Məhkəmə qərarları › İş №2(074)-106/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-106/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında p
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-106/2023 23.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən “KAMAZ 55111” markalı ** BG *** dövlət nömrə qeydiyyat nişanlı yük maşınına vurulmuş maddi ziyana görə, maşının sahibinə ödənilmiş 2650 manat, X14 və X1 vurulan az-ağır xəsarətə görə edilmiş 3000 manat sığorta ödənişini və məhkəməyə ödənilmiş 77 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. “Mersedes Benz C180” markalı, 99RZ418 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi AD 389418 nömrəli avtomobilin texniki pasportuna əsasən Bakı şəhər sakini X10 olmuşdur. Dilşad Xəlilova ƏN-V 068409 nömrəli etibarnamə ilə xx.xx.2020-ci il tarixədək həmin avtomobili istifadə (idarə) etmək üçün Cavabdeh sahibliyinə vermişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində X18 etibarnamə və sürücülük hüququ olmadan “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 93-cü kilometrində yol nəqliyyat hadisəsi törədib, “KAMAZ 55111” markalı 58BG445 dövlət nömrə qeydiyyat nişanlı yük maşını ilə toqquşaraq, özü hadisədən bir qədər sonra xəstəxanada həlak olmuş, avtomobildə olan iki sərnişin isə X14 və X15 az ağır dərəcəli xəsarətlər almışlar. Eyni zamanda hadisə nəticəsində “KAMAZ 55111” markalı ** BG *** dövlət nömrə qeydiyyat nişanlı maşınına maddi ziyan dəymişdir. Hadisə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq İdarəsinin YNH dair İTŞ tərəfindən araşdırılaraq hadisə ilə bağlı başlanmış cinayət işinə 21 iyul 2020-ci il tarixli qərarla xitam vermişdir. Qərarla müəyyən olmuşdur ki, X3 hüququndan məhrum olduğu üçün “Mersedes Benz C180” markalı, 99RZ418 dövlət nömrə qeydiyyat nişanlı avtomobili idarə etmək üçün oğlu, Cavabdeh adına etibarnamə almış, cavabdeh, atasının sürücülük hüququndan məhrum olmasından məlumatlı olduğuna baxmayaraq, atasına həmin avtomobili istifadə etməyə şərait yaratmışdır. X2 əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmiş, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X13 öldüyü nəzərə alınaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət iş üzrə icraata xitam verilmişdir. Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının 3750 nömrəli xx.xx.2020-ci il tarixli rəyi ilə “KAMAZ 55111” markalı ** BG *** dövlət nömrə qeydiyyat nişanlı yük maşınına vurulmuş maddi ziyan 2650 manat məbləğində müəyyən edilərək, "xxxx" ASC tərəfindən AKT 2473-CML-1681/2020 saylı aktla həmin məbləğdə ödəniş maşının sahibinə edilmişdir. Eyni zamanda hadisə nəticəsində sağlamlığa vurulmuş az-ağır xəsarətə görə “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş X14 və X11 AKT 2475-CML-1681/2020 və AKT 2474- CML-1681/2020 hər birinə 1500 manat məbləğində, cəmi 3000 manat sığorta ödənişi edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan cinayət işinin icraatı zamanı verdiyi izahatda bildirmişdir ki, “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyində olmuş, lakin avtomobil faktiki olaraq mərhum atası tərəfindən alınmış, atası sürücülük hüququndan məhrum edildiyinə görə, avtomobili istifadə (idarə) ertmək üçün etibarnamə onun adına alnımışdır. Beləliklə cavabdeh atası X16 qanunsuz olaraq avtomobili istismar etməyə şərait yaratdığını özü etiraf etmişdir. Etibarnamə olmadan avtomobili idarə edib, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxslərin əmlakına (avtomobilinə) səhhətinə ziyanın vurulması, həmin ziyanın "xxxx" ASC tərəfindən ödənilməsi, ASC-yə həmin pulun cavabdehdən subroqasiya qaydasında pulu tələb etmək hüququnu verir. Cavabdehə könüllü olaraq 5650 manatın ödənilməsinə təklif edilsə də (xəbərdarlıq) o bu pulu ASC-yə ödəməkdən imtina etmişdir. İddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddanın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtomobil etibarnamə əsasında onun sahibliyində olmuş, lakin avtomobil faktiki olaraq mərhum atası tərəfindən alınmış, atası sürücülük hüququndan məhrum edildiyinə görə, avtomobili istifadə (idarə) ertmək üçün etibarnamə onun adına alnımışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh tərəfindən “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** №-li nömrəli şəhadətnamə ilə sığortalanmışdır. İş materiallarında olan AD № 389418 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarında olan AC № 448862 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KAMAZ 5511” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan ƏN-V 068409 nömrəli etibarnamənin surətindən görünür ki, X10 “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixədək istifadə (idarə) etmək üçün Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan AKT2475-CML-1681/2020 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış “Mercedes BENZ 180” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda toqquşmuş, sağlamlığa vurulan az ağır xəsarətə görə X12 1500 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan AKT2474-CML-1681/2020 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış “Mercedes BENZ 180” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda toqquşmuş, sağlamlığa vurulan az ağır xəsarətə görə X11 1500 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan AKT2473-CML-1681/2020 saylı sığorta aktından görünür ki, PAZ ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalı Cavabdeh olmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış “Mercedes BENZ 180” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, X6 məxsus KAMAZ 55111 markalı ** BG *** dövlət nömrə nişanlı xx.xx.2020-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda toqquşmuş, X6 2650 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, X13 əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci madddəsindən həmin məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilməsi, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan X13 öldüyünü nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT2473-11696 saylı sığorta aktı əsasında X4 hesabına 2650 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT2474-11701 saylı sığorta aktı əsasında X8 hesabına 1500 manat məbləğində köçürmə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən AKT2475-11702 saylı sığorta aktı əsasında X9 hesabına 1500 manat məbləğində köçürmə olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Mersedes Benz C180” markalı, 99RZ418 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X10 etibarnamə ilə xx.xx.2020ci il tarixədək həmin avtomobili istifadə (idarə) etmək üçün Cavabdeh sahibliyinə vermişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində X18 etibarnamə və sürücülük hüququ olmadan “Mersedes Benz C180” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 93-cü kilometrində yol nəqliyyat hadisəsi törədib, “KAMAZ 55111” markalı 58BG445 dövlət nömrə qeydiyyat nişanlı yük maşını ilə toqquşaraq, özü hadisədən bir qədər sonra xəstəxanada həlak olmuş, avtomobildə olan iki sərnişin isə X14 və X15 az ağır dərəcəli xəsarətlər almışlar. Eyni zamanda hadisə nəticəsində “KAMAZ 55111” markalı ** BG *** dövlət nömrə qeydiyyat nişanlı yük maşınına maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən avtomobilə və şəxslərə dəymiş maddi ziyanla bağlı sığorta ödənişi ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “KAMAZ 55111” markalı ** BG *** dövlət nömrə qeydiyyat nişanlı yük maşına vurulmuş maddi ziyana görə ödənilmiş 2650 manat, X14 və X1 vurulan az-ağır xəsarətə görə edilmiş cəmi 3000 manat olmaqla, ümumilikdə 5650 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77 manat pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar