Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № e-2(055)-549/2024 21.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 175 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “BMW 528” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyul 2022-ci il tarixdən 20 iyul 2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 20 iyul 2022-ci il tarixdə PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 10 aprel 2023-cü il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “BMW 528” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı Şəhəri Xəzər Rayon DYPŞ-nin 10 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 175 manat zərər dəymiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar zərər çəkmiş şəxs X2 175 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də Cavabdeh 175 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “BMW 528” markalı, **-FY- *** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyul 2022-ci il tarixdən 20 iyul 2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İşdə olan ilkin və ya yekun aktdan görünür ki, zədələnmiş “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin təmirinə ümumilikdə 175 manat xərclənmişdir. İşdə olan PXA140323 saylı sığorta aktından və 31 yanvar 2024-cü il tarixli kart hesabından çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti zərər çəkmiş şəxs X1 hesabına 175 manat məbləğində pulu xxxx vasitəsi ilə köçürmüşdür. İşdə olan 04 may 2023-cü il tarixli 05/01-901 saylı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh bildirilmişdir ki, Cavabdeh etibarnamə olmadan idarə etdiyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 528” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya maddi ziyan dəymişdir. Zərərin aradan qaldırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 175 manat sığorta ödənişi həyata keçirilmişdir və bu sığorta ödənişinin məbləğini Cavabdeh tələb etmək hüququ yaranmışdır. Cavabdeh 7 iş günü ərzində vurulmuş zərəri ödəmədiyi təqdirdə müvafiq məhkəmə orqanına müraciət edəcəkləri barədə xəbərdarlıq edilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında 10 aprel 2023-cü il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, Cavabdeh “BMW 528” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 10 aprel 2023-cü il tarixdə saat 11:30-da inzibati xəta törətdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 10 aprel 2023-cü il tarixdə “BMW 528” markalı, **-FY-*** avtonəqliyyat vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1 və 25.1.3cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh mülkiyyətində olan “BMW 528” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyul 2022-ci il tarixdən 20 iyul 2023-cü il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 20 iyul 2022-ci il tarixdə PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır. 10 aprel 2023-cü il tarixdə Cavabdeh etibarnamə olmadan idarə etdiyi “BMW 528” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bakı Şəhəri Xəzər Rayon DYPŞ-nin 10 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 175 manat zərər dəymiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “MERCEDES BENZ SPRİNTER” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar zərər çəkmiş şəxs X2 175 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığını əsas tutaraq Cavabdeh 175 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ödədiyi 175 manat sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 175 manat sığorta ödənişi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməlidir. İşdə olan 01 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 175 (bir yüz yetmiş beş) manat sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(055)-549/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(055)-549/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında p
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver