Məhkəmə qərarları › İş №2(074)-1143/2021

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-1143/2021

22.09.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-1143/2021 22.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat şöbəsi və X5 filialına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsini və iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Qeydiyyat şöbəsinə və X4 fililalına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək, ərizəsinə xüsusi icraat qaydasında baxaraq anası X1 ana adında və onun kimin qızı olması adında (X3 əvəzinə X2 olmalıdır) mövcud olan səhvlərin və uyğunsuzluğun müəyən olunması, həmin səhvlərin düzəldilməsi barədə və mərhum anasının valideynlərinin adlarının X3 olmasının keçmişdə olan texniki yanlışlıq hesab edərək onların hazırkı sənədlərində olduğu kimi X2 yazılmasının düzgün hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, ərizəsi aşağıdakı əsaslara görə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin ərizədəki tələbi qeyri-müəyyəndir. Yəni məhkəmədən ərizənin “xahiş etdim” hissəsidə mövcud olan səhvlərin və uyğunsuzluğun müəyən olunması, düzgün hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Halbuki ərizədə tələb konkret və aydın qeyd edilməlidir. Ərizəçinin tələbini müəyyən etmək mümkün deyildir. Belə olan halda tələb qeyri-müəyyən olduğundan məhkəmənin mübahisəyə baxaraq obyektiv nəticəyə gəlməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbindən də aydın olur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu məcəllənin 149-150-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149, 152, 263- 264, və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi maraqlı tərəf Şamaxı rayon Qeydiyyat Qeydiyyat şöbəsinə və X4 fililalına qarşı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar