Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1024/2022 26.08.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, İddiaçınun cavabdehlər Cavabdeh1 Gülbala qızı, Cavabdeh2, X3, Cavabdeh4, X1 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “əmlakın paylara uyğun olaraq naturada bölünməsi” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət aktı kitabında 12178 nömrəsi ilə qeydiyyata alınmaqla JN 0009 saylı 41009048 kodlu “torpaq mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında cavabdehlərlə onun paylı mülkiyyətində olan Şamaxı rayonu, 1-ci Çaylı kəndi ərazisində yerləşən 3,09 hektar torpaq sahəsinin cavabdehlərlə onun arasında bərabər paylar olmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Maddənin mətnindən aydın göründüyü kimi, iddia ərizəsinə dövlət rüsumu ilə bağlı hər hansı sənəd yox, onun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırki halda, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi 12 avqut 2022-ci il tarixli qəbz əlavə edilmişdir. Həmin qəbzdən də göründüyü kimi, ödəniş elektron sistemlər vasitəsilə həyata keçirilməmişdir. Buna görə də, iddia ərizəsinə əlavə edilmiş qəbz “müəyyən edilmiş qaydada” dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd hesab olunmur. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçınun cavabdehlər Cavabdeh1 Gülbala qızı, Cavabdeh2, X3, Cavabdeh4, X1 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “əmlakın paylara uyğun olaraq naturada bölünməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1024/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1024/2022
26.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver