi. Həmin əmlakların onun evində qalması evindən onun tam istifadəsinə maneələr törədir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığından, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialında olan 08 dekabr 2006-cı il tarixli 648/721 saylı X6 Filialının verdiyi Arxiv Çıxarışının notarial təsdiqli surətindən görünür ki, İddiaçı 400 kv metr həyətyanı torpaq sahəsinin təhkim edilməsi və orada onun fərdi ev tikməyinə icazə verilməsi qərara alınmışdır. İş materialında olan 26.10.2013-cü il tarixli, **********77-10301 Reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən ünvan 2 ünvanında yerləşən evi üçün İddiaçı adına verdiyi X7 Texniki Pasportunun notarial təsdiqli surətindən görünür ki, evinin yerləşdiyi ərazinin faktiki sahəsi 0.0811 ha, tikinti altı sahə 0.01395 ha, yaşayış sahəsi 34.4 kv metrdir və evin digər göstəriciləri də qeyd olunmuşdur. İş materialında olan 07.07.2021-cı il tarixli 2027 saylı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materialında olan 15.07.2021-ci il tarixli ******* №-li Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, ünvan 3 ünvanındakı mənzildə 03 noyabr 2014-cü il tarixdən İddiaçı qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən əşyaların çıxarılması tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından görünür ki, mübahisə predmeti olan X7 yerləşdiyi Şamaxı şəhəri, S.Əskərova küçəsində olan 400 kv. metr torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş və həmin fərdi yaşayış evi iddiaçı tərəfindən inşa olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun istifadəsində olan fərdi yaşayış evindən cavabdehlərin əşyalarının çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və həmin evin özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur. Məhkəmə qeyd edir ki, cavabdehlərə məxsus əşyaların iddiaçının istifadəsində olan evdən çıxarılması məsələsi həll edilərkən, cavabdehin həmin evdən istifadə hüququnun olub-olmaması da müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının istifadəsində olan X7 özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikilidən cavabdehlərin istifadə hüququ yarana bilməzdi. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq əşyalarını çıxarmaması nəticəsində iddiaçı həmin evdən istifadə hüququnu həyata keçirə bilmir. Odur ki, iddiaçı istifadəsində olan evdən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehə məxsus əşyalar fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 1 ədəd kiçik stol, 1 ədəd soğankartof qabı, 2 ədəd səbət, 2 ədəd kiçik qlobuslar, 1 ədəd köhnə qaz sobası, 1 ədəd jurnalnı stol, 1 ədəd köhnə divan, 1 ədəd güzgülü, tumbalı və siyirməli trilyaj, 1 ədəd dəmir setkalı çarpayı, 2 ədəd kreslo, 4 ədəd stulüstü döşəkçələr, 1 ədəd taxt, 3 ədəd döşək, 2 ədəd yorğan, 5 ədəd balış, 1 ədəd uşaq döşəkçəsi, 1 ədəd taxtüstü yorğan (ağ rəngli çexolun içərisində), 1 ədəd yaşıl rəngli prostina, 1 ədəd divarda portret, 4 ədəd taxta karniz, 1 ədəd stol, 1 ədəd albom kitabçası, 1 ədəd stolüstü plyonka, 3 ədəd ağ rəngdə pərdə, 6 ədəd stul, 1 ədəd yaşıl rəngdə diyircəkli kiçik oturacaqlı stul, 1 ədəd taxtadan kamot (tumba), 1 ədəd tumbalı, siyirməli televizoraltı üçün stol, 1 ədəd tozsoran, 1 ədəd daş baltası, 1 ədəd plastik gül (kauçuk), 2 ədəd gecə lampası, 2 ədəd qapaqlı vedrə, 2 ədəd boş tumbuçkalar, 1 ədəd içərisində plastmas güllər olan dəmir güldan, 1 ədəd içərisində ağ buketdə plastmas güllər olan şüşə güldan, 1 ədəd stenka mebel (2 şifoner, 1 servant), 1 ədəd içərisində köhnə paltarlar olan qara sarafan klok, 1 ədəd idman şalvarı, 1 ədəd üzərində ağ şalvar olan dəmir asılqan, 2 ədəd göy rəngli qapaqlı vedrələr, 1 ədəd oyuncaq böyük şir, 1 ədəd oyuncaq balaca şir, 1 ədəd ağzı bağlı gümüşü diplomat, 1 ədəd gəlinlik güzgüsü, 1 ədəd ağ rəngli qazan dəsti (içərisində 3 qazan var), 3 ədəd gümüşü, göy və ağ rəngli çaydanlar, 1 ədəd güllü çaynik, 1 ədəd sarı rəngli oyuncaq ayı, 1 ədəd köhnə dəmirdən olan işıq sayğacı, 1 ədəd içərisində köhnə elektrik naqilləri, köhnə 3 ədəd elektriklə işləyən başqırxan cihazlar olan ağ sellofan torba, 4 ədəd göy-qızılı rəngli qab servisi (2-si boşqab, 2-si də üçguşəli ləbləbi qabı olan), 1 ədəd şüşə konfet qabı, 1 ədəd şüşə vaz, 6 ədəd balaca şüşə balıq formalı qab, 1 ədəd böyük şüşə balıq formalı qab, 2 ədəd göy rəngli şüşə kasa, 2 ədəd şüşə qənqabılar, 1 ədəd şüşə stəkan, 2 ədəd göy-qızılı servis vaz, 6 ədəd göy rəngli servis çaşkalar, 2 ədəd ağ rəngli şüşə mürəbbə qabları, 6 ədəd göy rəngli servis nəlbəkilər, 3 ədəd göy rəngli nazik və dayaz boşqablar, 1 ədəd xrustal şüşə konfet qabı, 1 ədəd göy-qızılı rəngli abedni servis (içərisində 1 böyük, 6 dayaz boşqab, 1 çaynik, 6 çaşka, 6 nəlbəki, 1 mürəbbə qabı, 1 böyük çaşka, 1 kiçik çaşka, 1 ədəd dəmir altlıq) dəsti, köhnə uşaq paltarları, 1 ədəd göy rəngli böyük vaz, 2 ədəd göy rəngli kiçik vaz, 2 ədəd şüşə şam qabları, 1 ədəd şüşə külqabı, 1 ədəd şüşə sirkə qabı, 1 ədəd göyümtül şüşə qrafinka, 6 ədəd bir rumka dəsti, 6 ədəd ağ rəngli böyük rumkalar, 6 ədəd sarımtıl orta ölçülü rumkalar, 6 ədəd kiçik ağ rumkalar, 1 ədəd çıraq (lampa), 1 ədəd çaynı servis (içərisində 1 böyük çaynik, 2 ədəd mürəbbə qabı, 1 ədəd qab, 1 ədəd çaşka, 6 ədəd kiçik çaşkalar nəlbəki ilə, 1 adi boşqab və servis qapağı, 1 ədəd şüşə konfetqabı və 2 ədəd salfetqabı) 1 ədəd mücrü sandıqça (içərisində bir külqabı, 2 ədəd şüşə qəndqabı), 5 ədəd ağ güllü dovğa kasaları (4 şüşə qaşıqları ilə), 1 ədəd göy-qızılı ləbləbi qabı (qoşa), 5 ədəd narıncı rəngli kasalar, 1 ədəd qulpu sınıq kasa, 1 ədəd böyük qırmızı güllü boşqab, 6 ədəd orta ölçülü qırmızı güllü boşqablar, 1 ədəd şüşə mala, 3 ədəd göyqızılı nəlbəkilər, 6 ədəd göy qızılı kiçik nəlbəkilər, 1 ədəd mini wonder (meyvə doğrayan), 1 ədəd ağ rəngli kiçik şüşə mürəbbə qabı, 1 ədəd dəmir asılqan (üzərində qaşıq, kəfkir, çəngəl, çömçə, 7 ədəd qırmızı qulplu kiçik çay qaşıqları, 8 ədəd çox kiçik müxtəlif ölçülü çay qaşıqları, 1 ədəd böyük dəmir xörək qaşığı, 6 ədəd dəmir çəngəllər, 6 ədəd dəmir şişlər, 6 ədədli bir bıçaq dəsti, 6 ədəd dəmir meyvə bıçaqları, 2 ədəd taxta qaşıq və çəngəl, 1 ədəd rezin koşlok (kisə) (içərisində dımaqtutan, qıyıq və jilka), 1 ədəd şüşə qəndqabı, 6 ədəd böyük bakallar, 12 ədəd orta ölçülü bakallar, 6 ədəd kiçik rumkalar, 1 ədəd göy böyük bidon, ətrafında 6 ədəd nəlbəkili çaşkalar, yanında 2 ədəd orta ölçülü eyni bidonlar, 2 ədəd şüşə konfetqabı, 6 ədəd kiçik duz qabı, 1 ədəd qəndqabı, 16 ədəd stəkanlar, 12 ədəd armudu stəkanlar, 1 ədəd abedni servis (içərisində 1 ədəd qab, ikisi dəyirmi, biri uzun olmaqla 3 böyük servis boşqablar, 2 servis dərin boşqab, 6 orta ölçülü boşqab, 6 nisbətən kiçik orta ölçülü boşqab, 6 dayaz boşqab, 1 ədəd uzunsov dərin boşqab), 1 ədəd təsbeh, 1 ədəd göy balaca plastik vanna, 5 ədəd dəmir qaşıq, 6 ədəd ağ şəffaf şüşə nəlbəkilər, 3 ədəd dayaz nazik boşqablar, 3 ədəd qırmızı gülü kasalar, 2 ədəd qırmızı güllü nəlbəkilər, 4 ədəd mürəbbə qabı, 1 ədəd qırmızı güllü boşqab, 1 ədəd batareya, 1 ədəd çörək qabı, 4 ədəd qırmızı güllü dərin boşqab, 7 ədəd qırmızı güllü böyük dayaz boşqablar, 3 ədəd qırmızı güllü nisbətən dayaz boşqablar, 7 ədəd qırmızı güllü nazik dayaz boşqablar, 2 ədəd göy-qızılı nəlbəki, 1 ədəd narıncı kasa, 2 ədəd ağ şəffaf kasa, 1 ədəd qırmızı güllü kasa, 1 ədəd dəmir tonqal üstü qazanaltı, 1 ədəd ağ-göy güllü qazan, 1 ədəd sarı-qırmızı güllü qazan, 1 ədəd sini, 1 ədəd ağ rəngli böyük ləyən, 1 ədəd böyük, 1 ədəd kiçik şüşə qazan qapaqları, 1 ədəd dəmir lehimləyən, 1 ədəd biz, 1 ədəd elektrik atverkası, 1 ədəd adapter və 1 ədəd televizor naqili ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin həyətyanı torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar