Məhkəmə qərarları › İş №2(074)-1148/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1148/2021

26.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1148/2021 26.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin düzgün olmaması barədə” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı tərəf Şamaxı rayon qeydiyyat şöbəsinə qarşı “doğum qeydinin düzgün olmaması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, onun Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 144 nömrəli doğum akt qeydində yazılımış Raqib adının düzgün olmamasının müəyyən edilməsi və onun Rahib olmasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o,xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 19 mart 1963-cü il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən 144 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Akt qeydində adı, soyadı, ata adı X2, atası X3, anası X4 kimi yazılmışdır. Adım Rahibdir, hamı onu bu adla tanıyır və bütün sənədlərində bu ad qeyd olunub. Lakin doğum haqqında şəhadətnaməsində adı səhvən Raqib yazılmışdır. Bu səhvin hansı səbəbdən yazılmasını bilmir. Bu səhvin düzəldilməsi üçün Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, adının Raqib deyil, doğum haqqında akt qeydində düzəliş edərək Rahib yazılmasını xahiş etmişdir. Şamaxı rayon Qeydiyyat şöbəsi mənə rəsmi cavab verilmişdir ki, “Şamaxı rayon qeydiyyat şöbəsində 19.03.1963-cü ildə tərtib edilmiş 144 nömrəli X5 doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Raqib”dən “Rahib”ə dəyişiklik edilməsinə dair Şamaxı rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən Şamaxı rayon qeydiyyat şöbəsində 19.03.1963-cü ildə tərtib edilmiş 144 nömrəli X5 doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “ Raqib ”dən “Rahib”ə dəyişiklik edilməsindən Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edilir. Şamaxı rayon qeydiyyat şöbəsi sizə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət bilir” Ona aydın ki, məsələnin məhkəmədənkənar həlli mümkün deyildir. Adının Rahib olması, el arasında Rahib kimi çağırılmasını təsdiq edən sənədləri və şahidəri var. Məhkəmədən onun- Ərizəçi 19 mart 1963-cü il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 144 nömrəli doğum akt qeydində yazılmış Raqib adının düzgün olmamasının müəyyən edilməsi və onun adının Rahib olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verib göstərdi ki, Ərizəçi tanıyır. Ona həmişə Rahib deyə müraciət etmişlər. Məhkəmə proses iştirakçını və şahid dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri Azadlıq üçəsi 88 saylı evdə yaşayır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən 17 sentyabr 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X11 xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində doğulmuşdur. İş materiallarında olan İİİ-CQ 360116 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X7 ilə 30 dekabr 1983-cü ildə nikahlarını bağlamışlar. İş materilallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 08 oktyabr 2021-ci il tarixli 05/Q-42/3 saylı məktubu ilə məhkəməyə göndərilmiş akt qeydinin surətindən görünür ki, 19 mart 1963-cü il tarixli 144 saylı doğum akt qeydində X20 oğlunun xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində doğulması, atasının X3, anasının X4 olması göstərilmişdir. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 16 oktyabr 2021-ci il tarixli 05/Q-930/69 saylı arayışında göstərilir ki, 31 yabvar 2008-ci ildə X4 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyət aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 3 yanvar 2008-ci ilədək aparılmış və müəyyən olunmuşdur ki, onun əri X3, uşaqları- 08 ynvar 1955-ci il təvəllüdlü X12, 04 dekabr 1957-ci il təvəllüdlü X8, 22 oktyabr 1960-cı il təvəllüdlü X13, xx xxxxxx 1963-cü il təvəllüdlü X11 və 25 may 1966-cı il təvəllüdlü X9r. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda göstərilir ki, “Şamaxı rayon qeydiyyat şöbəsində 19.03.1963-cü ildə tərtib edilmiş 144 nömrəli X5 doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Raqib”dən “Rahib”ə dəyişiklik edilməsinə dair Şamaxı rayon qeydiyyat şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 01 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən Şamaxı rayon qeydiyyat şöbəsində 19.03.1963-cü ildə tərtib edilmiş 144 nömrəli X5 doğumu haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “ Raqib ”dən “Rahib”ə dəyişiklik edilməsindən Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edilir. Şamaxı rayon qeydiyyat şöbəsi sizə aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət bilir. İşin araşdırılmış halları ilə müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində doğulmuşdur. Onun Şamaxı rayon Qeydiyyat Şöbəsində aparılmış 144 nömrəli doğum akt qeydində onun adı Raqib yazılmışdır. Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 144 nömrəli doğum akt qeydində yazılımış Raqib adı düzgün yazılmamamışdır. Ərizəçinin adı Rahibdir, Raqib adlı qohumu yoxdur. Azərbaycan Respublikası MPM-nin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işə baxır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, 19 mart 1963-cü ildə 144 nömrə ilə qeydə alınmış doğum akt qeydində X5 adının düzgün olmaması müəyyən olunmalı, onun X14 olması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 341 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X5 doğulması barədə 19 mart 1963-cü il tarixdə Şamaxı rayon Qeydiyyat Şöbəsində aparılmış 144 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən olunsun. X2 qeydi aparılmış akt qeyinin Ərizəçi olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar